Azad edilmiş rayonlarımızda...
13.05.2025 [10:16]
İqtisadi potensial yüksəkdir!
İşğaldan azad edilmiş torpaqlarımızın iqtisadi potensialı çoxspektrli olub, kənd təsərrüfatının, sənayenin və turizmin müxtəlif sahələrini əhatə edir. Qeyd etmək yerinə düşər ki, işğala qədər Qarabağ bölgəsində beynəlxalq ekspertlərin və tanınmış alimlərin iştirakı ilə çoxsaylı ekspedisiyalar keçirilmişdi. Alimlərin tədqiqatlarının nəticələrinə görə, bu torpaqlar biomüxtəlifliyin genetik ehtiyatlarının zənginliyinə görə ümumən Qafqaz regionunda xüsusi seçilir.
İşğaldan azad edilmiş ərazilərimizdə yaradılacaq yeni iqtisadi dəyər Azərbaycan dövlətinin maliyyə xərclərini dəfələrlə üstələyəcək. Bu ərazilərin bərpası ilə çoxlu sayda yeni iş yerləri açılacaq. Ona görə də bu gün digər regionlarımızla birgə, işğaldan azad edilmiş ərazilərimizin də sosial-iqtisadi inkişafı prioritetdir.
Qarabağ regionunun sosial-iqtisadi inkişaf strategiyası
Mövzu barədə “Yeni Azərbaycan”a danışan iqtisadçı Fuad İbrahimovun sözlərinə görə, bərpa proseslərindən sonra işğaldan azad olunmuş rayonlarımızın, xüsusilə Laçın və Kəlbəcərin iqtisadi potensialı, o cümlədən, ölkə üzrə ümumi daxili məhsuldakı payının qiymətləndirilməsi göstərir ki, həmin ərazilərdə iqtisadiyyatın dəfələrlə artması mümkündür: “2030-cu ilə qədər olan dövr ölkəmiz üçün strateji zaman kimi xarakterizə olunur. İşğaldan azad edilmiş ərazilərin inkişaf strategiyasının əsas istiqamətləri Qarabağ regionunun sosial-iqtisadi inkişaf strategiyası, vətəndaş cəmiyyəti qurumlarının inkişafı, yeni sənaye siyasətinin, milli sahibkarlıq və texnoloji təşəbbüslərin həyata keçirilməsi vasitəsilə region qarşısında duran problemlərin həllini özündə əks etdirir. Müasir reallıqlar hədəflərə çatma dinamikasını artıra biləcək yeni mexanizmlərin tətbiqinə yönəlmiş prinsipial qərarların zəruriliyini ön plana çıxarır. Bu, geniş miqyaslı təsərrüfat fəaliyyəti yerlərində təbii mühitə diqqətli münasibətdir. İndiki Qarabağ nəsli ölkənin iqtisadi inkişafında avanqard rolunu qorumaq potensialına malikdir ki, gələcək nəsillər onların qazandıqları uğurlarla fəxr etsinlər və yenilikçilik estafetini qəbul etsinlər”.
Faydalı əməkdaşlıq üçün imkanlar
İqtisadçının sözlərinə görə, 2025-ci ilin metodoloji xüsusiyyəti iqtisadiyyatın rəqabət qabiliyyətinin təmin edilməsinin mexanizmlərini müəyyənləşdirməyə imkan yaradan marketinq təfəkkürü prinsipi və bununla əlaqəli inkişafı paradiqmasıdır: “Marketinq təfəkkürü sistemin yenidən qurulmasını tələb edir. İqtisadi inkişafın paradiqması nöqteyi-nəzərindən innovasiyaların yaradılması üçün ən effektiv sayılan sektorlararası inkişaf variantları təklif olunur. 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşmasına imkan yaratdı”.
Effektiv makroiqtisadi siyasət
F.İbrahimov bildirib ki, iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcək: “Milli sosial rifah səviyyəsinin davamlı artması məqsədilə yüksək, dayanıqlı özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsi, azad edilmiş ərazilərə əhalinin qayıdışının təmini Azərbaycanın yeni inkişaf magistralının ideoloji nüvəsini təşkil edir. Ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsi möhkəmləndiriləcəkdir. Dövlətin iqtisadiyyatda rolunun bazaryönlü islahatlar vasitəsilə effektiv və səmərəli idarə olunması, özəl mülkiyyət institutlarının gücləndirilməsi, dövlətin biznesə dost münasibəti və xarici bazarlara yerli məhsulların çıxışını artırmaq məqsədilə ticarət rejimlərinin daha da liberallaşdırılması iqtisadi yüksəlişin təməl amilləri olacaq. Ölkədə özəl təşəbbüslərin yaradıcı və innovativ əsaslarla inkişaf etdirilməsi iqtisadi resursların daha yüksək əlavə dəyər yaradan sahələrə istiqamətlənməsini təmin edəcək. Bu məqsədlərin reallaşdırılması dayanıqlı makroiqtisadi sabitliyə xidmət edən effektiv makroiqtisadi siyasət çərçivəsinin formalaşdırılmasını, iqtisadi inkişafın ortamüddətli və uzunmüddətli hərəkətverici qüvvələrinin möhkəmləndirilməsinə yol açır. Eyni zamanda insan kapitalının müasirləşdirilməsini, rəqəmsal iqtisadiyyatın genişləndirilməsini və iqtisadi suverenliyin tam təmin olunmasını tələb edir”.
Sahib
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37

Hadisə
19 Sentyabr 10:36
