Zəngəzur dəhlizinə bir neçə addım...
26.01.2022 [10:07]
Hər ötən gün bizi tarixi torpaqlarımıza yaxınlaşdırır
Mübariz ABDULLAYEV
Azərbaycan postmüharibə dövründə regionda əməkdaşlıq əlaqələrinin güclənməsinə, təhlükəsizliyə təhdid hallarının aradan qaldırılmasına böyük səy göstərir. Ölkəmiz, həmçinin kommunikasiyaların bərpasına çalışır. Regionda kommunikasiyaların bərpası ilə bağlı müddəa ölkəmizin tələbi ilə 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli Bəyanatda və digər sənədlərdə təsbit olunub. Azərbaycan Prezidenti İlham Əliyev sonradan respublikamızın əsas hissəsi ilə Naxçıvan arasında yaradılacaq nəqliyyat bağlantısını Zəngəzur dəhlizi kimi səciyyələndirdi. Bu termin beynəlxalq səviyyədə qəbul olundu. İki seqmentdən - avtomobil və dəmir yollarından ibarət olacaq Zəngəzur dəhlizinin yaradılması ölkəmizin milli, siyasi və iqtisadi maraqlarına tam cavab verir. Qalib Azərbaycan bəhs olunan dəhlizin yaradılmasında israrlıdır və şübhə yoxdur ki, buna nail olacaq.
Kür çayı üzərində yeni körpü
Hazırda Zəngəzur dəhlizinin Azərbaycanın ərazisindən keçən hissəsində müvafiq layihələr üzrə işlər intensiv şəkildə davam etdirilir. Başqa sözlə, ötən hər gün bizi Zəngəzur dəhlizinə daha yaxın edir. Bir qədər bundan əvvəl bəhs olunan nəqliyyat bağlantısının Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən 23 kilometrlik hissəsi istifadəyə verildi. Hazırda həmin yol ilə yük qatarlarının hərəkəti təmin edilir və işğaldan azad olunan ərazilərə yüklər daşınır.
Eyni zamanda, Ələt-Horadiz-Ağbənd dəmiryol xəttinin Ələt-Osmanlı hissəsində - Kür çayı üzərində yeni körpü tikilir. Yeni körpü 4 aşırımlı olmaqla Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində inşa olunur. İşlərin sürətlə aparılması üçün əraziyə müxtəlif təyinatlı texnikalar gətirilib. Kür çayı üzərində yeni körpünün inşası “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sifarişi ilə həyata keçirilir. Körpünün inşasına başlamazdan əvvəl müxtəlif nəqliyyat vasitələrinin normal hərəkətini təmin etməkdən ötrü çayın üzərində müvəqqəti estekada quraşdırılıb. Layihənin icrası cədvəl üzrə təmin edilir. Artıq xeyli sayda svaylar vurulub, körpünün yan dayaqlarının özülündə isə dəmir-beton işləri yekunlaşıb. Hazırda layihə üzrə həm dəmir-beton işləri davam etdirilir, həm də körpünün aşırım hissəsində metal konstruksiyalar quraşdırılır. Kür çayı üzərində yeni körpünün inşasının iki il müddətində tamamlanması nəzərdə tutlub. Layihədə, həmçinin çayın üzərindəki mövcud körpünün yenidən qurulması da nəzərdə tutulub. Bir əsrdən çox yaşı olan bu körpüdə yenidənqurma və möhkəmlətmə işlərinin aparılmasına ciddi ehtiyac yaranıb. Layihə çərçivəsində görüləcək işlərdən sonra Kürün üzərindəki mövcud körpünün də, necə deyərlər, ikinci həyatı başlayacaq.
Yeni dəhlizin strateji önəmi
Yeni körpünün inşası, bütövlükdə Zəngəzur dəhlizinin yaradılması Azərbaycan üçün strateji önəm daşıyır. Bu nəqliyyat bağlantısı Azərbaycanın digər iqtisadi rayonları ilə işğaldan azad olunmuş ərazilərimiz arasında bağlantıların möhkəmlənməsində, yüklərin daha tez və ucuz daşınmasında, insanların gediş-gəlişinin asanlaşmasında mühüm rol oynayacaq. Yeni nəqliyyat bağlantısı Naxçıvana və oradan da Türkiyəyə qədər uzanacaq.
Başqa bir önəmli məqam respublikamızın Avrasiyanın mühüm nəqliyyat habı kimi mövqeyinin daha da güclənməsi ilə bağlıdır. Məlumdur ki, ölkəmizin ərazisindən iki beynəlxalq səviyyəli marşrut - Şərq-Qərb, Şimal-Cənub dəhlizləri keçir. Azərbaycan Avrasiyada yeganə ölkədir ki, hər iki marşrutun funksionallığının artmasında fəal şəkildə iştirak edib. Yeni yaradılan Zəngəzur dəhlizinin hər iki beynəlxalq səviyyəli marşruta inteqrasiya olunacağını nəzərə alsaq, perspektivlər haqqında konkret təsəvvür yaranar. Ölkəmiz Xəzər və Qara dəniz hövzələrini əhatə edən böyük bir coğrafiyada daşımaların səmərəliliyinin artırılması üçün yeni imkanlar təqdim edəcək. Ötən müddətdə Azərbaycanın tranzit daşımalarında özünü etibarlı tərəfdaş kimi təsdiqləməsi şirkətlərin, region dövlətlərinin, hətta dünya nəhəngi Çinin Zəngəzur dəhlizinə marağını getdikcə artırır.
Kür çayı üzərində müasir körpünün inşası, ümumiyyətlə, dəmir yolu seqmentində infrastrukturun yenilənməsi daşımaların intensivliyinə öz müsbət təsirini göstərəcək. Xatırladaq ki, Horadiz-Ağbənd dəmir yolunun təməli Prezident İlham Əliyevin iştirakı ilə 2021-ci il fevralın 14-də qoyulub. Ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xəttinin inşası 3 mərhələdə həyata keçirilir. Birinci mərhələdə, Horadiz, Mərcanlı, Mahmudlu stansiyaları daxil olmaqla 30 km, ikinci mərhələdə, Soltanlı, Qumlaq stansiyaları daxil olmaqla 55 km, üçüncü mərhələdə isə Mincivan, Bartaz və Ağbənd stansiyalarını əhatə etməklə 25,4 km yol çəkilməsi nəzərdə tutulub. Layihə çərçivəsində 8 stansiya, 3 tunel, 41 körpü, 3 qalereya, 4 yolötürücü və ümumilikdə 300-ə yaxın süni mühəndis qurğunun tikintisi planlaşdırılır. Artıq Zəngəzur dəhlizinin mühüm hissəsi olan Horadiz-Ağbənd dəmir yolu xətti layihəsinin birinci mərhələsi üzrə nəzərdə tutulan tikinti işlərinin 70 faizi tamamlanıb. Bu gedişlə layihənin icrasının daha qısa müddətdə tam təmin olunacağını söyləmək olar.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55

