Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Jurnalistlər üçün imtiyazlar olacaq

Jurnalistlər üçün imtiyazlar olacaq

09.12.2021 [20:08]

Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən vəsiqə veriləcək.

Oxu.Az-ın məlumatına əsasən, bu barədə “Media haqqında” qanun layihəsində bildirilir.

Bu vəsiqənin müddəti üç il olacaq.

Həmin vəsiqəni alan jurnalistlər üçün bir neçə imtiyaz da nəzərdə tutulur.

Belə ki, jurnalist fəaliyyətinin həyata keçirilməsi ilə bağlı dövlət və bələdiyyə mülkiyyətində olan muzeylərə, qalereyalara, habelə mədəni-ictimai tədbirlərin həyata keçirildiyi obyektlərə ödənişsiz daxil olacaq.

Bu vəsiqələri alan jurnalistlər dövlət orqanları, müəssisə və təşkilatlar, qeyri-hökumət təşkilatları tərəfindən akkreditasiya olunmaq imtiyazı da qazanacaq.

Media subyektlərinin işçilərinin və jurnalistlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təşkil edilən təlimlərdə ödənişsiz və ya güzəştli əsaslarla iştirakı da nəzərdə tutulur.

Layihədə qeyd olunur ki, həmin jurnalistlər özünün sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması ilə bağlı güzəştlərdən yararlanacaq.

 

Paylaş:
Baxılıb: 1216 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30