Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Bu ilin ilk altı ayı ərzində də Azərbaycan dinamik inkişaf edib, qarşıda duran bütün vəzifələr icra olunub

Bu ilin ilk altı ayı ərzində də Azərbaycan dinamik inkişaf edib, qarşıda duran bütün vəzifələr icra olunub

26.08.2015 [10:04]

Bəhs edilən müddətdə paytaxt Bakı ilə yanaşı, regionlarda da quruculuq, abadlıq, tikinti işləri davam etdirilib
Məlum olduğu kimi, əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, son 12 ildə ölkəmizin iqtisadi göstəricilərinin artması davam edib. İyulun 13-də Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da bu məqama toxunulub. Daha doğrusu, dövlət başçısı iclasdakı nitqində bildirib ki, bu ilin ilk altı ayı ərzində Azərbaycan dinamik inkişaf edib, qarşıda duran bütün vəzifələr icra edilib. Ümumdaxili məhsul 5,7 faiz, qeyri-neft sektoru isə 9,2 faiz artıb. Təbii ki, bu uğurlardan ölkənin hər bir bölgəsinə, həmçinin, Yevlağa da pay düşüb.
Bu barədə konkret faktlara keçməzdən öncə vurğulamaq yerinə düşər ki, hazırda bütün dünyada nümunə kimi göstərilən inkişafın Azərbaycan modelinin ən səciyyəvi cəhətlərindən biri ölkənin regionlarının tarazlı inkişafının təmin edilməsi ilə bağlıdır. Son 12 ildə ölkədə iqtisadi potensialın artması, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsi, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşması və digər parametrlər baxımından paytaxt Bakı və digər iri şəhərlərlə regionlar arasındakı fərq, demək olar ki, tam aradan qalxıb. Respublikamızda dövlət başçısı tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən siyasət sayəsində iqtisadi potensialın yalnız paytaxtda və yaxud bir neçə regionda cəmləşdirilməsinin qarşısı alınaraq bütün ölkə boyu inkişaf təmin edilib, ayrı-ayrı bölgələr tarixən formalaşan ənənələrinə, əmək ehtiyatlarına uyğun olaraq respublikanın ümumi tərəqqisi prosesinə qoşulub. Prezident İlham Əliyev Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransdakı çıxışında Dövlət proqramlarının regionların inkişafında, ümumiyyətlə, Azərbaycanın iqtisadi potensialının artmasında böyük rol oynadığını bildirib.
Beləliklə, verilən məlumatlara görə, bu ilin ilk yarısında Yevlaxda quruculuq, abadlıq, tikinti işlərinin aparılması davam etdirilib, infrastrukturun yaxşılaşdırılması, sakinləri narahat edən çətinliklərin, problemlərin aradan qaldırılması istiqamətində müvafiq addımlar atılıb. Məhz həyata keçirilən məqsədyönlü işlərin nəticəsində 2015-ci ilin birinci yarısında Yevlax rayonunda ümumi daxili məhsulun (ÜDM) həcmi 247,8 milyon manat olub. Bu, ötən ilin eyni dövrünə nisbətən 18,7 milyon manat və yaxud 8,1 faiz çoxdur. ÜDM-in 8,3 milyon manatı sənaye, 43,9 milyon manatı kənd təsərrüfatı, 19,4 milyon manatı tikinti, 143,9 milyon manatı ticarət, 2,7 milyon manatı nəqliyyat, 0,7 milyon manatı rabitə, 28,9 milyon manatı digər xidmətlərin payına düşür. Adambaşına 1979,8 manat ÜDM istehsal olunub ki, bu da 2014-cü ilin birinci yarısına nisbətən 131,3 manat və yaxud 7,1 faiz çoxdur. Ümumi daxili məhsulun 98,5 faizi qeyri-dövlət sektorunda istehsal olunub və eyni zamanda, ÜDM artımı əsasən məhsul istehsalının, tikinti işlərinin və xidmətlərin həcminin artması hesabına olub.
Rayon üzrə orta aylıq əməkhaqqı 230,7 manat təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən orta aylıq əməkhaqqı 8,5 manat artıb. 2015-ci ilin ilk altı ayında əhalinin pul gəliri 136,3 milyon manat olub. Bu isə 2014-cü ilin altı ayına nisbətən 8,3 milyon manat və yaxud 6,5 faiz çoxdur. Adambaşına (hər nəfərə) pul gəlirləri 1088,9 manat olub ki, bu da 2014-cü ilin altı ayına nisbətən 56,7 manat və ya 5,5 faiz çoxdur.
Ticarət və xidmət sahəsindəki mövcud vəziyyətə gəlincə, cari ilin ilk altı ayı ərzində pərakəndə əmtəə dövriyyəsi və pullu xidmətlərin ümumi həcmi 143,9 milyon manat təşkil edib, nəticədə bu göstərici 2014-cü ilin eyni dövründəkindən 17,4 milyon manat, yaxud 13,8 faiz çox olub. Eyni zamanda, əhaliyə göstərilən ticarət, ictimai-iaşə və digər xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə əlavə 30 ədəd nümunəvi xidmət obyekti tikilib istifadəyə verilib.
Əlamətdar haldır ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları hər bölgənin özünəməxsus xüsusiyyətləri, həmin bölgələrdə yaşayan insanların təklifləri nəzərə alınmaqla hazırlanıb. Hər bir proqram üzrə qarşıya real vəziyyət nəzərə alınmaqla konkret hədəflər qoyulub və onlara çatmaq üçün bütün imkanlar səfərbər edilir. Prezident İlham Əliyevin vurğuladığı kimi, yerlərdən gələn təkliflər və arzular ümumiləşdirilib, proqram halına salınıb, maliyyə resursları təşkil edilib. Hər il dövlət büdcəsi qəbul edilərkən proqramın icrası, investisiya qoyuluşu nəzərdə tutulur. Beləliklə, bu proqramlar konkret xarakter daşıyır.
Təbii ki, bu baxımdan Yevlaxda da müvafiq addımlar atılıb. Məsələn, bəhs edilən dövrdə tikinti-quruculuq və abadlıq işləri də uğurla davam etdirilib. Belə ki, Azərbaycan Beynəlxalq Bankının Yevlax filialının binası istifadəyə verilib, Aran qəsəbəsindən keçən Bakı-Ələt-Qazax avtomobil yolunun kənarında qala divarlarının və bürclərin tikintisi başa çatdırılıb, “Sahil” istirahət kompleksində yenidənqurma işləri davam etdirilib. Yuxarı Qarxun, Gülövşə, Yuxarı Salamabad, Aşağı Salamabad, Əcəmi, Ərəş kəndləri qazlaşdırılıb. Şəhərdə və rayon ərazisindən keçən avtomobil yollarının kənarlarında geniş yaşıllaşdırma işləri aparılıb, 104 mindən çox müxtəlif ağac, qızılgül kolu əkilib. Hazırda Kür çayı sahilində beşulduzlu hotelin, rayon polis şöbəsinin, İqtisadiyyat və Sənaye Nazirliyinin Aran Regional İnkişaf Mərkəzinin, Kənd Təsərrüfatı Nazirliyinin Yevlax rayon idarəsinin, təhsil şöbəsinin, 11 saylı Ərazi Vergilər Departamentinin, 100 yerlik uşaq bağçasının binalarının tikintisi davam etdirilir.
Yeri gəlmişkən, son illərdə Azərbaycanın regionlarının məqsədyönlü şəkildə inkişaf etdirilməsindən söhbət açarkən bölgələrdə yüksək səviyyədə reallaşdırılan infrastruktur layihələrini xüsusi qeyd etmək lazımdır. Son 12 il ərzində regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramlarının uğurla icra edilməsi nəticəsində respublikanın bölgələrinin elektrik enerjisi ilə təchizatında, sözün əsl mənasında, dönüş yaranıb. Belə ki, ötən müddətdə Azərbaycanın elektrik enerjisi sistemində 23 yeni elektrik stansiyası istismara buraxılıb, 10 min kilometrdən çox yeni elektrik xətləri çəkilib, 1500-dən çox yarımstansiya inşa edilib və yaxud yenidən qurulub. 2015-ci ilin yarım ilində əhalinin içməli su ilə təmin olunması diqqət mərkəzində olmuş, artezian və subartezianların, kanalizasiya nasos stansiyalarının istismarı nəzarətdə saxlanılıb. Əhalinin içməli su ilə təminatında və çirkab, yağış sularının şəhərdən kənarlaşdırılmasında problemlər olmayıb.
Məhz bu kontekstdə 2015-ci ilin ilk altı ayı ərzində Yevlaxda da əhalinin və istehsalat sahələrinin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması həyata keçirilib. Yarım il ərzində elektrik verilişi hava xətlərinin 610 ədəd ağac dayağı metal və dəmir-beton dayaqlarla əvəz edilib. 15 km SİB kabellər çəkilib, 15 km naqil dəyişdirilib. 9 ədəd yeni transformator məntəqəsi quraşdırılıb, 11 ədəd zədələnmiş transformator yenisi ilə əvəz edilib.
2015-ci ilin birinci yarım ilində rayonun kənd yaşayış məntəqələrinin qazlaşdırılması işləri də davam etdirilib və Yuxarı Qarxun, Gülövşə, Yuxarı Salamabad, Aşağı Salamabad, Əcəmi, Ərəş kəndlərinin qazlaşması başa çatdırılıb. Hazırda Havarlı, Quşçu kəndlərinin qazlaşdırılması işləri davam etdirilir. Şəhərdə və rayonun kənd yaşayış məntəqələrində 24,6 milyon kubmetr təbii qaz istehlak olunub.
Məlum olduğu kimi, Prezident İlham Əliyev Nazirlər Kabinetinin yuxarıda bəhs olunan iclasındakı yekun nitqində sahibkarların işinə müdaxilənin yolverilməz olduğunu qeyd edib. Öz növbəsində, dövlət başçısının müvafiq tövsiyə və tapşırıqlarına uyğun olaraq bu ilin ilk yarısında Yevlaxda da sahibkarlığın inkişafı, sahibkarlara diqqət və qayğı göstərilməsi istiqamətində tədbirlər davam etdirilib.
Məlumat üçün bildirək ki, rayonda 8 bank filialı fəaliyyət göstərir və 2015-ci ilin ilk altı ayında rayonda fəaliyyət göstərən bank filialları tərəfindən 5840 vətəndaşa, iş adamlarına, sahibkarlara 14 milyon 335,3 min manat kredit verilib, əhalidən 8 milyon 546 min manat əmanət qəbul edilib. 2015-ci ilin birinci yarısında şəhərin büdcə gəlirləri 6 milyon 609,7 min manat, xərcləri 10 milyon 844,9 min manat olub. Eyni zamanda, bu ilin ilk altı ayında 587 iş yeri açılıb ki, onlardan da 314-ü daimidir. Ümumilikdə isə 2004-2015-ci illərdə rayonda 17708 iş yeri yaradılıb ki, onlardan 11110-u daimi iş yeridir.
Bir sözlə, göründüyü kimi, Prezident İlham Əliyevin 17 fevral 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” hər yerdə olduğu kimi, Yevlaxda da uğurla icra olunur. Hər halda hazırda şəhərdə tikinti, abadlıq, quruculuq işlərinin davam etməsi deyilənlərin əyani təsdiqidir.
Nadir AZƏRİ

 
Paylaş:
Baxılıb: 1136 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30