Gənclərə davamlı diqqət və qayğı göstərilir
15.03.2025 [09:36]
Milli vətənpərvərlik amili xarici zərərli ideologiyaların təsirinə qarşı müqaviməti artırır
Gənclik hər zaman milli gücün aparıcı lokomotivi sayılır. Tarixin bütün dönəmlərində milli ruha, vətənpərvərlik hissinə, dövlətə və millətə bağlılıq kimi ali dəyərlərə malik gənclər öz ölkəsinin inkişafında əhəmiyyətli iştirakla yadda qalıblar. Milli ruhda böyüyən Azərbaycan gəncliyi də ölkəmizin strateji hədəflərinə doğru irəliləməsi prosesində fəal iştirakçı kimi yer alır, iqtisadi, siyasi və sosial həyatda mühüm rol oynayır. Azərbaycanın inkişafı texnoloji tərəqqiyə və iqtisadi resurslarla yanaşı, həm də milli dəyərlər üzərində qurulan güclü mənəvi təməllərə əsaslanır. Bu prosesdə ön sırada çıxış edən gənclər isə ölkələrinin tarixini, mədəniyyətini və ənənələrini mənimsəməlidirlər. Bu şüur onların vətəndaşlıq məsuliyyətini artırır və cəmiyyətdə birliyə, həmrəyliyə töhfə verir. Gələcək nəslin milli ruhda böyüməsi Azərbaycan cəmiyyətinin gələcək inkişafı ilə bağlı praqmatik proqnoz yaradır - paralel olaraq gənclərin ölkə daxilində və xaricdə milli dəyərləri təmsil etmələri, Azərbaycanın beynəlxalq imicinin qorunmasında və gücləndirilməsində mühüm rol oynayır. Paralel olaraq, ölkəmizdə gənclər siyasəti xüsusi bir prioritet təşkil edir.
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən Milli Məclisin üzvü Nəsib Məhəməliyev bildirib ki, ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün ölkəmizdə yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclik formalaşıb. Millət vəkili deyib ki, Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar: “Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Eləcə də, Azərbaycanda gəncliyin inkişafı ilə bağlı qəbul olunmuş Dövlət proqramları Azərbaycan gəncliyinin inkişafına böyük töhfələr verir. Gənclər daim irəli çəkilir, mühüm dövlət postlarına təyin olunurlar, dövlət idarəçiliyində, eləcə də seçkili orqanlarda gənclərin təmsilçiliyi artır. Həmçinin müxtəlif sahələrdə uğurlar qazanan, Azərbaycanın adını yüksəldən gənclərimiz dövlət rəhbərliyi tərəfindən layiqincə dəyərləndirilirlər”.
Millət vəkili bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev daim gənclərə diqqət və qayğı göstərir, çox dəyərli tövsiyələr verdi. Azərbaycan gəncliyi bu tövsiyələri fəaliyyətlərində daim öndə tutmalıdır: “Gənclərimiz tariximizə sahib çıxmalı, milli adət-ənənələrimizə sadiq olmalıdırlar. Müstəqillik dövründə yaşamaq gənclər üçün böyük xoşbəxtlikdir. Gənclərimiz cəmiyyətin fəal üzvləridir. Ölkəmizdə Gənclər Fondunun yaradılması, gənclərin və gənclər təşkilatlarının bacarıq, təşəbbüs və yaradıcılıqlarının üzə çıxarılması və onların hökumət tərəfindən dəstəklənməsi, Gənclər üçün Prezident Mükafatının təsis olunması, ölkə gənclərinin beynəlxalq arenada təmsilçiliyinin yüksəlməsi, respublikanın əksər rayon və şəhərlərində gənclərin istifadəsinə verilən Gənclər mərkəzlərinin və Gənclər evlərinin tikilməsi uğur və tərəqqinin bariz göstəriciləridir”.
Müasir dövrdə xarici, xüsusilə, qloballaşmanın yaratdığı ideoloji və mədəni təsirlər gənclərin milli ruhda yetişməsini çətinləşdirən amillərə çevrilib. Buna görə də gənclərin xarici təsirə boyun əyməməsi üçün milli şüurun, vətənə bağlılığın və mənəvi dəyərlərin təməlini erkən yaşlardan qoymaq vacib şərt kimi çıxış edir. Azərbaycan gəncliyi həm milli, həm də qlobal məsələlərə dair bilik və bacarıqlara sahib olmaqla yanaşı elmi və intellektual səviyyədə dünyanın digər ölkələrinin gəncləri ilə rəqabət aparmaq qabiliyyətini özündə əxz edir. Milli vətənpərvərlik amili isə xarici zərərli ideologiyaların təsirinə qarşı müqaviməti və immüniteti artırır. Millət vəkili deyib ki, gəncləri kənar təsirlərdən qorumaq üçün mühüm addımlar atılır və bu davamlı hal almalıdır. Parlament üzvü qeyd edib ki, milli ruhda böyüyən, savadlı və vətənpərvər gənclər Azərbaycanın gələcək inkişafı üçün ən vacib resursdur. Onların xarici təsirlərə müqavimət göstərə bilməsi, milli maraqları qoruyaraq dünya arenasında Azərbaycanı layiqincə təmsil etməsi milli təhsil və ailə sisteminin əsas vəzifələrindən biridir. Bu istiqamətdə atılan hər bir addım, həm ölkənin daxili sabitliyini, həm də beynəlxalq müstəvidə mövqeyini gücləndirəcəkdir: “Vətən müharibəsi zamanı Azərbaycan gəncləri, milli ruhda yetişdirilmələrinin, ölkəyə bağlılıqlarının və dövlətin gənclərə verdiyi dəstəyin nə qədər əhəmiyyətli olduğunu nümayiş etdirdilər. Azərbaycan ordusunun əsas qüvvəsini təşkil edən gənclər öz torpaqlarını azad etmək üçün böyük fədakarlıq göstərdilər. Vətən müharibəsi zamanı döyüş meydanında olan hər bir gənc, illərlə aldığı tərbiyənin, dövlətin ona göstərdiyi diqqətin və milli dəyərlərin gücü ilə irəli atıldı. Onlar düşmənə qarşı təkcə fiziki deyil, həm də mənəvi üstünlüyə sahib idilər”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

