Sağlam nəsil, güclü cəmiyyət!
24.01.2026 [09:11]
Uşaqlarda fiziki sağlamlıq və mənəvi dəyərlərin vəhdəti...
Müasir dövrdə uşaq və gənclərin fiziki və mənəvi inkişafı cəmiyyətin dayanıqlı gələcəyini müəyyən edən əsas prioritetlərdən biri kimi çıxış edir. Qloballaşma, rəqəmsallaşma və informasiya bolluğu fonunda formalaşan yeni nəsil həm sağlam bədənə, həm də möhkəm mənəvi-əxlaqi dəyərlərə malik olmalıdır. Çünki yalnız fiziki cəhətdən sağlam, eyni zamanda milli-mənəvi köklərinə bağlı, vətənpərvər və sosial məsuliyyət hissi yüksək olan gənclik güclü dövlət və sağlam cəmiyyətin əsas dayağıdır.
Fiziki inkişaf uşaqların sağlam həyat tərzinin formalaşmasında mühüm rol oynayır. İdman, kütləvi bədən tərbiyəsi, aktiv həyat tərzi təkcə sağlamlığı möhkəmləndirmir, eyni zamanda iradə, intizam və mübarizlik kimi keyfiyyətləri də aşılayır. Paralel olaraq mənəvi inkişaf - milli kimliyin qorunması, ailə dəyərlərinə hörmət, tarixi yaddaşın yaşadılması və ümumbəşəri dəyərlərin mənimsənilməsi gənclərin şəxsiyyət kimi formalaşmasında həlledici əhəmiyyət daşıyır.
Bu baxımdan dövlətin həyata keçirdiyi məqsədyönlü siyasət, təhsil müəssisələrinin rolu, ailə institutunun məsuliyyəti və cəmiyyətin ümumi yanaşması uşaq və gənclərin hərtərəfli inkişafının təmin olunmasında əsas amillər kimi ön plana çıxır. Sağlam düşüncəli, güclü iradəli və mənəvi baxımdan zəngin gənclik isə ölkənin gələcək inkişaf strategiyasının ən etibarlı təminatıdır. Beləliklə, gələcəyimiz olan uşaqların və gənclərin düzgün tərbiyəsi, fiziki və mənəvi inkişafı, savadlı vətəndaşlar kimi yetişməsi onların gələcəkdə cəmiyyətə inteqrasiyasına böyük təsir göstərir. Uşaq və gənclərin fiziki və mənəvi inkişafı yalnız ailənin deyil, bütövlükdə cəmiyyətin ən vacib məsuliyyətlərindən biridir.
Sağlam psixoloji mühitin mövcud olduğu ailələrdə...
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən psixoloq Aytən Ələkbərova bildirib ki, yeniyetməlik dövrü bəzən həm fiziki dəyişikliklərlə, həm də psixoloji problemlərlə müşayiət olunur. Onun sözlərinə görə, gənclər bu mərhələdə tez-tez kimlik böhranı yaşayır: “Əgər bu dövrdə psixoloji dəstək göstərilməsə, özünə inam azalır, sosial münasibətlərdə gərginliklər yaranır”.
Mütəxəssis vurğulayıb ki, uşaqların və gənclərin mənəvi inkişafında ailə və məktəb mühüm rol oynayır. Sağlam psixoloji mühitin mövcud olduğu ailələrdə uşaqlar düzgün dəyərlərə əsaslanaraq böyüyür. Məktəb isə təkcə bilik verilən yer deyil, həm də sosiallaşma və dəyərlərin mənimsənildiyi mühüm təsisatdır.
A.Ələkbərova rəqəmsal dünyanın yaratdığı risklərə də diqqət çəkib: “Elm adı ilə yayılan əsassız məlumatlar, saxta psixoloji metodlar və sosial şəbəkələrdə peşəkar hazırlığı olmayan şəxslərin verdiyi məsləhətlər gənclərin psixoloji sabitliyinə mənfi təsir göstərir. Buna görə də sorğulamaq və sağlam düşünmək hər bir gəncin əsas bacarıqlarından biri olmalıdır”.
Balans düzgün qurulduqda...
Psixoloq hesab edir ki, hər hansı fiziki və ya psixoloji narahatlıq yarandıqda onu gizlətmək əvəzinə, vaxtında ailəyə və ya mütəxəssisə müraciət etmək vacibdir. Çünki psixoloji dəstək alan gənc həm mənəvi, həm də psixoloji cəhətdən stabilləşir. “Mənəviyyat yalnız dini çərçivələrlə məhdudlaşmır. Bu, daxili harmoniya axtarışı, etik prinsiplərə bağlılıq və bütöv şəxsiyyətin formalaşması deməkdir. Sağlam bədən, psixoloji dayanıqlılıq və mənəvi dəyərlər birlikdə inkişaf etməlidir. Balans düzgün qurulduqda uşaq və gənc həm cəmiyyətə faydalı olur, həm də daxili gücünü qoruyaraq irəli gedir.
Xalqımızın milli-mənəvi dəyərlərinə əsaslanan dövlət-uşaq siyasətinin əsasında cəmiyyətimizin əsas özəyi olan ailələrin sosial müdafiəsinin gücləndirilməsi, təhsilin və səhiyyənin səviyyəsinin artırılması, uşaq yaradıcılığının dəstəklənməsi dayanır. Bu gün əminliklə deyə bilərik ki, uşaqlar və gənclərimizin gələcəyi etibarlı əllərdədir. Onların layiqli vətəndaş kimi böyüməsi, təhsil alması, cəmiyyətdə mövqe tutması üçün Azərbaycan dövləti bütün imkan və şəraiti yaradıb. Qarşıdakı illərdə isə gənclərin və uşaqların fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsi sahəsində daha əhəmiyyətli addımlar atılacaq. Uşaq və gənclərin inkişafına qoyulan hər bir sərmayə əslində ölkənin gələcəyinə qoyulan sərmayədir. Sağlam düşünən, sağlam yaşayan və sağlam dəyərlərə sahib gənclər - güclü dövlətin ən möhkəm dayağıdır.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31

