“Şərq qapısı - 100”
23.11.2021 [10:34]
Noyabrın 22-də Azərbaycan Mətbuat Şurasının (MŞ) təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının “Şərq qapısı” qəzetinin 100 illiyinə həsr olunmuş toplantı keçirilib.
Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov 1921-ci ildə ilk sayı çapdan çıxmış “Şərq qapısı” qəzetinin fəaliyyətinin müxtəlif məqamlarına, keçdiyi zəngin və şərəfli yola nəzər salıb. “Bu günün “Şərq qapısı” müasir texnologiyalarla təchiz edilmiş, özünün internet resursuna, mətbəəsinə, ofisinə malik jurnalistika məktəbidir. Qəzetdə başlıca meyar peşəkarlıqdır. Əlbəttə, peşəkarlıq vətənpərvərliklə çulğalaşıb ki, bu da tarixi ənənələrdən qaynaqlanmaqdadır”, - deyə Ə.Amaşov əlavə edib.
Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov çıxışında bildirib ki, milli mətbuatımızın inkişafına böyük töhfələr vermiş, muxtar respublikanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında müstəsna rol oynayan qəzet Naxçıvanın 100 illik tarixinin yazılı salnaməsidir. 1921-ci ilin noyabrında nəşrə başlamış “Şərq qapısı” böyük inkişaf yolu keçmiş, ötən əsrin 70-80-ci illərində Ümummilli Liderimiz Heydər Əliyevin qayğısı ilə onun böyük formatda nəşri təmin edilmiş, qəzetdə xalqımızın milli dəyərlərinə və mədəniyyətinə həsr olunmuş yazılar işıq üzü görmüşdür. 100 illik tarixi ərzində burada böyük ədiblər, tənqidçilər, jurnalistlər nəsli yetişmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxışında “Şərq qapısı” qəzetini məktəb adlandırıb. O vurğulayıb ki, bu məktəb özündə yalnız jurnalistikamızın ənənələrini birləşdirmir, onun yüzillik tarixi nəşri ədəbiyyat, publisistika, elm məktəbi kimi də təqdim etmək üçün geniş məzmunlu əsaslar yaradır. Akademikin sözlərinə görə, “Şərq qapısı”nın inkişafı yalnız bir qəzetin inkişafı deyil, bütövlükdə Azərbaycan milli mətbuatının inkişaf tarixidir. “Şərq qapısı” özü bir tarixdir, tarixin parçasıdır: “O, Naxçıvanın ensiklopediyasını yaratmış mətbuat orqanıdır, salnamədir. Onun səhifələrində jurnalistikanın bütün janrları təmsil olunub. Publisistik dəst-xətt özünü ən mükəmməl surətdə göstərib. Qəzet həm də bir elm mərkəzidir. Azərbaycan, Naxçıvan elmi ilə bağlı fundamental məqalələr, elmi yeniliklər məhz onun səhifələrindən oxuculara çatıb. Bu mənada, qəzetin Azərbaycan elminin inkişafında da müstəsna rolu var”.
Çıxış edənlərdən MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, Şuranın İdarə Heyətinin üzvləri - “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Ədalət” qəzetinin təsisçisi, Milli Məclisin deputatı Aqil Abbas, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, həmçinin “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, “Yeni Azərbaycan” qəzetinin baş redaktor müavini Nəzirə Nurullayeva, “525-ci qəzet”in redaktoru Seyfəddin Hüseynli, “Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev, Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri Vüsal İsmayılov və başqaları “Şərq qapısı” qəzetinin müxtəlif dövrlərdəki fəaliyyətindən bəhs ediblər.
Yüz yaşlı maarifçilik salnaməsi olan “Şərq qapısı” tarixən azərbaycançılıq ideologiyasına, milli məfkurəyə xidmət edib, bu gün də dövlətçilik ideyalarının yorulmaz təbliğatçısıdır. Yeri gəlmişkən, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 26 iyul 1990-cı il tarixində “Şərq qapısı”na müsahibəsində qeyd etmişdi: “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm, hələ gənc ikən burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm. Qəzetiniz o vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb. Oxuculara daha fəal olmağı arzulayıram”.
Xatırlatmaq yerinə düşər ki, “Yeni Azərbaycan” qəzeti iki il - 2003-2004-cü illər ərzində öz səhifələrində “Şərq qapısı” qəzetini dərc edib, oxuculara bu qəzetin materialları ilə yaxından tanış olmaq imkanı yaradıb. Oxucular tərəfindən maraqla qarşılanan bu addım “Şərq qapısı”nın da auditoriyasının genişlənməsinə, bütövlükdə, mətbuatda yeni ənənənin əsasının qoyulmasına səbəb olub.
“Yeni Azərbaycan” olaraq “Şərq qapısı” qəzetini 100 illik yubileyi münasibətilə təbrik edir, məsuliyyətli və şərəfli fəaliyyətində yeni uğurlar arzulayırıq.
“Yeni Azərbaycan”
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46

