Azərbaycançılıq ideyasının yeni mərhələsi...
10.06.2026 [08:34]
Milli dəyərlərimizin təbliğində təhsil sisteminin rolu
Xalqımızın kimliyi, tarixi yaddaşı və mədəni irsini vahid ideoloji düşüncə kimi formalaşdıran azərbaycançılıq ideyası həm keçmişin təcrübəsini, həm də gələcəyin strateji hədəflərini özündə cəmləşdirir. Bu ideya yalnız etnik mənsubiyyətin ifadəsi deyil, eyni zamanda fərqli tarixi mərhələlərdə müxtəlif siyasi sistemlər daxilində yaşamış xalqımızın özünü dərketmə prosesini meydana çıxarıb. Həmin prosesdə isə dil, ədəbiyyat, din, adət-ənənələr və dövlətçilik təcrübəsi bir-birini tamamlayan əsas sütunlar kimi çıxış edib.
Azərbaycançılıq ideyası xüsusilə XIX əsrin sonu XX əsrin əvvəllərində milli oyanış proseslərinin güclənməsi ilə daha sistemli bir məzmun qazanıb. Bu baxımdan Azərbaycançılıq təkcə mədəni identiklik deyil, həm də sosial-siyasi modernləşmə proqramı kimi dəyərləndirilə bilər. Bu ideya həm də dövlətçilik ənənələrinin qorunması və inkişaf etdirilməsi ilə sıx bağlıdır. Belə ki, qədim və orta əsrlərdən başlayaraq mövcud olmuş dövlətçilik təcrübəsi müasir Azərbaycan Respublikasının ideoloji əsaslarının formalaşmasında mühüm rol oynayıb. Xüsusilə, müstəqillik dövründə bu ideya dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib və milli ideologiya səviyyəsinə yüksəlib.
Təhsildən başlayan milli şüur
Mövzu barədə “Yeni Azərbaycan”a danışan təhsil üzrə ekspert Səbuhi Abdullayev bildirib ki, Azərbaycançılıq ideyasının təbliği, yalnız bir şüarın səsləndirilməsi və ya formal tədbirlərin keçirilməsi ilə məhdudlaşdırıla bilməyəcək qədər dərin, çoxqatlı və davamlı bir prosesdir: “Bu ideya bir xalqın tarixi yaddaşını, mədəni özünüdərkini, dilinə, ədəbiyyatına, musiqisinə və ümumilikdə milli kimliyinə olan bağlılığını formalaşdıran əsas sütunlardan biri kimi çıxış edir. Azərbaycançılığın geniş şəkildə təbliği üçün ilk növbədə təhsil sistemində köklü və məqsədyönlü yanaşma formalaşdırılmalı, məktəblərdə və universitetlərdə Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyəti yalnız faktların öyrədildiyi bir fənn kimi deyil, şagird və tələbələrin daxili dünyasına təsir edən, onları düşünməyə, müqayisə etməyə və milli dəyərləri müasir kontekstdə dərk etməyə sövq edən bir bilik sahəsi kimi təqdim edilməlidir. Belə ki, dərsliklərin məzmunundan tutmuş müəllimlərin tədris metodlarına qədər hər bir detal azərbaycançılıq ideyasının ruhunu daşımalı və gənclərdə bu ideyaya qarşı təbii maraq oyatmalıdır”.
Azərbaycançılığın dərk olunmasında pedaqoji yanaşmalar
S.Abdullayevin sözlərinə görə, təhsil müəssisələrində azərbaycançılıq ideyasının təbliği sistemli, ardıcıl və elmi əsaslara söykənən pedaqoji yanaşma tələb edən bir proses kimi qiymətləndirilməlidir: “İlk növbədə kurikulumun məzmunu müasir dövrün tələblərinə uyğunlaşdırılaraq Azərbaycan tarixi və Azərbaycan ədəbiyyatı fənlərinin yalnız məlumat ötürən deyil, analitik düşüncə, müqayisə aparmaq bacarığı və milli-mənəvi dəyərlərə reflektiv yanaşma formalaşdıran interaktiv tədris modeli əsasında qurulması zəruridir. Belə ki, şagirdlər yalnız faktları əzbərləmək deyil, həmin faktların arxasındakı ideoloji, tarixi və mədəni konteksti dərk etməyi öyrənməlidirlər”.
Ənənəvi təhsil metodları ilə rəqəmsal imkanların sintezi
S.Abdullayev qeyd edib ki, təhsil müəssisələrində sinifdənkənar fəaliyyətlərin rolu da xüsusi olaraq vurğulanmalıdır: “Çünki ədəbi-bədii gecələr, debat klubları, tarix və mədəniyyətə həsr olunmuş ekskursiyalar, muzey ziyarətləri və milli irs layihələri şagirdlərin Azərbaycançılıq ideyasını yalnız nəzəri bilik kimi deyil, eyni zamanda emosional və praktiki təcrübə kimi mənimsəməsinə şərait yaradır. Bu da onların milli kimlik şüurunu daha dərin və davamlı edir.
Rəqəmsal tədris resurslarının inteqrasiyası da müasir təhsil sistemində vacib element kimi çıxış etməlidir. İnteraktiv platformalar, virtual muzey turları, elektron dərsliklər və multimedia materialları vasitəsilə Azərbaycançılıq ideyasının daha cəlbedici və gənclərin maraq dairəsinə uyğun şəkildə təqdim olunması təmin edilməli. Beləliklə, ənənəvi təhsil metodları ilə rəqəmsal imkanların sintezi nəticəsində daha effektiv öyrənmə mühiti yaradılmalıdır.
Nəticə etibarilə, təhsil müəssisələrində Azərbaycançılıq ideyasının təbliği yalnız bir ideoloji istiqamət kimi deyil, elmi-pedaqoji əsaslara söykənən, planlı şəkildə həyata keçirilən və şagirdin şəxsiyyət kimi formalaşmasına xidmət edən strateji bir vəzifə kimi qəbul olunmalıdır. Bu prosesdə isə kurikulum, müəllim hazırlığı, sinifdənkənar fəaliyyətlər və rəqəmsal resursların harmonik inteqrasiyası təmin edilməklə milli kimlik şüurunun daha güclü və dayanıqlı şəkildə formalaşdırılmasına nail olunmalıdır”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxElm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31

