Praqmatik xarici siyasət kursumuz...
05.04.2025 [08:54]
Azərbaycan beynəlxalq təşkilatlarda uğurla təmsil olunur!
Ölkəmizdə həyata keçirilən islahatlar, uğurlu daxili siyasət kursu sabitlik adası kimi səciyyələndirilən Azərbaycanda bütün sahələrin inkişafını şərtləndirib. Azərbaycan bu gün regionun güc mərkəzinə çevrib. Hər ötən gün ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənir ki, bunun da əsasında güclü siyasi iradəyə söykənən müstəqil strateji kurs dayanır. Azərbaycanın iştirakı ilə regional miqyaslı, qlobal xarakterli strateji layihələrin reallaşdırılması, eləcə də ölkəmizin ikitərəfli və çoxtərəfli əlaqələrinin möhkəmlənməsi həyata keçirilən praqmatik xarici siyasətin pozitiv nəticələridir.
Bundan başqa, Azərbaycan qlobal xarakterli taleyüklü məsələlərin həllində aktiv iştirak edir. Bu məqamda ölkəmizin 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik etməsini, 2026-cı ildə isə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) sədrlik edəcəyini xüsusi qeyd etmək lazımdır. Xatırladaq ki, 2024-cü il mayın 4-də Qambiya Respublikasında İslam Əməkdaşlıq Təşkilatının 15-ci İslam Sammitində 2026-cı ildə İƏT-in 16-cı İslam Sammitinin Azərbaycanda keçirilməsi təsdiqlənib.
İƏT hər zaman mövqeyimizi dəstəkləyib...
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Azərbaycan öz siyasətində hər zaman İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa xüsusi önəm verib. Onun sözlərinə görə, İƏT hər zaman ölkəmizin Qarabağla bağlı mövqeyini birmənalı və ardıcıl olaraq dəstəkləyib və ötən dövr ərzində Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü dəstəkləyən çoxsaylı qətnamələr qəbul edib: “Eyni zamanda təşkilata üzv olan ayrı-ayrı ölkələr həm bizə öz dəstəyini nümayiş etdirib, həm də dövlətimiz bu ölkələrə yardım əlini uzadıb. Xüsusilə, müharibənin ilk günlərindən Türkiyə, Pakistan və Əfqanıstan mənəvi və siyasi dəstəyini əsirgəmədi. İslam Əməkdaşlıq Təşkilatının nümayəndələri Azərbaycanda olaraq buradakı erməni vəhşiliyinin xüsusi şahidi oldular, öz ölkələri qarşısında məsələ qaldırdılar”.
Sədrliyimiz təşkilatın nüfuzunu daha da artıracaq!
Deputatın sözlərinə görə, 2026-c ildə İslam Əməkdaşlıq Təşkilatının sədrliyinin Azərbaycana keçməsi ölkəmizin bu sahədəki təcrübəsindən xəbər verir: “Azərbaycan İƏT-ə sədrlik etməklə daha məqsədli fəaliyyət ortaya qoyacaq. Azərbaycan beynəlxalq hüquqa çox hörmətlə yanaşır və bütün dövlətlərin maraqlarının ifadə olunmasını həmişə ön plana çəkir. Burada təbii ki, Azərbaycanın milli maraqları qorunur. Ümumiyyətlə, Azərbaycan qarşılıqlı iqtisadi, siyasi, mədəni və digər əlaqələrin formalaşmasına öz töhfəsini verir. Azərbaycanın İƏT-ə sədrliyi həmin təşkilatın nüfuzunu daha da artıracaq və nəticəsi olan işlər görüləcək”.
Azərbaycan dünyaya nümunə oldu
N.Məhəməliyev bildirib ki, ölkəmizdə keçirilən bütün beynəlxalq tədbirlər ən yüksək səviyyədə təşkil olunur: “Bunun üçün çoxlu nümunələr gətirə bilərik. Məsələn, ötən ilin noyabr ayında ölkəmizdə baş tutan COP29 konfransı təşkilatçılıq, iştirakçıların sayı və qəbul olunan qərarların növbəti mərhələdə daha ünvanlı olması baxımından ən nümunəvi tədbirlərdən biri idi. Eyni zamanda Azərbaycanın bir çox beynəlxalq təşkilatlarda rəhbərliyi olub. Azərbaycan Qoşulmama Hərəkatına (QH) 4 il sədlik edib. Məlumdur ki, Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından (BMT) sonra ikinci ən böyük platformadır. Azərbaycan Qoşulmama Hərəkatına rəhbərlik etməklə təşkilatı ən yüksək səviyyədə təmsil etməyi bacardı”.
Dünya birliyi haqlı mövqeyimizi qəbul edir!
Deputat qeyd edib ki, Ordumuzun İkinci Qarabağ müharibəsində düşmənə layiqli cavabı və xalqımızın nümayiş etdirdiyi həmrəylik, xarici ölkələrdə soydaşlarımızın keçirdikləri aksiyalar, Ermənistan cəmiyyətində parçalanmalara, qarşıdurmalara səbəb oldu. Çox böyük ümidlə gözləsələr də, heç bir beynəlxalq təşkilat və yaxud böyük dövlətlər tərəfindən açıq dəstək ala bilmədilər: “Əksinə, Qoşulmama Hərəkatı, İƏT, TDT, ABŞ Konqresi, Britaniya Parlamenti, Avropa Parlamentinin Cənubi Qafqaz üzrə həmməruzəçiləri Ermənistanı işğalçı dövlət olaraq tanıdılar. Çünki özünə hörmət edən heç bir beynəlxalq təşkilat və yaxud dövlət, işğalçını dəstəkləməklə, adını ləkələmək istəmir. Bu, onun göstəricisidir ki, dünya birliyi Azərbaycanın haqlı mövqeyini qəbul edir. Azərbaycan xalqı neçə illər keçməsinə baxmayaraq, öz təbii hüquqlarından imtina etməyəcəkdir. Qarabağı zamanla unutdurmaq, (ermənilər və onlara havadarlıq edənlərin istinad etdikləri) ideyası özünü doğrultmur”.
Sahib
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 21:19
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17

