Ötən il bölgələrin sosial-iqtisadi inkişafı istiqamətində uğurlu nəticələr əldə edilib
15.02.2018 [10:05]
Gəncə-Qazax iqtisadi rayonuna daxil olan ayrı-ayrı rayonların göstəriciləri də bunu təsdiqləyir
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində həyata keçirilən tədbirlər bu sahədə mühüm uğurların əldə edilməsini şərtləndirib. Ümumiyyətlə, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı davamlı xarakter daşıyır və ötən il əldə edilən nailiyyətlər bunu təsdiqləyir. Gəncə-Qazax iqtisadi rayonuna daxil olan ayrı-ayrı rayonların timsalında ötən ilin yekunlarına dair əldə edilən nəticələr də belə deməyə əsas verir.
Yeri gəlmişkən, ötən il Samux rayonunun sosial-iqtisadi inkişafında əldə edilən yüksək nəticələr bu kontekstdə xüsusi vurğulanmalıdır. 2017-ci il avqustun 19-da Prezident İlham Əliyev Samuxa səfəri çərçivəsində 100 yerlik körpələr evi-uşaq bağçasının, Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun açılışında, Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının 8,55 kilometrlik hissəsinin istifadəyə verilməsi mərasimində, Zazalı - “İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun açılışında iştirak edib, Samux Aqroenerji Yaşayış Kompleksi ilə tanış olub, rayon ictimaiyyəti ilə görüşüb. Keçən il rayon iqtisadiyyatının bütün sahələrində müsbət nəticələr əldə olunub, tikinti-quruculuq, abadlıq işləri davam etdirilib. 2017-ci ildə rayon üzrə ümumi məhsul buraxılışının həcmi 162,6 milyon manat olub. Bu da ötən ildəkindən 41,6 faiz çoxdur. Kənd təsərrüfatı məhsullarının istehsalı 21 faiz artaraq 75,5 milyon manat, sənaye məhsulunun həcmi 12,6 faiz artaraq 6,7 milyon manat, tikinti məhsullarının həcmi isə 3,6 dəfə artaraq 39,4 milyon manat təşkil edib. Prezident İlham Əliyevin ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə verdiyi müvafiq tapşırığa əsasən rayon ərazisində iri təsərrüfatların yaradılması istiqamətində işlər davam etdirilib. Hazırda rayonda “AQRO DAİRY” Məhdud Məsuliyyətli Cəmiyyət, “Boz dağ” heyvandarlıq kompleksi, “Ulduz 2011” MMC, “Qarabağ Region MKT” MMC, “Region Aqro” MMC kimi iri sahibkar təsərrüfatları fəaliyyət göstərir. Eyni zamanda, rayonda 200-dən çox istixana yaradılıb ki, onların da ümumi sahəsi 65 hektardan çoxdur. Bu istixanalarda 5 min tondan çox faraş tərəvəz yetişdirilir. Bu məhsulların çox hissəsi MDB ölkələrinə ixrac olunur.
Ötən il Goranboy rayonunun da makroiqtisadi göstəricilərində müsbət dinamika müşahidə edilib. Ümumi daxili məhsulun həcmi 198,2 milyon manat, sənaye məhsulunun həcmi 11,8 milyon manat, kənd təsərrüfatı məhsullarının həcmi 90,4 milyon manat olub. Keçən il 70 biznes layihəsinin icrası üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara 799 min 200 manat kredit verilib. Ümumilikdə isə, 6009 yeni iş yeri yaradılıb. Görülmüş tədbirlərin nəticəsində 2017-ci ildə ümumi məhsul istehsalında qeyri-dövlət sektorunun payı 82,3 faiz təşkil edib.
Rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 5 fərdi ev tikilərək istifadəyə verilib. Tikintisi davam etdirilən Rayon Mərkəzi Xəstəxanasının bu il istifadəyə verilməsi nəzərdə tutulub. Sahəsi 600 kvadratmetr olan Bayraq Muzeyinin və Bayraq Meydanının tikintisinə başlanılıb. Yaxın günlərdə Ailə və Uşaqlara Dəstək Mərkəzinin binasının tikintisinə başlanılacaq. Həmçinin ötən il rayonun ümumtəhsil məktəblərinin infrastrukturunun inkişafı və maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilib. 2016-cı ilin aprel döyüşlərində ziyan dəymiş Tap kənd tam orta məktəbinin binası “Azəraqrartikinti” ASC tərəfindən əsaslı təmir olunub, 180 şagird yerlik əlavə tədris korpusu inşa edilib. Xoylu kənd tam orta məktəbinin əlavə tədris korpusunda əsaslı təmir işləri başa çatmaq üzrədir. Məktəbəqədər təhsilin ilkin pilləsi olan uşaq bağçalarının maddi-texniki bazasının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılıb. Kələk kəndində inşa edilmiş yeni uşaq bağçası yaxın günlərdə istifadəyə veriləcək.
Bunlarla yanaşı, Azərbaycan Prezidenti tərəfindən pambıqçılığın, tütünçülüyün, baramaçılığın və digər sahələrin inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları Goranboy rayonunda aqrar sahənin inkişafına ciddi təkan verib. Goranboy və Samux rayonlarının inzibati ərazisində yerləşən “Boz dağ” massivində yaradılmış Goranboy Aqroparkının fəaliyyətə başlaması üçün ardıcıl və məqsədyönlü işlər görülüb. Buraya Şəmkir maşın kanalından 12,1 kilometr su kəməri çəkilib, su anbarları inşa edilib, müasir suvarma sistemləri quraşdırılıb. 14 kilometr yüksək gərginlikli elektrik xətti çəkilib, transformator quraşdırılıb, 12 kilometr qaz xəttinin çəkilməsi yekunlaşmaq üzrədir. Aqroparkda meyvə bağları salınıb. Burada həmçinin taxıl, şəkər çuğunduru, texniki bitkilər əkiləcək, emal müəssisələri, soyuducu anbarlar inşa ediləcək, 500 yeni iş yeri yaradılacaq. Hazırda aqroparkda 100 nəfər daimi işçi çalışır. Ötən il rayon üzrə 6 min 960 ton pambıq istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 1,9 dəfə çoxdur. 6 hektarda tütün əkilib, 9 ton məhsul istehsal edilib. Həmçinin 2 min 200 kiloqram barama yetişdirilib. Barama istehsalının artırılması məqsədilə 8 hektar sahədə 8 min ədəd tut tingi əkilib. Bu il 10 hektarda tütün əkilməsi, 5 ton barama yetişdirilməsi nəzərdə tutulub. Gəlirli sahələrdən biri olan istilikxanaların şəbəkəsi genişlənməkdədir. Hazırda rayonda fəaliyyət göstərən, ümumi sahəsi 59 min kvadratmetrdən artıq olan 17 istixanada il ərzində 800 tona qədər faraş məhsul yetişdirilir ki, bunun da bir hissəsi xarici bazarlara çıxarılır. Rayonda heyvandarlıq da inkişaf etməkdədir. Artıq iki heyvandarlıq kompleksi yaradılıb, lizinq yolu ilə 680 baş yüksək məhsuldar heyvanlar alınıb. Son illərdə salınmış 450 hektar nar bağında yetişdirilən məhsulun emalı məqsədilə nar konsentratı istehsalı müəssisəsinin tikintisi başa çatmaq üzrədir.
Ötən il Göygöl rayonunda da istehsal və xidmət sahələrinin genişləndirilməsi, sosial obyektlərin tikilməsi, abadlıq-quruculuq işlərinin aparılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilib. Prezident İlham Əliyev 2017-ci il avqustun 19-da Göygöl rayonuna səfəri zamanı insanların rahatlığına xidmət edən Qələbə parkının, müasir tələblərə cavab verən şəhər 4 saylı Körpələr evi - uşaq bağçasının, Çiçəkli Su Elektrik Stansiyasının, Göygöl şəhərində Zona Toxumçuluq, Aqrokimya, Baytarlıq laboratoriyalarının və Respublika Süni Mayalanma Mərkəzinin açılışında iştirak edib, həmçinin rayonun gələcək inkişafının istiqamətlərini müəyyən edən bir sıra tapşırıqlar verib. 2017-ci ildə əsas kapitala 39 milyon 329,6 min manat investisiya qoyulub. Bunun 37 milyon 102,4 min manatı tikinti-quraşdırma işlərinə yönəldilib. Ümumtəhsil məktəblərinin və məktəbəqədər uşaq tərbiyə müəssisələrinin təmirinə və tikintisinə, onların maddi-texniki bazasının müasir tələblərə uyğun möhkəmləndirilməsinə göstərilən dövlət qayğısının nəticəsi olaraq 432 şagird yerlik Üçtəpə kənd tam orta məktəbi üçün yeni bina, Xasabağ kənd ümumi orta məktəbi üçün 40 şagird yerlik və Balçılı 1 saylı körpələr evi-uşaq bağçası üçün modul tipli binalar tikilib, Qızılca uşaq bağçası təmir olunub. Ötən il Göygöl şəhərində 10 çoxmənzilli binanın dam örtüyü dəyişdirilib. “Azərbaycan İkinci Kənd İnvestisiya Layihəsi”nin maliyyə dəstəyi ilə Sarısu və Mollacəlilli kəndlərinə içməli su xətti çəkilərək birhovuzlu bulaqlar tikilib.
Ötən ilin yekunlarına görə, rayonda sahibkarların sayı 785 subyekt artaraq 5 min 849-a çatıb. Kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyinin nəticəsi olaraq sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 38 sahibkara 409 min manat güzəştli kredit verilib. Ümumdaxili məhsul istehsalında qeyri-dövlət sektorunun xüsusi çəkisi rayon üzrə 80,5 faiz təşkil edib. Rayonda fəaliyyət göstərən 23 sənaye müəssisəsi tərəfindən bütövlükdə 20 milyon 240,9 min manat dəyərində məhsul istehsal edilib, sənaye məhsulunun həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 51,1 faiz olub. Keçən il 50 milyon 496,1 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bunun da 99,3 faizi qeyri-dövlət sektorunun payına düşüb. 2017-ci ilin məhsulu üçün 8 min 190,3 hektar sahədə taxıl, o cümlədən 6 min 149,6 hektar sahədə buğda əkilib, 16 min 457,8 ton taxıl tədarük edilib. Bu ilin məhsulu üçün 8 min 69,3 hektar sahədə payızlıq taxıl əkilib ki, bunun da 5 min 748,8 hektarı buğdadır. Yüksək gəlir gətirən şəkər çuğundurunun əkin sahəsini genişləndirmək və fermerlərin şəkər çuğunduru becərilməsinə marağının artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Nəticədə 599,1 hektar sahədə səpin aparılıb və 17 min 492 ton çuğundur tədarük olunaraq təhvil verilib. Əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə rayon üzrə 180 subartezian quyusunda cari, 13 subartezian quyusunda isə əsaslı təmir işləri aparılıb. Ötən il 8 subartezian quyusu qazılıb, 4 subartezian quyusunda isə qazıntı işləri davam etdirilir.
Ötən il rayonda iribuynuzlu mal-qaranın sayı 20 min 248 başa, xırdabuynuzlu mal-qaranın sayı 154 min 776 başa çatıb. Heyvandarlıq sahəsində yüksək göstəricilərə nail olmaq məqsədilə bu sahə ilə məşğul olan hüquqi və fiziki şəxslərə 2017-ci ildə 50 faiz güzəştlə lizinq yolu ilə 6 baş cins mal-qara satılıb. Beləliklə, cins mal-qaranın sayı 174 başa çatdırılıb. Eyni zamanda, süni mayalanma yolu ilə 250 baş cins bala alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə süd istehsalı 139,2 ton, ət istehsalı 260,2 ton, yumurta istehsalı 5 min 300 ədəd artıb. Keçən il, həmçinin qeydiyyata götürülən 1421 nəfər işləməyən vətəndaşdan 250 nəfəri işlə təmin olunub, 51 nəfərə isə işsizlik müavinəti verilib.
Nəticə etibarilə, Gəncə-Qazax iqtisadi rayonuna daxil olan ayrı-ayrı rayonların göstəriciləri də deməyə əsas verir ki, ötən il bölgələrin sosial-iqtisadi inkişafı istiqamətində səmərəli tədbirlər davam etdirilib, uğurlu nəticələr əldə olunub.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33

