16 günlük kampaniya...
10.12.2025 [08:23]
Gender əsaslı zorakılıq barədə debat keçirilib
Son illər ölkəmizdə gender əsaslı zorakılıq məsələsi mütəmadi müzakirə olunan mövzulardandır. Bununla bağlı təkcə cəmiyyətdə deyil, həm də dövlət orqanlarında və beynəlxalq təşkilatlarda müzakirələr getməkdədir. Gender əsaslı zorakılıq qadınlara qarşı müxtəlif formada zorakılıq və təzyiqləri əhatə edir, məsələn, fiziki zorakılıq, psixoloji təzyiqlər və iqtisadi istismar. Ölkəmizdə bu mövzuya dair müzakirələr bir neçə əsas sahədə cərəyan edir.
Əslində, gender əsaslı zorakılıq həm kişilərə, həm qadınlara qarşı baş verə bilər, amma çox vaxt qadınlar bu növ zorakılığa daha çox məruz qalır. Zorakılıq, xüsusən də ətraf mühitin və sosial strukturların müəyyən gender rolunu təbliğ etdiyi cəmiyyətlərdə daha geniş yayılır.
Gender əsaslı zorakılıq ciddi hüquq pozuntusudur
Bu günlərdə Azərbaycanda gender əsaslı zorakılıq barədə debat keçirilib. Debatda çıxışı zamanı Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Mariyana Kuyunciç bildirib ki, gənc nəsil formalaşmış təbliğat klişelərini dəyişmək, stereotiplərə və zərərli normalara meydan oxumaq, eləcə də hörmət, bərabərlik və emosional təhlükəsizliyə əsaslanan münasibətlər qurmaq gücünə malikdir.
O, bildirib ki, gender əsaslı zorakılıq ciddi hüquq pozuntusudur: “Bu, qadın və qızların cəmiyyətdə tam iştirakına mane olur. Buna sona qoymaq bizim birgə borcumuzdur.
Zorakılığın hər növü cəmiyyətin irəliləməsi üçün ciddi maneədir. Gender əsaslı zorakılığa qarşı mübarizədə, hər bir insanın, hər bir vətəndaşın üzərinə böyük bir məsuliyyət düşür. Yalnız bu şəkildə, bərabər hüquqlara sahib və zorakılıqsız bir gələcək qurmağımız mümkündür”.
Yalnız qanuni tədbirlərlə kifayətlənmək olmaz
Mariyana Kuyunciçin sözlərinə görə, gender əsaslı zorakılığın qarşısını almağın ən təsirli yolu, yalnız qanuni tədbirlərlə kifayətlənmək deyil: “Əsas dəyişiklik cəmiyyətdəki düşüncə tərzində və münasibətlərdə olmalıdır. Cinsiyyət stereotipləri ilə mübarizə, cinsiyyət bərabərliyinin təbliği, təhsil və maarifləndirmə ilə başlaya bilər. Əgər biz cəmiyyətdə qadın və kişilərin bərabər hüquqlara malik olduğuna inanırıqsa, o zaman zorakılığa qarşı mübarizə daha effektiv olacaqdır. Həmçinin hər bir fərdin öz kimliyini və seçimlərini qəbul edən, təzyiq və zorakılıqdan azad bir dünya qurmaq lazımdır”.
Bəzən vəziyyət o qədər şiddətlənir ki...
Səfir qeyd edib ki, maraqlı olan digər bir başqa məqam gender əsaslı zorakılığın yalnız fiziki deyil, həm də psixoloji təsirlərə yol açmasıdır: “Zorakılıq halları ilə bağlı statistik məlumatlar çox zaman qorxunc olsa da, bu statistikaların çoxu yalnız qeydə alınan və hüquq-mühafizə orqanlarına bildirən halları əhatə edir. Cinsiyyətə görə təzyiq, müasir cəmiyyətin müxtəlif təbəqələrində xüsusi bir forma alıb. Hətta bəzən bu vəziyyətlər o qədər şiddətlənir ki, qurbanlar özlərini sosial təcrid olunmuş hiss edirlər və bu, onları daha da zəif edir.
Dövlətlərin, beynəlxalq təşkilatların və qeyri-hökumət təşkilatlarının gender əsaslı zorakılığa qarşı mübarizədə atdığı addımlar nəzərəçarpandır. Bir çox ölkələr qanunlar qəbul edərək zorakılığın qarşısını almağa çalışır. Lakin bu qanunların tətbiqi, zəif sosial strukturlar və məhkəmələrdə mövcud olan stereotiplər səbəbindən çox vaxt təsirsiz qalır. Zorakılığa məruz qalan şəxslər, xüsusilə qadınlar, bəzən qorxu və əzablarla dolu məhkəmə prosesləri ilə üzləşirlər”.
Qeyd edək ki, tədbirin məqsədi amerikalı müəllif Kollin Huverin müəllifi olduğu “Hər şey bizimlə bitəcək” kitabında əks olunan bəzi mövzulara diqqət çəkərək gender əsaslı zorakılıq barədə müzakirə aparmaqdır.
Tədbir “Hər şey bizdən başlayır. Qadın və qızlara qarşı zorakılığa son qoyaq” şüarı aylığında həyata keçirilən Aİ-nin “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində baş tutub. Kampaniyanın məqsədi gender əsaslı zorakılığın bütün formalarının qarşısını alaraq, onların aradan qaldırılması üçün məlumatlandırmanı artırmaqdır.
Kampaniya noyabrın 25-də, Qadınlara Qarşı Zorakılığın Ləğvi üzrə Beynəlxalq Gündə başlayıb və dekabrın 10-da Beynəlxalq İnsan Hüquqları Günündə sona çatıb.
Yeganə
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
Gündəm
01 İyun 16:09
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19

