Oxu, tar! Səni kim unudar?
16.12.2021 [10:58]
Müşfiqə BAYRAMLI
Azərbaycanda mədəniyyətimizin və incəsənətimizin tərəqqisinə böyük diqqət və qayğı göstərilir. Mədəniyyətimizə xüsusi diqqət göstərmiş, bu işlərə dövlət dəstəyini əsirgəməmiş ümummilli lider Heydər Əliyevin qoyduğu ənənəni bu gün Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva ölkə daxilində və xaricində böyük layihələr həyata keçirilməklə davam etdirir. Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın səmərəli fəaliyyəti nəticəsində Azərbaycan muğamı, aşıq və tar ifaçılığı sənəti, Azərbaycan xalçası və kəlağayısı UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
Bu kontekstdə tarın təbliği ilə bağlı görülən tədbirlər də
təqdirəlayiqdir
Min ildən də artıq tarixi olan Azərbaycan tarı muğam sənətinin aparıcı alətidir. Muğam üçlüyünün ayrılmaz parçası, musiqi alətlərinin şahı hesab edilən tar cürbəcür formalarda - diz üstdə, sinə üstdə çalınıb. Görkəmli tarzən Sadıqcan 1870-ci illərdə tar üzərində bir sıra uğurlu islahatlar apararaq ona daha 6 sim əlavə edib və tarı təkmilləşdirən sənətkar kimi tarixə düşüb. Həmin vaxta qədər tar sinədə yox, diz üzərində ifa edilib.
Azərbaycan tarı yalnız muğam çalmaq üçün deyil. Bu gün tarın 22 pərdəsi ilə musiqinin bütün janrları üçün istifadə edərək alətin imkanlarını bütün dünyaya çatdırmışıq. Geniş səs diapazonu, aydın səs tembri, mexaniki dalğaların gec sönməsi kimi xüsusiyyətlər tarın, həm də ansambl və orkestr aləti qismində inkişaf etməsinə vəsilə olub.
Tar dahi Nizaminin təsvirində
Tarın adına Qətran Təbrizi (XI əsr), Ə.Təbrizi (XIV əsr), Kişvəri, M.Füzuli (XVI əsr) və Qövsi Təbrizi (XVII əsr) kimi klassiklərin şeirlərində də rast gəlmək mümkündür. Eləcə də Azərbaycanın dahi şairi, mütəfəkkiri Nizami Gəncəvi bütün milli alətlərimizə verdiyi yüksək tərifi tarımıza da verib. N.Gəncəvi “İsgəndərnamə” əsərində tarı belə təsvir edir:
Müğənni, tək bircə gecə də çal tar,
Məni bu dar yolda əzabdan qurtar!
Bəlkə genişlənsin, açılsın yolum,
Köçüm bu daşlıqdan, asudə olum...
Üzeyir Hacıbəyovun tar üzərində unikal sintezi
Müasir tar ifaçılığı XX əsrdə daha güclü inkişaf mərhələsinə başladı. Belə ki, 1931-ci ildə Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin təşəbbüsü ilə yaradılmış ilk notlu xalq çalğı alətləri orkestrində tar aparıcı alət kimi əsas yeri tutdu. Məlumdur ki, tar, kamança vaxtilə not ilə çalınmadığına görə, müvafiq not materialı, ədəbiyyat yox idi. Dahi Üzeyir Hacıbəyov tarı ilk milli operamız olan “Leyli və Məcnun”a daxil etməklə not ifaçılığının əsasını qoydu.
Bundan başqa, “Koroğlu” operasında orkestrin tərkibinə xalq çalğı alətlərini (tar, zurna, balaban) daxil edən Ü.Hacıbəyov onların klassik musiqi alətləri ilə üzvi birləşməsini əldə etdi.
Üzeyir bəy göründüyü kimi, tara xüsusi önəm verirdi. O, xanəndə və sazəndə dəstəsinin üzvlərini xarakterizə edərək yazırdı:
“Baxüsus xanəndə bir çox şeir, qəzəl və təsniflər hifzində saxlamalıdır; tar çalan dəxi dəstgahların yollarını yaxşıca bilməlidir ki, xanəndəyə rəhbərlik etsin”.
Yaxın dostu, dövrünün görkəmli ziyalılarından Mirzə Vəli İsmayılova özünə məxsus bir neçə əşyanı - tar, saat və eynəyini hədiyyə də etmişdi. Bu faktın özü bariz nümunədir. Qeyd edək ki, həmin əşyalar İsmayılovlar ailəsi tərəfindən qorunub saxlanılır.
Mikayıl Müşfiqin “Oxu tar” harayı
Tarın təbliğatına sovet dövründə ikili münasibət vardı. Mətbuat səhifələrində “oxuma, tar”, “rədd olsun tar” məzmunlu şeirlər çap olunurdu. Nə qədər acı olsa da, etiraf edək ki, “Oxuma tar, səni dinləmək istəmir proletar” misraları səslənirdi. O dövrlərdə tar, kamança, qaval əleyhdarları nakam Azərbaycan şairi Mikayıl Müşfiqi dərindən sarsıtmış, qəzəbləndirmişdi. Nəticədə millətin azadlıq səsi olan “Oxu tar” şeiri ərsəyə gəlmişdi:
Oxu, tar, oxu, tar!
Səsindən ən lətif şeirlər dinləyim,
Oxu, tar, bir qadar,
Nəğməni su kimi alışan ruhuma çiləyim.
Oxu, tar!
Səni kim unudar?
Ey geniş kütlənin acısı, şərbəti,
Alovlu sənəti!
Amma ən yüksək kürsülərdə oturan, milli musiqi alətinə düşmən kəsilənlər belə tarın səsini boğa bilmədilər.
Düşmənə dağ çəkdirən tar abidəsi
Deyə bilərik ki, bu gün Xızı rayonunun az qala simvoluna çevrilən tar abidəsi Mikayıl Müşfiqin, eləcə də milli musiqi alətimiz olan tarın təbliğində önəmli rol oynayır.
Vətənpərvər şairimizin “Oxu tar” şeirini tərənnüm edən qeyri-adi abidə Sayadlar kəndində, Mikayıl Müşfiqin xatirə muzeyinin qarşısındakı dağın ətəyində yerləşir, bir növ Xızıya gələn qonaqları salamlayır.
Qeyd edək ki, abidə 2008-ci ildə Mikayıl Müşfiqin 100 illiyi münasibətilə Xızı rayon Mədəniyyət və Turizm şöbəsinin təşəbbüsü ilə yaradılıb. Çay daşı, beton və başqa tikinti materiallarından istifadə etməklə hazırlanan abidənin müəllifi həmin vaxt Mikayıl Müşfiqin xatirə muzeyində çalışan Camal Hüseynovdur.
Müasir tar ifaçılıq sənəti
Ata-babadan bizə yadigar qalan tarzənlik sənəti bu gün layiqincə yaşadılır. XX əsrdə tar sənətinin mahir biliciləri, bu alətin gözəl ifaçıları yetişib. Qurban Pirimov, Bəhram Mansurov, Hacı Məmmədov, Həbib Bayramov, Əlikram Hüseynov, Sərvər İbrahimov, Ramiz Quliyev, Möhlət Müslümov, Zamiq Əliyev və s. fədakar insanlar hesabına daim inkişaf edib.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili - Azərbaycan dövlətçiliyi müasir mərhələdə” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

