SOS: 2 milyard insan susuz qalacaq
14.10.2021 [10:23]
Dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir. İqlim dəyişikliyi nəticəsində hazırda dünya əhalisinin 20 faizi su qıtlığından əziyyət çəkir. Bu göstəriciyə baxsaq, 30 il sonra 2 milyard insanın susuzluqdan əziyyət çəkəcəyini proqnozlaşdırmaq çətin deyil.
Bu problemin geniş miqyas almaması üçün ardıcıl tədbirlərə ehtiyac duyulur. Mütəxəssislərin sözlərinə görə, belə bir vəziyyətdə mövcud su ehtiyatlarından səmərəli istifadə, su mənbələrinin çirklənmədən etibarlı mühafizəsi ciddi əhəmiyyət kəsb edir.
Bu il Azərbaycanın demək olar ki, bütün rayonlarında insanlar susuzluqdan əziyyət çəkdilər. Problemin kökü isə birbaşa yağıntının mövsümi miqdarının ötən ilki göstəricilərlə müqayisədə xeyli aşağı olması ilə əlaqələndirildi.
Su ehtiyatlarının azalmasının son 4 ildə özünü kəskin büruzə verdiyini deyən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev qəzetimizə açıqlamasında bildirib ki, planetimizdə orta temperaturun artması ilə bərabər yerli yağıntı trendləri və ekoloji zonaların sərhədləri dəyişir, su ehtiyatlarının azalması və buzlaqların əriməsi müşahidə olunur. Belə ki, sənaye istehsalında karbon emissiyalarının miqdarının artması davam edərsə, əsrin sonuna temperatur 4-5 dərəcə artacaq və bu da öz növbəsində ciddi ekoloji təhlükə yaradacaq.
Onun sözlərinə görə, ölkədə içməli su tələbatını, eyni zamanda, suvarma və digər sahələrdə sudan istifadəni təmin etmək üçün Azərbaycan yerli çaylarla yanaşı, transsərhəd Kür, Araz, Qanıx, Samur, Astara və s. çaylarının su ehtiyatlarından istifadə edir. İl ərzində orta hesabla götürülən suyun miqdarı 12,5 kub metr təşkil edir və gələcəkdə əhalinin sayının və suvarılan ərazilərinin artması ilə bağlı olaraq bu rəqəm daha da yüksək ola bilər.
Son illərdə müşahidə olunan davamlı quraqlıq su ehtiyatlarımızın azalmasına səbəb olub: “Son 30 ildə Azərbaycanın su ehtiyatları 10-15 faiz azalıb. 30 milyard kub metr su ehtiyatlarımız var idisə, indi bu göstərici 26-27 milyarda qədər enib. Bu gün dünya ekoloqlarının həyəcan təbili çaldıqları qlobal istiləşməni şərtləndirən amillərin hələ yaxın illərdə aradan qaldırılmayacağını nəzərə alıb, uyğunlaşma tədbirlərini də nəzərdən keçirməliyik. Gələcəkdə ciddi su qıtlığı problemi ilə üzləşməmək üçün sudan səmərəli istifadə etməli - su təchizatı qurğularında və məişət su itkilərinin qarşısı alınmalıdır. Kənd təsərrüfatında və sənayedə müasir texnologiya və suya qənaət edən avadanlıqlardan istifadə edilməlidir. Eləcə də içməli sudan texniki məqsədlər üçün istifadənin məhdudlaşdırılması vacib məsələlərdən biridir. Azərbaycan inkişafda olan ölkə kimi bəzi öhdəlikləri üzərinə götürüb. Bu məsələdə beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik”.
Xidmət rəsmisi bildirib ki, mümkün olan uyğunlaşma tədbirlərinə, həmçinin əlavə su mənbələrinin cəlb edilməsi, yeraltı sulardan və sudan təkrar istifadə də daxil olmaqla dövriyyəvi sudan istifadə edilməsi, suya qənaətlə yanaşma, müasir suvarma texnologiyalarının və metodlarının tətbiqi daxildir.
Ekspert, həmçinin işğaldan azad edilmiş Qarabağ zonasının su resurslarından istifadə məsələsinin əhəmiyyətini də vurğulayıb. Bildirib ki, buradakı zəngin yerüstü və yeraltı su ehtiyatlarından həm əhalinin içməli su ilə təminatında, həm də kənd təsərrüfatının inkişafı və elektrik enerjisi istehsalı üçün böyük istifadə potensialı var.
Qeyd olunub ki, müxtəlif iqlim ssenarilərinə görə, su ehtiyatlarımızın gələcəkdə daha da azalacağını nəzərə alaraq, bu gün həm ölkə daxilində, həm də qonşu dövlətlərlə müştərək bu sahədə müxtəlif addımlar atılmalı və uyğunlaşma tədbirləri həyata keçirilməlidir. Bir sözlə, sudan qənaətlə istifadə, alternativ su mənbələrindən yararlanmaq, suyun təmizlənməsi, təkrar istehlakı, kənd təsərrüfatında isti iqlimə uyğun bitki növlərinin seçilməsi kimi nüanslar diqqətə alınmalı və praktiki addımlar atılmalıdır.
Müşfiqə BAYRAMLI
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34

