Azərbaycançılıq ideologiyası və hərbi vətənpərvərliyin təbliği
31.10.2020 [08:11]
Məktəblərdə şagirdlərin milli ruhda tərbiyə olunması onların vətənini sevən, milli maraqları üstün tutan layiqli vətəndaş kimi formalaşmasında böyük mənəvi təsir gücünə malikdir
Müasir müstəqil Azərbaycan dövlətinin ideya əsası məhz azərbaycançılıq ideologiyasıdır. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin qeyd etdiyi kimi, hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq. Ulu Öndər Heydər Əliyevin bu sözləri bir daha sübut edir ki, azərbaycançılığın ümummilli ideologiya halına gəlməsi, bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müstəqil Azərbaycan dövlətinin əsasına çevrilməsi milli dövlətçiliyimizin qorunması və Azərbaycanın qüdrətli dövlət kimi davamlı inkişafı kontekstində strateji əhəmiyyətə malikdir.
Heç şübhəsiz ki, azərbaycançılıq ideologiyası mütərəqqi baxışları özündə ehtiva edən bir sıra prinsipləri önə çəkir. Bunlardan biri də vətənpərvərliyin təbliği, yaxud milli ruhda tərbiyə məsələsidir. Ümumiyyətlə, vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Yeniyetmə və gənc nəslin milli köklərimizə bağlılıq, vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması isə hər kəsin qarşısında duran ən ümdə vəzifələrdəndir. Gənclərimizin milli qürur hissinə sahib olan, dövlətçiliyimizi qoruyub saxlayan, Vətənini sevən, onun yolunda canından keçməyə hazır olan vətəndaşlar kimi formalaşmasında birgə fəaliyyət göstərilməlidir. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi: “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, vətən uğrunda şəhidliyə hazır olmaq hislərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”.
Bu prosesdə pedaqoji kollektivin də əməyi böyükdür. Çünki vətənpərvərlik ruhunun təbliğ olunması və aşılanması məsələsinə xüsusilə tədris müəssisələrində diqqət yetirilməsi böyük əhəmiyyətə malikdir. Ümumiyyətlə, vətənpərvərlik pedaqoji prosesdə tədris olunan mövzunun məqsədində yer alır. Mütəxəssislərin də qeyd etdikləri kimi, ictimai səciyyə daşıyan vətənpərvərlik tərbiyəsi şagirdlərin layiqli vətəndaş kimi formalaşmasında böyük mənəvi təsir gücünə malikdir.
Müəllimin qarşısında duran ən mühüm vəzifələrdən biri gənc nəslə vətənpərvərlik hissinin aşılanmasıdır
Məsələ ilə bağlı fikirlərini bölüşən Heydər Əliyev adına liseyin tarix müəllimi Hafiz Cabbarov qəzetimizə açıqlamasında bildirib ki, müəllimin qarşısında duran ən mühüm vəzifələrdən biri gənc nəslə vətənpərvərlik hissinin aşılanmasıdır. Hafiz Cabbarovun sözlərinə görə, vətənpərvərlik və gələcək nəsilin milli mənəvi ruhda yetişməsi təhsilin qarşısında duran ən ümdə vəzifələrdən biridir. Xüsusilə, tarix, ədəbiyyat, gənclərin çağıraşaqədər hazırlığı, həyat bilgisi və digər dərsliklərdə vətənpərvərlik mövzusu əsas leytmotivi təşkil edir. “Dərsliklərdə müxtəlif tarixi dövrlərdə xalqımızın azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsi öz əksini tapıb. Bundan başqa, məktəblərdə Milli qəhrəmanlarımız, şanlı tariximiz və əlamətdar günlərlə bağlı müxtəlif tədbirlərin keçirilməsi də şagirdlərdə vətənpərvərlik duyğusunun aşılanmasında mühüm rol oynayır. Bu gün döyüş meydanında zəfər tarixi yazan müzəffər Azərbaycan əsgərinin qələbəsini təmin edən amillərdən biri də məhz onların vətənpərvərlik ruhuna malik olmasıdır. Bu da bugünün şagirdlərinin sabahın layiqli vətəndaşı kimi yetişməsinə təsir göstərəcəkdir. Son illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası da bu baxımdan müstəsna əhəmiyyət daşıyır. Vətənimizin hər bir guşəsini görən şagirdlər onu tanımaqla daha çox sevə bilərlər”,-deyə o qeyd edib.
Vətəni qorumaq nə qədər müqəddəsdirsə, ölkənin tərəqqisi üçün faydalı olmaq da o qədər önəmlidir
Hafiz Cabbarov bildirib ki, Vətəni qorumaq nə qədər müqəddəsdirsə, ölkənin tərəqqisi üçün faydalı olmaq da o qədər önəmlidir. Ona görə də bu istiqamətdə işlər davam etdirilməlidir: “Vətənpərvərlik yalnız ön cəbhədə vuruşmaq deyil, həm də ölkənin inkişafı üçün müasir dövrün tələblərinə uyğun bilik və bacarıqlara yiyələnməkdir. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda ölkəmiz üçün müasir düşüncəli və rəqabət qabiliyyətli insan kapitalının formalaşdırılmasında ümumi təhsilin xüsusi əhəmiyyətə malik olduğu vurğulanıb. Ona görə də ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin dövrün çağırışlarına uyğun keyfiyyətli təhsillə əhatə olunması, onların cəmiyyətdə şəxsiyyət, vətənpərvər ruhlu yetkin vətəndaş kimi tərbiyəsi daim diqqət mərkəzində olan vəzifədir. Qlobal dünyanın məktəbin qarşısında qoyduğu vəzifələr də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsini aktuallaşdırıb”.
Hafiz Cabbarov onu da bildirib ki, məktəbdə tədris olunan fənlər təhsilalanlara elmi biliklər verməklə yanaşı, həm də gənc nəslin milli-mənəvi keyfiyyətlər, xüsusən də vətənpərvərlik ruhunda böyüməsinə xidmət edir. Bu baxımdan, tarix fənninin üzərinə daha böyük məsuliyyət düşür. Daha doğrusu, cəmiyyətə yararlı, geniş dünyagörüşünə malik vətəndaşların yetişdirilməsi, eyni zamanda, tarix fənninin, tarix müəllimlərinin vəzifəsidir: “Bunları nəzərə alaraq, tarix fənnini tədris etdiyim bütün siniflərdə yaş səviyyəsinə uyğun olaraq şagirdlərə tarixi keçmişimizi öyrətməklə yanaşı, vətən, vətəndaş, vətəndaşlıq, vətənpərvərlik anlayışları haqqında mütəmadi məlumatlar verirəm. Ümumiyyətlə, tarix müəlliminin qarşısında duran ən mühüm vəzifələrdən biri gənc nəsilə vətənin nə olduğunu, onun haradan başladığını aşılamaqdır. Çünki vətənpərvərlik tərbiyəsi məhz vətən anlayışını şagirdlərin nə dərəcədə dərk etməsi, vətəni necə sevməsi ilə birbaşa bağlıdır”.
“Gənclərimizdə vətənpərvərlik, hərb peşəsinə sevgi, orduya rəğbət çox yüksəkdir”
Səbail rayonu, Badamdar qəsəbəsindəki şəhid Tofiq Məmmədov adına 239 nömrəli tam orta məktəbin hərbi hazırlıq müəllimi, ehtiyatda olan zabit, müharibə veteranı Nizaməddin Məsmalıyev də qeyd edib ki, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması ən vacib vəzifələrdən biridir: “Pedaqoji kollektiv olaraq tədris olunan fənlərlə yanaşı, şagirdlərdə Vətənə məhəbbət hissini daha da qüvvətləndirmək, vətənpərvərliyin məzmununu onlara düzgün çatdırmaq əsas vəzifələrimizdəndir. Məktəbin rəhbərliyi tərəfindən hərbi-vətənpərvərliyin tərbiyəsi ilə bağlı məsələlərə çox yüksək səviyyədə diqqət yetirilir. Məktəbimizin şəhid Tofiq Məmmədovun adını daşıması elə onu göstərir ki, şagirdlərimiz şəhidin adını daşıyan məktəbdə təhsil almağın məsuliyyətini dərk edirlər. Qəhrəmanlıq nümunəsi götürürlər. Parta arxasında əyləşən hər bir şagirdimiz yaxşı anlayır ki, hərbi xidmət keçmək, Vətəni müdafiə etmək onların borcudur. Biz də şagirdlərimizi Vətənimizin fəal müdafiəsinə hazırlayır, ilkin hərbi vərdişləri öyrədirik. Dərslərimiz Dövlət Himni ilə başlayır. Dərs prosesi zamanı şagirdlərlə mütəmadi olaraq ordu quruculuğundan danışır, qəhrəmanlarımızdan nümunə gətirir, bu istiqamətdə söhbətlər aparırıq. Onlarla peşə seçimləri haqqında söhbətlərimiz də olur. Gənclərimizdə vətənpərvərlik, hərb peşəsinə sevgi, orduya rəğbət çox yüksəkdir. Sevindirici haldır ki, oğlanlarla yanaşı, qızlarımız da hərbçi olmaq arzusundadırlar”.
Nizaməddin Məsmalıyev vurğulayıb ki, vətənpərvərlik, milli-mənəvi dəyərlərin təbliği və aşılanması məsələsi daim diqqət mərkəzində saxlanılır: “Məktəbimizdə ənənəvi olaraq şəhidin anım tədbirlərini keçiririk. Bundan başqa, hər anım günündə Şəhidlər Xiyabanını, “Ana harayı” abidəsini, Milli Qəhrəmanımız Mübariz İbrahimovun məzarını, eləcə də Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edirik. Eyni zamanda, məktəblilərimiz hərbi düşərgələrdə iştirak edir, hərbi hissələrə əsgərlərin andiçmə mərasimlərini izləməyə gedirlər. Əsgərlərə öz təbrik şeirlərini deyir və onlarla söhbət etmək imkanı əldə edirlər. Bu görüşlərdən ruhlanıb bizə gəlcəkdə hərbçi olmaq istədiklərini deyənlər az deyil. Peşə seçimi zamanı gənclərin böyük qisminin hərbçi peşəsinə yiyələnmək arzusunda olması bir zabit kimi məni qürurlandırır. Düzdür, hər peşə şərəflidir, lakin hərbçi olmaq, torpaqlarımızı, xalqımızı yağılardan qorumaq olduqca şərəflidir”.
Şagirdlərin orta məktəbdə müəyyən hərbi biliklərə yiyələnməsi olduqca vacibdir
“Daxili Qoşunlarla bizim məktəbin sıx əlaqələri var. Belə ki, Daxili Qoşunlar bizim məktəbin şagirdləri üçün hərbi geyimlər verib. Uşaqlar hər dəfə tədbirlərdə bu formanı böyük qürur hissi ilə geyinirlər. O cümlədən Daxili Qoşunlar tərəfindən 2008-ci ildə məktəbimizdə mini kazarma və hərbi otaq yaradılaraq şagirdlərimizin ixtiyarına verilib. Bakı şəhərində ilk dəfə bizim məktəbdə latın qrafikalı əlifba ilə yazılmış məlumatların əks olunduğu hərbi kabinet düzəldilib. Kabinetlər arasında keçirilən yarışlarda dəfələrlə qaliblər sırasında yer almışıq. Bundan başqa, dəfələrlə hərbi yarışlarda rayon birincisi olmuşuq. Onu da deyim ki, məktəbimizdə könüllülərdən ibarət hərbi vətənpərvərlik qrupu yaratmışıq. Məlumat üçün bildirim ki, məzunlarımız sırasında Aprel döyüşlərində və ikinci Qarabağ döyüşlərində qəhrəmancasına iştirak edən zabit və hərbçilərimiz var. Bir sözlə, bu gün təlim-tərbiyə verdiyimiz şagirdlər sabahın Vətən müdafiəçiləridir. Danılmaz faktdır ki, şagirdlərin orta məktəbdə müəyyən hərbi biliklərə yiyələnməsi olduqca vacibdir. Çünki bu, sonradan onların peşəkar hərbçilər kimi formalaşmasında vacib rol oynayır”, - deyə Nizaməddin Məsmalıyev söyləyib.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

