QHT sədrləri: Gələn il üçün gözləntilərimiz böyükdür
31.12.2021 [00:56]
Nicat Dilqəmli
Azərbaycan Prezidenti İlham Əliyevin siyasi fəaliyyətinin ən mühüm istiqamətlərindən biri də sosial və siyasi fəallığın, söz və fikir azadlığının qorunmasının artırılmasıdır. Ölkəmizdə bütün birlik və təşkilat nümayəndələri üçün yaradılan şərait nəticəsində sosial-mədəni layihələr həyata keçirir, baş verən bu və ya digər hadisələrlə bağlı öz fikirlərini bildirirlər. Bu da cəmiyyətdə düzgün fikir formalaşmasında, istiqamətlənməsində əhəmiyyətli rol oynayır.
44 günlük Vətən müharibəsi dövründə də təşkilatlar üzərilərinə düşən işi layiqincə həyata keçirdilər. Belə ki, ölkəmizdə və dünyada Ermənistanın törətdiyi vəhşilikləri dünyaya çatdırmaq üçün bütün səylərini səfərbər etdilər.
Hazırda abadlıq-quruculuq işlərinin sürətlə getdiyi işğaldan azad edilmiş ərazilərə ictimai birliklər, qeyri-hökumət təşkilatları üçün mütəmadi olaraq səfərlər, tədbir və seminarlar təşkil edilir. Elə bir neçə gün bundan öncə Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) təmsilçilərinin geniş tərkibdə nümayəndə heyətinin Şuşa şəhərinə səfəri də bu tədbirlərdən biri idi. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev bildirib ki, Şuşa səfəri Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə QHT-lərin Qarabağa yeddinci səfəridir. Artıq üçüncü dəfədir ki, mədəniyyət paytaxtımıza QHT-lərin geniş tərkibdə səfəri təşkil olunur. Səfərin təşkilində məqsəd 30 ilə yaxın erməni vandallarının törətdiyi dağıntıları, mədəni və tarixi abidələrin məhv edilməsini vətəndaşlarla işləyən insanlara tanış etmək və eyni zamanda, burada aparılan bərpa və quruculuq işlərini onların diqqətinə çatdırmaqdır.
Mövzu ilə bağlı “Yeni Azərbaycan”a danışan “Qafqaz-Media” İctimai Birliyinin sədri Azadə Hüseynova bildirib ki, dövlət tərəfindən QHT və birliklərə hər zaman yüksək diqqət və qayğı var: “Prezidentimizin uğurlu siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanda fəaliyyət göstərən bütün QHT-lər davamlı dövlət dəstəyi alır. Bu da hər mənada fəaliyyətimizin daha da aktiv olması üçün ruh, həvəs verir. Vətən müharibəsi getdiyi dövrdə bütün təşkilatlar öz imkanları daxilində dünyaya həqiqəti bəyan etmək üçün əlindən gələni etməyə çalışdı və düşünürəm ki, buna nail ola bilmişik. Vətən müharibəsi iştirakçılarına silsilə tədbirlər və görüşlər keçirilir, onların döyüş yolu haqqında kitablar, məqalələr hazırlanır. Bu yaxınlarda Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) təmsilçilərinin geniş tərkibdə nümayəndə heyətinin Şuşa şəhərinə səfəri baş tutub. Bu cür səfərlərin təşkil olunması hər bir azərbaycanlı üçün böyük qürur hissi doğurur. İndiki vaxtda biz də çalışmalıyıq ki, maarifləndirmə işlərini sürətləndirək.”
“Fürsətdən istifadə edərək Müzəffər Ali Baş Komandanımızı, bütün xalqımızı qələbə ətirli Həmrəylik Günü münasibətilə təbrik edirəm!”, - deyə A.Hüseynova qeyd edib.
“Gənclər Mərkəzi” İctimai Birliyinin sədri Kənan Qubadzadə bildirib ki, 2021-ci il ölkəmiz üçün uğurlu il kimi tarixə düşür: “Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti nəticəsində bütün sahələrdə hər gün ötənkinə nisbətən daha çox inkişaf müşahidə edilir. Bu il bizim üçün hər mənada uğurlu, düşərli il oldu. Gənclərimizin milli mənlik şüurunun formalaşmasında ictimai birliklərin əhəmiyyəti olduqca vacibdir. Bu baxımdan, cəmiyyətin maarifləndirilməsi işlərinin aparılması bundan sonra da davam etdirilməlidir. Biz 44 günlük müharibədə xüsusilə gənclərin yüksək bilik və bacarıqlara sahib olduğunun bir daha şahidi olduq. Belə ki, Vətən müharibəsində Azərbaycan gənci həm silahı, həm də beyni ilə düşmənə əsl dərs verdi. Düşmən ölkə hər vəchlə dezinformasiyalar yaymağa çalışsa da, ona imkan vermədik, həqiqətin nə olduğunu sübut etdik”.
“Gələn il üçün gözləntilərimiz çox böyükdür. Əminəm ki, illərdir həsrətində olduğumuz torpaqlarımızda aparılan yüksək səviyyəli tikinti-quruculuq işləri başa çatdıqdan sonra dövlətimiz çox qısa vaxt ərzində işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış”ı həyata keçirəcək. Yeni il və Həmrəylik Günü münasibətilə Prezidentimizi və xalqımızı təbrik edir, daha böyük uğurlar diləyirəm!”, - deyə K.Qubadzadə fikirlərinə əlavə edib.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığın artırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19

