Fiziki sağlamlıq və mənəviyyat...
28.10.2025 [10:34]
Uşaq və gənclər üçün ən böyük sərmayə
Müasir dövrdə texnologiyanın təsiri ilə uşaq və gənclərin fiziki fəaliyyəti azalır. Təbii ki, bu vəziyyət valideynlərin və müəllimlərin diqqətini daha da artırır. Uşaqların balanslı inkişafı üçün onlara həm idman imkanları yaratmaq, həm də mənəvi zənginliyini dəstəkləyəcək mühit təqdim etmək vacibdir.
Nəticə etibarilə, uşaq və gənclərin fiziki və mənəvi inkişafı cəmiyyətin inkişafının göstəricisidir. Sağlam bədən və düzgün formalaşmış şəxsiyyət yalnız fərdi uğur gətirmir, həm də ölkənin gələcəyi üçün vacibdir. Hər bir valideyn və müəllim bu məsuliyyəti dərk etməli, gənc nəsli sağlam və mənəvi zəngin şəkildə böyütmək üçün əlindən gələni etməlidir.
Mənəvi inkişaf üçün əsas komponentlər
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən psixoloq Kübra Tahirova bildirib ki, uşaqların sosiallaşmasında onları əhatə edən insanların təsiri böyükdür. Onun sözlərinə görə, uşaqlar adətən, təqlid etməyə, davranışları mənimsəməyə meyillidirlər: “Onların sosiallaşması bununla məhdudlaşmır. Məktəbəqədər yaşlı uşaqlar böyüklərin həyatı ilə bir çox cəhətdən - müşahidə etməklə, dinlədikləri nağıllar, şeirlər vasitəsilə tanış olurlar. Onun üçün nümunə başqalarının sevgisini, hörmətini qazanan insanların davranışıdır. Həmyaşıdlarının da davranışı uşaq üçün nümunə ola bilər. Müasir uşaqlar üçün 6-7 yaşa qədər məktəbəqədər uşaqlıq dövrü başa çatır. Ümid edək ki, əsas vəzifələrdən biri yerinə yetirilib - uşağın inkişaf edən şəxsiyyətində zəruri bilik və bacarıqlarla yanaşı, humanist, insani dəyərlər də yer alır. Bütün bunlar isə uşaqların mənəvi inkişafı üçün əsas komponentlərdən biridir”.
Valideynlərin diqqətli olması vacibdir...
Psixoloq ailə sistemində baş verənlərin uşağın emosional vəziyyətinə və inkişafına təsirləri ilə bağlı məqama da toxunub. O, qeyd edib ki, uşağın emosional vəziyyətinə, ümumiyyətlə, ailədəki münasibətlər, xüsusən də uşağın ailə üzvləri ilə münasibəti təsir göstərir: “Uşaq emosional reaksiyaları valideynlərindən və ailə üzvlərindən öyrənir. Yəni uşaqlar böyüklərdən ətrafdakı insanlarla qarşılıqlı əlaqənin əsas nümunələrini öyrənirlər. Uşaqların stressdən və gərginlikdən uzaq durmaları da mühüm məsələ kimi dəyərləndirilir. “Emosional stress” qeyri-spesifik adaptiv gərginlikdir və bədənin xarici mühitinin patogen təsirinə reaksiyaları, həddindən artıq güc və ya mənfi müddətlə vasitəçilik edən amildir. Bu amillərin hər biri də uşaqların mənəvi inkişafına təsirsiz ötüşmür. Ona görə də valideynlərin diqqətli olması vacibdir”.
Məktəbəqədər müəssisələrin rolu...
K.Tahirova qeyd edib ki, ailə ilə yanaşı, məktəbəqədər müəssisələr də uşaqların əqli, fiziki, mənəvi, sosial-emosional inkişafında əhəmiyyətli rol oynayır: “İlk növbədə onların sosiallaşmasını təmin edir. Uşağın öz ailəsi xaricində güvənli bir mühitdə sosiallaşması olduqca vacibdir. Məktəbəqədər müəssisədə, xüsusilə ailənin tək övladı olan uşaqların həmyaşıdları ilə eyni şəraitdə paylaşmağı öyrənmələri asanlaşır. Beləliklə, uşaqlar dinləmək, hörmət etmək və kollektiv fəaliyyət göstərmək kimi təməl prinsipləri erkən yaşda qavraya bilirlər.
Məktəbəqədər yaş dövrünün sonunda uşaqların hissləri və təcrübələri daha mürəkkəb və fərqli olur. Emosionallığı və təəssürat qabiliyyətini qoruyub saxlayaraq, əvvəlki sadəlövhlük və inandırıcılıq artıq mövcud deyil. Özünənəzarət, özünütənqid, öhdəliklərin artması, günahkarlıq hissləri, ədalət, gözəl və çirkin kimi ifadələri anlamağa başlayırlar. Uşaqla münasibətlərdə böyüklər incə şəkildə emosional təsir formalarını seçməlidirlər. Uşağa emosiyaların müsbət və mənfi təsir formaları kortəbii olaraq yaranmamalı, bir növ ünsiyyət texnikasına çevrilməlidir. Burada əsas fon müsbət emosiyalardır və günahlandırma forması kimi istifadə olunur. Məktəbəqədər yaşlı uşağın şəxsiyyətinin inkişafında həmyaşıdları ilə ünsiyyətin ona göstərdiyi təsirin mühüm rolu var. Məktəbəqədər yaşlı uşağın sosial-emosional inkişafı ilə bağlı bir məqamı da vurğulayım ki, insanın dünyaya qayğı ilə baxmaq qabiliyyəti, xoşbəxt olmaq bacarığı məhz mənəvi keyfiyyətlərin aşılanması üçün mühüm məsələdir. Bu istiqamətdə ailə və məktəbəqədər müəssisə bir-biri ilə qarşılıqlı vəhdətdə prosesləri yerinə yetirməlidirlər”.
Yeganə
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

