Hüququn aliliyinin təmin olunması ölkəmizdə dövlət siyasətinin mühüm prioritetlərindəndir
09.09.2021 [08:58]
Müstəqillik illərində hüquqi dövlət quruculuğu istiqamətində mühüm nailiyyətlər əldə etmiş Azərbaycanda demokratik təsisatların, vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi dövlət siyasətinin prioritetləri sırasında yer alır. Vurğulanmalıdır ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsinin ardından ölkəmizdə başlanan hüquqi dövlət quruculuğu prosesi əhəmiyyətli uğurların əldə olunmasına yol açdı. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması, dövrün tələblərinə uyğun təkmil qanunvericilik bazasının formalaşdırılması bu baxımdan xüsusi vurğulanmalıdır. Məhz hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində aparılan uğurlu siyasət nəticəsində bu gün Azərbaycan demokratik inkişaf yolunda inamla irəliləyir.
Ölkəmizdə hüquqi dövlət quruculuğunun və vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov bildirib ki, müasir cəmiyyətlərin inkişaf dinamikasının təməlində dövlətlərin mükəmməl hüquqi bazalarını formalaşdırması dayanır. Bu hüquqi baza, ən əsası, Konstitusiya sürətlə dəyişən reallıqlara, insan hüquq və azadlıqlarının qorunması prinsipinə öz aktuallığı və çevikliyi ilə cavab verməli, ictimai münasibətlər konyukturasında fərdin azadlığı, onun siyasi özünüifadəsi müstəvisində iştirak sərbəstliyini tənzimləməli və ölkədə hüququn aliliyinin təminində əsas qarant rolunda çıxış etməlidir.
Millət vəkili vurğulayıb ki, müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci il 12 noyabr tarixində ümumxalq səsverməsi - referendum əsasında qəbul edilib. Ümumbəşəri, demokratik dəyərlərə əsaslanan Konstitusiya respublikamızın gələcək inkişaf prioritetlərini dəqiq müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi önə çıxarıb. 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət olan Azərbaycan Konstitusiyasının 48 maddəsinin və yaxud üçdə birinin sırf insan hüquq və azadlıqları ilə bağlı olması da ölkəmizin hüquqi dövlət quruculuğunun inkişafına yanaşmasını, demokratik dəyərlərə verdiyi qiyməti özündə əks etdirir. Fikirlərinə davam edən Elman Məmmədov deyib: “Hüquqi dövlətin çox mühüm prinsipi kimi çıxış edən hakimiyyət bölgüsü Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunub. Konstitusiyada qanunverici, icra və məhkəmə hakimiyyətlərinin səlahiyyətləri, hüquq və vəzifələri dəqiq müəyyən edilib. Ölkə ərazisində yaşayan bütün vətəndaşların toxunulmazlıq hüququ Konstitusiya ilə tanınır və dinindən, dilindən, irqindən asılı olmayaraq, ölkə vətəndaşları qanun qarşısında bərabər tutulur. Bununla belə, Konstitusiya vətəndaşların dövlət və cəmiyyət qarşısında da məsuliyyətini təsbit edir. Yəni hər bir vətəndaşın hüquq və azadlıqları digər vətəndaşın hüquq və azadlıqlarının başladığı yerdə qurtarır. Heç bir şəxsin öz toxunulmazlıq hüququndan istifadə edərək digərlərinin hüquqlarını pozmasına yol verilmir”.
“Hüquqi dövlət quruculuğu prosesinin ən mühüm komponentlərindən olan şəffaflığın təmini də bu kontekstdə mühüm əhəmiyyət kəsb edir ki, Azərbaycan dövləti bu sahədə də əsaslı tədbirləri ilə seçilir. Qeyd olunmalıdır ki, korrupsiyaya qarşı mübarizə Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindəndir. Belə ki, 2002 və 2004-cü ildə Azərbaycan dövləti BMT-nin “Korrupsiya Əleyhinə” Konvensiyası, daha sonra Avropa Şurasının “Korrupsiya Əleyhinə” kovensiyalarını ratifikasiya edib. Azərbaycan Respublikası Prezidentinin 2004-cü ilin 3 mart tarixli “Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Sərəncamı əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası yaradılıb. Sonrakı mərhələdə ölkəmizdə beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində mühüm qanunvericilik bazası yaradılıb, açıq hökumətin təşviqi sahəsində Dövlət proqramları, milli strategiyalar və fəaliyyət planları həyata keçirilib”, - deyən millət vəkili bildirib ki, 2004-2006 illəri əhatə edən “Korrupsiyaya qarşı mübarizə” üzrə Dövlət Proqramı, 2007-2011-ci illərdə “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və Milli Fəaliyət Planı, 2012-2015-ci illərdə “Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı” təsdiq edilib və icra olunub. Bundan başqa, ölkəmizdə Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın uğurlu icrası bu istiqamətdə mühüm nailiyyətlərin əldə olunmasına yol açıb. Millət vəkili vurğulayıb ki, hazırda “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” icra edilir. Bundan başqa, elektron hökumətin tətbiqi, “ASAN xidmət”in yaradılması da ölkəmizdə şəffaflığın təmin olunması istiqamətində atılmış çox mühüm addımlardır.
E.Məmmədov qeyd edib ki, hüququn aliliyinin təmin olunması Azərbaycanda dövlət siyasətinin mühüm prioritetlərindəndir. Bununla yanaşı, bu istiqamətdə əldə olunan nailiyyətlər ölkəmizin beynəlxalq nüfuzunun artmasına töhfə verir. Ulu Öndərimizin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin həyata keçirdiyi davamlı islahatlar nəticəsində ölkəmizdə qanunvericilik bazası daha da təkmilləşərək müasir beynəlxalq standartlara uyğunlaşdırılıb. O cümlədən ölkəmizdə dövlət idarəçiliyində çevikliyin və operativliyin təmin edilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. Bütövlükdə, insan hüquq və azadlıqlarının təmini yönündə mühüm fəaliyyəti ilə seçilən Azərbaycan dövlətinin bu sahədə təcrübəsi mütərəqqi nümunə kimi diqqəti cəlb edir.
Pərviz SADAYOĞLU
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36
Hadisə
23 Sentyabr 16:35
YAP xəbərləri
23 Sentyabr 16:20
İqtisadiyyat
23 Sentyabr 16:19
Formula 1
23 Sentyabr 15:54
İqtisadiyyat
23 Sentyabr 15:43
Sosial
23 Sentyabr 15:32
Hadisə
23 Sentyabr 15:22
Sosial
23 Sentyabr 15:20
İqtisadiyyat
23 Sentyabr 14:58
İdman
23 Sentyabr 14:33
Dünya
23 Sentyabr 14:10
Dünya
23 Sentyabr 13:56
İdman
23 Sentyabr 13:44
İqtisadiyyat
23 Sentyabr 13:18
Sosial
23 Sentyabr 13:11
Gündəm
23 Sentyabr 13:03
Gündəm
23 Sentyabr 12:40
Formula 1
23 Sentyabr 12:25
Gündəm
23 Sentyabr 12:19
Dünya
23 Sentyabr 12:08
Dünya
23 Sentyabr 12:00
Siyasət
23 Sentyabr 11:45
Elm
23 Sentyabr 11:43
Dünya
23 Sentyabr 11:41
İqtisadiyyat
23 Sentyabr 11:39
Hadisə
23 Sentyabr 11:38
İqtisadiyyat
23 Sentyabr 11:33
İqtisadiyyat
23 Sentyabr 11:32
Siyasət
23 Sentyabr 11:31
Gündəm
23 Sentyabr 11:29
YAP xəbərləri
23 Sentyabr 11:28
İqtisadiyyat
23 Sentyabr 11:26
Gündəm
23 Sentyabr 11:25
Sosial
23 Sentyabr 11:22
Elm
23 Sentyabr 11:22
İqtisadiyyat
23 Sentyabr 11:19
Mədəniyyət
23 Sentyabr 10:56
İqtisadiyyat
23 Sentyabr 10:52
İqtisadiyyat
23 Sentyabr 10:47
İqtisadiyyat
23 Sentyabr 10:45
Gündəm
23 Sentyabr 10:37
Dünya
23 Sentyabr 10:34
İqtisadiyyat
23 Sentyabr 10:28
İqtisadiyyat
23 Sentyabr 10:26
Sosial
23 Sentyabr 10:25
Sosial
23 Sentyabr 10:24
Analitik
23 Sentyabr 09:40
Analitik
23 Sentyabr 09:17
Elm
23 Sentyabr 08:59
Sosial
23 Sentyabr 08:37
Gündəm
23 Sentyabr 08:14
Dünya
22 Sentyabr 23:34

