Məsuliyyətimiz etimadınızdan qaynaqlanır!
24.07.2025 [11:09]
Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu göndərib
Azərbaycan Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu göndərib. Şura sədri Rəşad Məcidin adından ünvanlanmış məktubda bildirilib: "Möhtərəm cənab Prezident! Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” 25 aprel 2025-ci il tarixli Sərəncamınız milli mətbuatımızın keçdiyi şərəfli yolun müfəssəl təsviridir. Bu mühüm dövlət sənədi, eyni zamanda, mətbuatımızın şanlı ənənələrinə, Azərbaycanda ictimai fikrin formalaşmasına, dövlətçilik ideyaları naminə səfərbərlik missiyasına böyük dəyərdir.
Siz hər zaman mediamızın müasir və müstəqil Azərbaycanın inkişafındakı, ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğundakı rolunu yüksək qiymətləndirmisiniz. Gələcək üçün yol xəritəsi mahiyyəti daşıyan yubiley Sərəncamızında 44 günlük Vətən müharibəsi zamanı jurnalistlərimizin əməyinə xüsusi yanaşmağınız isə 150 ilin sevincinə qürur və fəxarət hissi qazandırır.
Siz xalqımızın Ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu mediaya dövlət dəstəyi ənənəsini yaşadırsınız. Bu dəst-xətt özünü dönməz xarakterli fundamental islahatlarda göstərir. Qətiyyətlə deyə bilərik ki, media sahəsindəki inkişaf məhz islahatyönümlü siyasətinizdən qaynaqlanır.
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşünüz zamanı Azərbaycan mediasına yüksək dəyərinizi ifadə etməklə, gərgin əmək və axtarışlar nəticəsində əldə olunan inkişafı qiymətləndirdiniz. Media nümayəndələrinə milli mətbuatımızın 150 illik yubileyi ilə bağlı ünvanladığınız 22 iyul 2025-ci il tarixli müraciətdə isə inkişafın davamlılığına təminat verdiniz, mediamızın bundan sonra da cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasında, müasir cəmiyyət quruculuğunda, milli həmrəyliyin möhkəmləndirilməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyinizi bildirdiniz. Həm bu əminliyiniz, həm də dünyanın yeni media düzənindəki mövcud tendensiyalar şəraitində müəyyənləşdirdiyiniz vəzifələr məsuliyyətimizi artırır.
Məsuliyyətimiz etimadınızdan qaynaqlanır. Jurnalistlərimiz Qarabağı azadlığına qovuşdurmuş, torpaqlarımızın işğalına son qoymuş müzəffər Ali Baş Komandanın əsgəri kimi fəaliyyət göstərməkdən, xalqımıza rifah və əminamanlıq, regionumuza sabitlik gətirən siyasi kursunuza sadiq olmaqdan, nəhayət etimadınızı doğrultmaqdan məmnundurlar. Hər bir qələm sahibi üçün bu məmnunluq yaradıcılıq şövqü, ruh yüksəkliyi və əzmlə çalışmaq üçün son dərəcə böyük mənəvi stimuldur.
Sevindirici haldır ki, Azərbaycan dövlətinin media siyasəti özündə təkcə konseptual mahiyyət daşıyan fəaliyyət xəttini deyil, eyni zamanda, jurnalistlərə həssas münasibəti də birləşdirir. Həssaslığın isə media nümayəndələrinin əməyinin qiymətləndirilməsi, onların dövlət təltiflərinə - fəxri adlara, orden və medallara layiq görülmələri ənənəsi var. Əvvəlki yubileylərdə olduğu kimi, milli mətbuatımızın 150 illik yubileyində də 2005-ci ildə əsasını qoyduğunuz bu ənənə özünü parlaq şəkildə göstərdi. “Media nümayəndərlərinin təltif edilməsi haqqında” 21 iyul 2025-ci il tarixli Sərəncamınızla 200-dən çox həmkarımıza inanılmaz xoşbəxtlik hissi bəxş etdiniz.
Möhtərəm cənab Prezident, bütün bunlara, ümumən, mediaya, jurnalistlərə daim həssas münasibətinizə, peşəmizə yüksək dəyərinizə və qədirbilənliyinizə görə Sizə rəhbərlik etdiyim Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvləri, bütövlükdə ölkəmizin jurnalist ictimaiyyəti adından dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirir, Vətənimiz Azərbaycan naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayırıq”.
Xəbər lenti
Hamısına baxDünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16

