Azərbaycanın regionlarında müalicəvi turizm inkişaf edir
18.08.2015 [10:07]
Bu günlərdə Şabran rayonunda “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin istifadəyə verilməsi ölkəmizdə müalicəvi turizmin inkişafına dövlətin güclü dəstəyini təsdiqləyir
Dünyanın ayrı-ayrı ölkələrinin iqtisadiyyatında mühüm yer tutan turizmin Azərbaycanda da geniş inkişaf perspektivləri var. Prezident İlham Əliyev bir neçə mühüm sahə ilə yanaşı, ölkəmizdə turizmin inkişafını da qeyri-neft sektorunun əsas istiqamətlərindən biri elan edib. Dövlət başçısı Şabran rayonunun ərazisində yerləşən “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin açılışındakı çıxışında diqqəti bir daha ölkəmizdə turizmin inkişaf etdirilməsinin zəruriliyinə çəkərək deyib: “Hər bir ölkə, xüsusilə Azərbaycan kimi belə gözəl yerlərə, təbii sərvətlərə malik olan bir ölkə mütləq turizmi inkişaf etdirməlidir. Çünki bu, daimi gəlir mənbəyidir. Təbii sərvətlər, neft, qaz - bunlar tükənən sərvətlərdir. Ancaq ölkəmizin dayanıqlı inkişafı üçün daim gəlir gətirən sahələr mütləq inkişaf etməlidir. Onların içərisində turizm xüsusi yer tutur”.
Azərbaycan turizmin geniş inkişaf perspektivlərinə malik olan ölkədir
Son illər ölkəmizin uğurlu sosial-iqtisadi inkişafı, möhkəm daxili sabitlik respublikamıza turist axınını şərtləndirən əsas amillərdəndir. Azərbaycanın coğrafi baxımdan əlverişli məkanda yerləşməsi, flora və fauna növlərinin müxtəlifliyi, Xəzər dənizi, infrastruktur təminatının yaxşılaşdırılması ölkəmizin turizm imkanlarını daha da artırır. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsi bu sahənin daha da inkişaf etdirilməsinə güclü təkan verib. Əlamətdar haldır ki, ölkəmizdə turizmin müxtəlif növlərini, o cümlədən, biznes, istirahət, sağlamlıq, idman turizmlərini inkişaf etdirmək üçün hər cür imkan vardır.
Respublikamızın turist cəlbediciliyinin yüksəlməsi ölkəmizə gələn turistlərin sayının artmasında da öz əksini tapır. Belə ki, son bir neçə ildə dünyada və Avropa ölkələrində turistlərin gəlməsində cəmi 5 faiz artım müşahidə edilmişdirsə, Azərbaycana turist axınının artım dinamikası 10 faiz səviyyəsində olub. Burada, heç şübhəsiz ki, bütün turist marşrutları üzrə mükəmməl infrastruktur şəbəkəsi yaradılması da mühüm rol oynayır. Son illərdə Azərbaycanda müxtəlif turist marşrutları üzərində beynəlxalq səviyyəli turizm mərkəzlərinin yaradılması ölkəmizin turizm reytinqinin yüksəlməsində mühüm rol oynayıb. “Şahdağ” Qış-Yay Turizm Kompleksi məhz belə yüksək səviyyəli turizm obyektlərindən biridir. Azərbaycanda və ümumiyyətlə, dünyada ən mükəmməl layihələrdən olan “Şahdağ” Qış-Yay Turizm Kompleksi oxşar istirahət mərkəzlərindən bənzərsizliyi ilə fərqlənir və ilboyu fəaliyyət göstərmək iqtidarındadır. Başqa bir beynəlxalq səviyyəli turizm mərkəzi - “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi son 3 ildə Azərbaycanın dilbər guşələrindən olan Qəbələ rayonunda yaradılır.
Ölkəmizdə müxtəlif turist marşrutları üzrə geniş infrastruktur qurulmasından söhbət açarkən dünya miqyasında məşhur brend otellərin tikintisini də ayrıca vurğulamaq gərəkdir. Respublikamızda mehmanxana və mehmanxana tipli obyektlərin sayı 2003-cü illə müqayisədə 5,4 dəfə artaraq 516-ya çatıb ki, onların da böyük əksəriyyəti regionlarda yerləşir.
Naftalan kurortunun keçmiş şöhrəti geri qayıdır
Son illərdə Azərbaycanda turizmin yüksək sürətlə inkişaf edən istiqamətləri arasında müalicə-kurort turizminin inkişafını xüsusi qeyd etmək lazımdır. Azərbaycanın məşhur müalicəvi kurortlarından biri Naftalandır. Naftalanda çıxarılan xüsusi tərkibli neft müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur. 2011-ci ilin fevralında Naftalanda “Chinar Hotel & SPA Naftalan” kompleksinin istifadəyə verilməsi son illərdə Azərbaycanda yeni səhiyyə ocaqlarının, sanatoriyaların, mehmanxanaların inşasının, kurort zonalarının inkişaf etdirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunun göstəricisidir. 18,8 hektar ərazidə yerləşən 312 yerlik “Chinar Hotel & SPA Naftalan” kompleksinin əsaslı təmirinə 2007-ci ilin mayında başlanılıb, 2010-cu ilin noyabrında sona çatdırılıb.
Kompleksin urologiya, dietalogiya, ginekologiya, kardiologiya, qulaq-burun-boğaz, stomatologiya, terapiya və dermatologiya şöbələrinin olduğu poliklinikası İtaliya, Almaniya, Çexiya, Türkiyə, Yaponiya və Cənubi Koreyada istehsal edilmiş müasir tibbi avadanlıqla təchiz olunub. Burada ən müasir tibbi avadanlığı olan biokimyəvi, hematoloji, mikrobioloji, immunoloji, seroloji laboratoriyalar fəaliyyət göstərir. Poliklinikada hərəkət orqanları, qulaq-burun-boğaz, uşaq, uroloji, dəri, ginekoloji, periferik damar, periferik sinir və mərkəzi sinir sistemi xəstəliklərinin müalicəsi aparılır.
Kompleksdə SPA terapiya, fizioterapiya və reabilitasiya, fitnes mərkəzləri fəaliyyət göstərir. Naftalan Terapiya Mərkəzində 24 vanna otağı var və əsas müalicə vasitəsi Naftalan neftidir. Təkcə Azərbaycanda mövcud olan Naftalan nefti bir çox xəstəliklərin dərmanıdır. Bu baxımdan Naftalan terapiyası tibbin bir çox sahələrində əvəzsiz müalicə metodu kimi qəbul edilmişdir. Birnəfərlik, ikinəfərlik və ailəvi otaqlardan ibarət (cəmi 170 otaq) yataq korpusunda bütün zəruri şərait yaradılıb. Burada qadın gözəllik mərkəzi, internet klub, hədiyyələr dükanı var, elektrikli arabaların və velosipedlərin kirayəsi xidmətləri təşkil olunub. Ərazi yaşıllaşdırılıb, uşaqlar üçün əyləncə guşəsi yaradılıb.
“Qalaaltı” müalicə-istirahət kompleksində böyrək, öd kisəsi və digər xəstəliklər müalicə olunacaq
Bu günlərdə dövlət başçısının iştirakı ilə Şabran rayonunda “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin istifadəyə verilməsi də ölkəmizin turizm imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Kompleks Azərbaycanın qədim tarixi-mədəniyyət abidələrindən olan Çıraqqalanın yaxınlığında, sıldırım qayanın altında yerləşir. Dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən yeni kompleks məşhur “Qalaaltı” kurortunun bazasında inşa edilib. Təxminən 7,1 hektar sahəsi olan kompleksdə 354 nəfəri qəbul edə biləcək hotel, villa və kotteclər var.
Bakıdan cəmi 127 kilometr məsafədə yerləşən bu kompleksin 171 otaqdan ibarət hotel binası ən müasir standartlara cavab verir. Burada qonaqların zövqünü oxşayan interyer işləri aparılıb, müxtəlif tədbirlərin keçirilməsi üçün iclas və konfrans zalları yaradılıb. Binadakı 112 superior otağın 33-ü iki, 79-u isə birnəfərlikdir. Bundan başqa, burada 11 suit və 1 lüks otaq da var. Kompleksdə istər uzunmüddətli müalicəvi istirahət, istərsə də həftəsonlarında asudə vaxt keçirmək üçün hər cür şərait yaradılıb. Hotel binasındakı “Mənzərə” restoranı, “Lavanda”, “Qala” və “Vitamin” barları qonaqların həm yüksək səviyyədə qidalanmalarına, həm də asudə vaxtlarını daha maraqlı keçirmələrinə geniş imkanlar açır. Müalicə-istirahət mərkəzində aptek, market, suvenir mağazası, kişi və qadın bərbərxanaları fəaliyyət göstərir, qonaqlara bank xidmətləri təklif olunur.
Kompleksdə ziyarətçilərə SPA xidmətləri də təqdim edilir. Həmçinin, hamam, sauna, türk hamamı, bio-sauna, masaj, buxar və ekzotik duş otaqları, hovuz, trenajor zalı fəaliyyət göstərir. Burada yaradılan qar otağı da qonaqların ixtiyarındadır. “Tai SPA” və “Aura SPA” mərkəzlərini ziyarət edənlər buradan xoş əhval-ruhiyyə ilə ayrılacaqlar.
“Qalaaltı” kompleksində yerləşən tibbi mərkəz müasir avadanlıqla təchiz edilib. Müasir laboratoriya, rentgen və ultrasəs müayinələri üçün lazımi şərait yaradılan mərkəzdə fizioterapiya, elektroterapiya, maqnitoterapiya, hidroterapiya, hidrokolonterapiya otaqları var. Burada müalicə alanlar masaj və palçıq applikasiya otaqlarından istifadə edə bilərlər. Tibbi mərkəzdə uroloji xidmətlər də göstəriləcək. Kosmetoloji bölmədə kosmetoloji prosedur otağı, krioterapiya, solyarium, ozon kapsula və haloterapiya-duz otaqları var.
Kompleksin açılışında şəxsən iştirak edən Prezident İlham Əliyev “Qalaaltı” kurortunun müalicəvi xüsusiyyətlərini xatırladaraq onun yeni dövrünün başladığından məmnunluğunu bildirib: “Bu gün “Qalaaltı” kurortuna yeni həyat verilir, “Qalaaltı”nın yeni dövrü başlayır. Bu, müasir dövrdür, gözəl dövrdür və burada yaradılan şərait ən yüksək standartlara uyğundur”.
Naxçıvan möcüzəsi - Duzdağ
Naxçıvan Respublika Fizioterapiya Xəstəxanası 1979-cu il dekabr ayının 29-dan 50 çarpayılıq xəstəxana kimi Naxçıvan Duz mədəni bazasında, dəniz səviyyəsindən 1173 metr hündürlükdə fəaliyyət göstərir. 1980-ci ilin oktyabr ayından xəstəxanada çarpayıların sayı 100-ə çatdırılıb.
Xəstəxana 2 şöbədən ibarətdir. Yerüstü şöbə Naxçıvan şəhərində N.Nərimanov adına Respublika Xəstəxanasında yerləşir. Yeraltı şöbə duz mədənində II əsas dağ sexində, girişdən 300 metr məsafədə, 110 metr dərinlikdə 9 işlənmiş ştrixdə yerləşir. Onlardan ikisində qadın, ikisində kişi, birində uşaq palataları, ikisində istirahət foyeləri və s. vardır. Duz dağının qalınlığı 8,2 metrdir. Xəstələr şaxtada olduqda temperatur 0-50C, nisbi rütubət isə 5-10 faiz arta bilər.
Naxçıvan Fizioterapiya Xəstəxanasında spleoterapiya Ukraynanın Ujqorod xəstəxanasının metodik göstərişlərinə uyğun aparılır. Müalicə başa çatdıqdan sonra böyüklərdə 65-70 faiz, uşaqlarda isə 80-85 faiz yaxşılaşma qeyd olunur.
Xəstələr şaxtaya getməklə bərabər, lazım gələrsə, bəzi dərman preparatları, fizioprosedurlar, müalicəvi bədən tərbiyəsi, döş qəfəsinin masajları və s. alırlar. Mümkün qədər dərman preparatları az təyin edilir. Spleoterapiya xəstədə boğulma tutmaları (“Status asmatikus”) olmayan dövrdə və ya remissiya dövründə aparılır.
Naxçıvan Respublika Fizioterapiya Xəstəxanasının müalicəvi təsiri, digər duz şaxtalarından üstünlüyü ondadır ki, şaxta horizontal yerləşdiyindən xəstələr yeraltı şöbəyə adaptasiya olaraq girirlər. Xəstəxanada yeraltı şöbənin işlənmiş şahmatvari ştrixlərində ventilyasiya təbiidir, yəni havanın axın sürəti 0-0,1m/saniyəyə yaxındır. Şaxtada təbii yüksək disperli Na+CI+ ionları sabitdir. Mikrob cisimləri şaxtada çox azdır. Xəstəxananın yerləşdiyi sahə ekoloji cəhətdən yüksək təmizliyə malikdir. Buna görə şaxtada zəhərli qazlar (metan qazı), ümumiyyətlə, yoxdur.
2003-cü ildə xəstəxananın yeraltı şöbəsində ən müasir tələblərə uyğun olaraq yenidənqurma işləri aparılıb, yeraltı şöbə genişləndirilib, müasir avadanlıqlarla və ləvazimatlarla təmin olunub.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
İqtisadiyyat
31 Oktyabr 10:53
İqtisadiyyat
31 Oktyabr 10:52
İqtisadiyyat
31 Oktyabr 10:49
MEDİA
31 Oktyabr 10:30
Analitik
31 Oktyabr 10:16
Analitik
31 Oktyabr 09:52
Siyasət
31 Oktyabr 09:48
Ədəbiyyat
31 Oktyabr 09:34
Analitik
31 Oktyabr 09:15
Sosial
31 Oktyabr 08:57
Sosial
31 Oktyabr 08:31
Hadisə
31 Oktyabr 08:12
Mədəniyyət
31 Oktyabr 08:11
Mədəniyyət
31 Oktyabr 08:10
İdman
31 Oktyabr 08:08
Sosial
31 Oktyabr 08:01
Gündəm
31 Oktyabr 07:42
Dünya
30 Oktyabr 23:55
İdman
30 Oktyabr 23:31
YAP xəbərləri
30 Oktyabr 23:14
Dünya
30 Oktyabr 22:52
YAP xəbərləri
30 Oktyabr 22:35
Dünya
30 Oktyabr 22:10
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

