“İsraildə Azərbaycan Evi”ndə görüş...
02.05.2025 [08:35]
Bu gün dünyanın bir çox ölkəsində Azərbaycan evi fəaliyyət göstərir. 2019-cu ildən etibarən bir sıra xarici ölkələrdə yaradılan Azərbaycan evlərinin fəaliyyəti milli adət-ənənələrimizin, mədəniyyətimizin, dilimizin təbliği və qorunması, ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılması istiqamətlərində dəyərləndirilə bilər. Hansı ki, qeyd edilən məsələlər inkişaf mərhələsindən və yaşadığı dövrdən asılı olmayaraq, bütün dövlətlər, xalqlar üçün hər zaman aktual və prioritetdir.
Tolerantlıq nümunəsi olan ölkəmizdə də hər zaman multikultural dəyərlərə və ənənələrə həssaslıqla, hörmətlə yanaşılıb. Azərbaycan, eyni zamanda, millətlərarası və dinlərarası münasibətlərin inkişaf etdirilməsi baxımından da nümunəvi ölkə kimi xarakterizə olunur. Azərbaycanın tarix boyu ev sahibliyi etdiyi xalqlar sırasında yəhudiləri xüsusilə vurğulamaq yerinə düşər.
Azərbaycanda anti-semitizm mövcud olmayıb...
Bu günlərdə İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Ronen Kraus “İsraildə Azərbaycan Evi” diaspor qurumunun, ölkədəki Dağ Yəhudilərinin Koordinasiya Mərkəzinin və Akko Şəhər Dağ Yəhudiləri İcmasının qonağı olub. Görüşdə bir çox təşkilat və icma rəhbərləri iştirak edib. Azərbaycan və İsrail mədəni əlaqələrinin, hər iki xalq və dövlət arasındakı dostluq və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə həsr edilmiş görüş dəyirmi masa formatında keçirilib.
Məclisi giriş sözü ilə açan “İsraildə Azərbaycan Evi”nin direktoru, Dağ Yəhudilərinin Koordinasiya Mərkəzinin rəhbəri, Akko Şəhər Dağ Yəhudiləri İcmasının sədri Nexamiya Şirin Mixaeli diaspor qurumunun necə ərsəyə gəlməsi və onun fəaliyyəti ilə bağlı məlumat verib. O, xalqlarımızın hələ min illər öncəyə söykənən dostluq və qardaşlıq münasibətlərindən söz açıb. İcma sədri bildirib ki, Azərbaycan dünyada yeganə ölkədir ki, heç bir zaman anti-semitizm mövcud olmayıb və burada yəhudilərlə bərabər bütün millətlər azad və xoşbəxt yaşayırlar.
Bütün inanclar azaddır!
Nexamiya Şirin Mixaeli, həmçinin qeyd edib ki, Azərbaycanda bütün inanclar azaddır: “Xüsusən Yəhudi xalqı ilə Azərbaycan xalqı min illərdir ki, qohumlaşmış və qardaşlaşmış xalqdır. Hər iki qardaş xalq ən çətin günlərdə bir-birinə dəstək olub və bu, əsrlərin sınağından çıxmış bir qardaşlıqdır. Bu gün Prezident İlham Əliyev Ulu Öndərin siyasi irsini layiqincə davam etdirərək bu dostluq və qardaşlığı daha da möhkəmləndirməkdədir. Qətiyyətlə demək olar ki, İlham Əliyev və onun rəhbərlik etdiyi Azərbaycan dövləti dünyada İsrailin ən etibarlı və ən yaxın dostu və müttəfiqidir. Bunu hər bir yəhudinin və hər bir İsraillinin dilindən eşitmək olar”.
Ali dəyərlərə sadiq tolerant ölkə
Səfir Ronen Kraus 2011-ci ildə Bakıda İsrail səfirliyində müşavir işlədiyi illəri məmnunluqla xatırlayaraq bildirib ki, Azərbaycan dünyada qonaqpərvər və ali dəyərlərə sadiq tolerant ölkədir. Burada hər xalq azad və xoşbəxt yaşayır. Səfir Azərbaycanla münasibətlərin önəmindən də söz açıb: “Bundan sonra da Azərbaycan və İsrail əlaqələri artan xətlə inkişaf edəcək”.
Azərbaycan tərəfindən bütün imkanlar yaradılıb!
Daha sonra Kiryat-Byalik şəhərindəki Dağ Yəhudiləri icmasının sədri Adil Danilov da Azərbaycandakı tolerantlıq barədə fikirlərini bölüşüb: “Azərbaycan dünyada İsraildən sonra yəhudilərin ən azad və təhlükəsiz yaşadığı ölkədir. Burada hər kəs inancını rahat ifadə edə bilir. Bunun üçün Azərbaycan dövləti tərəfindən bütün imkanlar yaradılıb. Tarix boyu hər iki xalq mehribanlıq şaitində, doğmalıq içərisində yaşayıblar. Bu, dünyada bənzəri olmayan haldır”.
Dəyirmi masa iştirakçıları bir daha Azərbaycan dövlətinə və xalqına öz sarsılmaz dəstəyini ifadə edərək, daim dost və qardaş Azərbaycan xalqının və dövlətinin yanında olduqlarını bildiriblər.
Göründüyü kimi, Azərbaycan dünya üçün nümunə olan bir ölkədir. Ölkəmizdəki tolerantlıq dəyərləri və multikultural yaşam ənənəsi sözün həqiqi mənasında dünyanın heç bir yerində rast gəlinməyən nadir bir nümunədir. Bütün bunlar isə ölkə başçısının parlaq və müdrik siyasətinin nəticəsidir.
Yeganə
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48

