Bu ilin birinci rübündə bölgələrdə infrastruktur layihələri uğurla davam etdirilib
24.04.2018 [09:22]
Aran iqtisadi rayonuna daxil olan rayonlarda əldə edilən nəticələr də bunu təsdiqləyir
Cari ilin birinci rübündə aqrar sahədə müəyyən uğurlar əldə olunub. 1461,5 hektar sahədə yazlıq bitkilər əkilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 53,5 hektar və ya 3,8 faiz çoxdur. Faraş tərəvəz istehsalının artırılması məqsədilə birinci rübdə ümumi sahəsi 249 hektar olan 6700 istixana quraşdırılıb və artıq bazarlara faraş məhsulların göndərilməsinə başlanılıb.
Əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi, torpaqların münbitliyinin artırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib, rayon suvarma sistemləri idarəsi tərəfindən Şəhadət, Hacalıkənd, Şəkər, Mallışıxlı, Qarabaqqal, Alxasava, Potu, Bəydövül, Alpout, Aşağı Qaraməryəm və Qarayazı kəndlərində ümumilikdə 84,5 kilometr məsafədə lildən təmizləmə işləri aparılıb, 15 hidrotexniki qurğu təmir edilib. Baş Şirvan Kollektorunun İstismarı İdarəsi tərəfindən rayonun Kürdşaban, Mallışıxlı və Çərəkə kəndləri ərazisində təsərrüfatlararası və təsərrüfatdaxili kollektorlarda 8,2 kilometr məsafədə lildən təmizləmə işləri görülüb.
2018-ci ilin birinci rübündə rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala bütün maliyyə mənbələrindən 3,6 milyon manat vəsait yönəldilib, tikinti təşkilatları tərəfindən 2,4 milyon manatlıq inşaat işləri görülüb. Bu da ötən dövrlə müqayisədə 2,2 dəfə çoxdur. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2017-ci il 17 mart tarixli Sərəncamına əsasən “Azərsu” ASC tərəfindən rayonun 15 kənd yaşayış məntəqəsinə içməli suyun verilməsi təmin olunub, kəndlərin ərazisində 148 bulaq quraşdırılaraq, 28656 nəfər əhalinin içməli su ilə təminatı yaxşılaşdırılıb.
Həmçinin Azərbaycan Respublikası Prezidentinin “Əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2017-ci il 24 fevral tarixli Sərəncamına müvafiq olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən rayonun 6 kənd yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular, o cümlədən 101 ədəd bulaq quraşdırılaraq istifadəyə verilib, həmin kəndlərdə yaşayan 5132 nəfər əhalinin içməli su ilə təminatı yaxşılaşdırılıb.
Hesabat dövründə rayonun Çaxırlı kəndinə yeni təbii qaz xəttinin çəkilişi başa çatdırılıb və əhaliyə təbii qaz verilişi bərpa edilib. Bununla da rayonda təbii qazla təmin olunan yaşayış məntəqələrinin sayı 45-ə çatıb. Hazırda Ləkçiplaq və Çərəkə kəndlərində təbii qaz xəttinin çəkilişi yekunlaşmaq üzrədir.
Rayon ərazisində tikinti, abadlıq və quruculuq sahəsində də müəyyən işlər görülüb. Hazırda Heydər Əliyev parkının ərazisində bayraq muzeyinin tikintisi davam etdirilir. Həmçinin Göyçay şəhərinin ərazisində küçələrin və yaşayış binalarının həyətlərinə asfalt örtüklərin vurulması işlərinə başlanılıb. Rayonda yeni avtovağzal binasının tikintisi başa çatmaq üzrədir. Göyçayda hər cür şəraiti olan “Təzə bazar”ın açılması rayon sakinləri tərəfindən böyük razılıqla qarşılanıb. Ümumi sahəsi 9 min kvadratmetr və 500 satış yeri olan bazarda həm alıcılar, həm də kənd təsərrüfatı məhsullarını satan şəxslər üçün normal şərait yaradılıb. Rayonda emal sənayesinin daha da inkişaf etdirilməsi məqsədilə “AzNar” QSC-nin şərab sexi üçün yeni avadanlıqlar alınıb.
Bununla yanaşı, Asiya İnkişaf Bankının krediti hesabına maliyyələşən Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidənqurma layihəsi çərçivəsində rayonun Şəhadət kəndində şəhərin çirkab sularını təmizləyən qurğu kompleksinin tikintisi davam etdirilir. Alıkənd kəndində quraşdırılan modul tipli 40 şagird yerlik ibtidai məktəb binasında son tamamlama işlərinin aparıldığı, yanvar-mart aylarında rayonda 398 yeni iş yerinin yaradıldığı diqqətə çatdırılıb.
Bu ilin birinci rübündə Sabirabadda iqtisadiyyatın bütün sahələrində uğurlar qazanılıb, sosial obyektlərin tikintisi, sənaye və kənd təsərrüfatının inkişafı davam edib. Rayonda sahibkarlığın inkişaf etdirilməsi üçün iş adamlarına hər cür şərait yaradılıb. Bunun nəticəsi olaraq sahibkarlar tərəfindən investisiya qoyuluşu istiqamətində xeyli iş görülüb. Təkcə ötən il rayonda özəl investisiya qoyuluşunun həcmi 44 milyon 386 min manat olub. Cari ilin üç ayında rayonda iki layihənin həyata keçirilməsi üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən iş adamlarına və sahibkarlara 605 min manat güzəştli kredit verilib. Sənaye məhsulları istehsalı ilə məşğul olan kiçik və orta sahibkarlığın daha da inkişaf etdirilməsi məqsədi ilə rayonun Qalaqayın kəndi ərazisində sənaye məhəlləsinin tikilməsi üçün 20,3 hektar torpaq sahəsi ayrılıb və burada müxtəlif növ sənaye məhsulları istehsal edən müəssisələrin yaradılması nəzərdə tutulub.
Hesabat dövründə rayonda kəndarası yolların tikintisi ilə bağlı xeyli iş görülüb. 15 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 60 kilometr olan Qalağayın-Osmanlı-Çöl Beşdəli-Zalqaraağac-Çöl Ağaməmmədli-Azadkənd-Muğan Gəncəli avtomobil yolunun tikintisi davam etdirilib, 43 kilometr uzunluqda olan, 18 yaşayış məntəqəsini birləşdirən Dadaşbəyli-Minbaşı-Salmanlı-Noxudlu-Salyan respublika əhəmiyyətli avtomobil yolunda isə əsaslı təmir işlərinə başlanılıb.
Təhsil və məktəbəqədər tərbiyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində rayonda məktəb tikintisi, məktəblərdə əsaslı və cari təmir işləri davam etdirilib. 360 şagird yerlik Yaxa Dəllək kənd tam orta məktəbin binasının tikintisi başa çatmaq üzrədir. 1176 şagird yerlik Qaratəpə kənd tam orta məktəbinin binasında əsaslı təmir işləri davam etdirilib. Cari ildə rayonda bir neçə modul tipli məktəb binasının quraşdırılması da nəzərdə tutulub.
Bildirilib ki, ötən dövrdə əhalini fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə xeyli iş görülüb. Rayon mərkəzində və 18 kənddə kabelləşmə işləri aparılıb, 9 kənddə bu işlərə başlanılıb. Hazırda rayonun Beşdəli, Cavad, Azadkənd və Əlicanlı kəndlərində kabelləşmə işləri sürətlə davam etdirilir. Cavad kəndində yerləşən 110/35/10 kv-luq Cavad yarımstansiyasında yenidənqurma işləri aparılır. Elektrik enerjisinin verilişində fasilələrin yaranmasının qarşısının alınması məqsədilə rayonun bir sıra kəndində 10/04 kv-luq hava verilişi xətləri dəyişdirilib, yararsız dayaqlar yenilənib. Hazırda rayon mərkəzinə və 59 kəndə təbii qaz verilir. 2018-ci ilin birinci rübündə 665 abonentə təbii qaz verilib və rayonda abonentlərin sayı 29804-ə çatıb.
Son illər rayonda aqrar sektorun digər sahələrinin inkişafı ilə yanaşı, pambıqçılığın inkişafına da diqqət artırılıb. Ötən il rayonda 18 min 169 ton pambıq istehsal edilib. Cari ildə 15 min 55 hektar sahədə pambıq əkininin aparılması nəzərdə tutulub. Bu məqsədlə “MKT İK” MMC Sabirabad rayon filialı, “CTS Aqro” MMC, “Kənd Təsərrüfatı” MMC, “Şamo” MMC ilə müqavilələr bağlanılıb və çiyid səpininə başlanılıb.
Cari ilin məhsulu üçün 24645 hektar sahədə taxıl səpini aparılıb ki, bunun 15215 hektarı buğda, 9430 hektarı isə arpa sahəsidir. Əvvəlki illə müqayisədə taxıl əkini sahəsi 25 hektar artıb. Bu il 1276 hektar kartof, 1394 hektar tərəvəz, 1304 hektar bostan, 2415 hektar sahədə yeni yonca və digər bitkilər əkilib və hazırda əkin işləri davam etdirilir.
Hesabat dövründə rayonda heyvandarlığın müasir texnologiyalar əsasında inkişaf etdirilməsi sahəsində müəyyən tədbirlər həyata keçirilib. Heyvandarlıq məhsullarının istehsalının artırılmasında daha məhsuldar olan cins mal-qaranın yetişdirilməsi məqsədilə rayonda 18 süni mayalama məntəqəsi yaradılıb. “Holsteyn”, “Şarole”, “Simmental” cinsli və Azərbaycan camışı törədicilərinin toxumlarından istifadə olunmaqla, ötən üç ayda iribuynuzlu mal-qaradan süni mayalama yolu ilə 1080 baş cins bala alınıb.
Kənd təsərrüfatı məhsullarının istehsalında və məhsuldarlığın artırılmasında əkin sahələrinin vaxtında suvarılması əsas amillərdəndir. Dövlətin qayğısı və dəstəyi ilə rayonda bu sahədə xeyli iş görülüb. Dövlətimizin başçısının tapşırığına əsasən rayonun Moranlı, Sarxanbəyli, Bala Həşimxanlı, Əliləmbəyli və digər kəndlərinin suvarma təminatının yaxşılaşdırılması üçün mənbəyini Kür çayından götürməklə, uzunluğu 30 kilometr olan “H” kanalının çəkilməsinə başlanılıb və kanal yaxın vaxtlarda istifadəyə veriləcək.
Kürdəmir rayonunda da cari ilin ilk üç ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışının həcmi 5,5 faiz artaraq 70 milyon 958 min 600 manat olub. Üç ayda 229 nəfər daimi, 325 nəfər müvəqqəti işlə təmin edilib. Dövlətimizin başçısının müvafiq sərəncamları ilə Kürdəmirdə “ASAN xidmət” mərkəzinin və xalça emalatxanasının inşasına başlanılıb. Bu ilin məhsulu üçün 45039 hektar sahədə taxıl əkilib. Sahələrin suvarılması, gəmiricilərə qarşı mübarizə, gübrə verilməsi vaxtlı-vaxtında həyata keçirilib. Hazırda biçin üçün 41 kombayn hazırlanır. Kənardan əlavə kombaynların cəlb edilməsi məqsədilə müqavilələr bağlanılır.
Cari mövsümdə rayonda 5030 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulub. Bu məqsədlə əlverişli sahələr seçilib, pambıqçılarla tədarükçülər arasında müqavilələrin bağlanması təşkil olunub. Səpinə ciddi hazırlıq görülüb, sahələrə 39-dan çox səpin aqreqatı çıxarılıb. Qısa vaxtda 500 hektar sahədə çiyid əkini aparılıb. Əkinçilik üçün əlverişli olan 14600 hektar sahə əkin dövriyyəsinə qatılıb, bu torpaqlarda 5 aqropark yaradılıb.
Hesabat dövründə aqrar sektorun aparıcı sahələrindən olan heyvandarlıqda da uğurlu nəticələr qazanılıb. Üç ayda ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 0,5 faiz artaraq 2076 tona, süd istehsalı 16,6 faiz artaraq 10666 tona, yumurta istehsalı isə 84,4 faiz çoxalaraq 7 milyon ədədə çatıb.
Bundan başqa, bu ilin ilk üç ayında əhalinin içməli su, elektrik enerjisi, təbii qazla normal təminatı istiqamətində də mühüm işlər görülüb. Axtaçı, Qarabucaq, Qoçulu, Garıs-Əyribənd və Bağman kəndlərində modul tipli sutəmizləyici qurğuların quraşdırılması yekunlaşıb. Mollakənd kəndinə təbii qazın verilməsi ilə əlaqədar son tamamlama işləri aparılır.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
İqtisadiyyat
31 Oktyabr 10:53
İqtisadiyyat
31 Oktyabr 10:52
İqtisadiyyat
31 Oktyabr 10:49
MEDİA
31 Oktyabr 10:30
Analitik
31 Oktyabr 10:16
Analitik
31 Oktyabr 09:52
Siyasət
31 Oktyabr 09:48
Ədəbiyyat
31 Oktyabr 09:34
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

