Ekologiyanın qorunması üçün...
13.03.2025 [09:42]
Müasir dövrün ən mühüm probleminin həlli istiqamətində uğurlu addımlar atılır
Bütün dünyada aktual olan iqlim dəyişmələri ilə bağlı müzakirələr ölkəmiz üçün də mühüm prioritet təşkil edir. Bu istiqamətdə addımlar atılır, qərarlar qəbul olunur. Qlobal istiləşmə və güclü sənaye inkişafı fonunda iqlim dəyişmələrindən bütün ölkələr təsirlənir. Bundan başqa, XXI əsrdə ekoloji tarazlığı qoruyub saxlamaq, təbii ehtiyatlardan səmərəli istifadə, su, torpaq və atmosferi çirklənməkdən mühafizə etmək ümumbəşəri problemə çevrilib. Bir tərəfdən dünya demoqrafik artımla “qol-boyun”dur, digər tərəfdən də qlobal istiləşmə, ozon qatının deşilməsi, təbii ehtiyatların tükənməsi kimi məsələlər ciddi narahatlıq yaradır.
Statistik rəqəmlərə əsaslanaraq söyləmək olar ki, dünyada hər il minlərlə hektar meşə və çəmənlik, bitki örtüyü ilə zəngin yaşıllıqlar məhv edilir. Meşələrin məhv olması Yer kürəsinin münbit qatı hesab olunan torpağın şoranlaşmasına, eroziyaya uğramasına, sürüşmələrin baş verməsinə səbəb olur ki, bu da böyük dağıntılar və fəlakətlərlə nəticələnir.
Dövlət siyasətinin prioritetlərindən biri
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Naqif Həmzəyev bildirib ki, ekoloji məsələlər ümumbəşəri problem kimi qəbul olunur və hazırda bütün dünyada ekologiyanın mühafizəsi ən aktual məsələ olaraq qalır: “Sözügedən problemlərin həlli üçün ekoloji siyasətin işlənib hazırlanması, tətbiqi vacibdir və hər bir dövlətin özünün ekoloji siyasəti mövcuddur. Azərbaycanda müstəqilliyin bərpasından sonra ətraf mühitin qorunması dövlət siyasətinin prioritetlərindən birinə çevrilib və Prezident İlham Əliyevin bu məsələni xüsusi diqqət mərkəzində saxlaması bunu təsdiqləyir. Ölkəmizdə ekologiyanın qorunması, ətraf mühitin mühafizəsi istiqamətində mütəmadi olaraq tədbirlər planı həyata keçirilir ki, bu da ekologiyanın, ətraf mühitin mühafizəsi sahəsində qarşıya qoyulan məqsədlərin uğurla reallaşmasını şərtləndirir. İstər yaşıllıq sahələrinin salınması, həmin ərazilərin daha da genişləndirilməsi, istərsə də milli parkların ərazilərinin artırılması, eləcə də qorunması ekologiyanın mühafizəsi və bərpası baxımından müsbət nəticələr vəd edir”.
Mühüm nəticələrlə yadda qalan konfrans...
N.Həmzəyevin sözlərinə görə, ötən ilin noyabr ayında Azərbaycan COP29 kimi mötəbər beynəlxalq tədbirə uğurla ev sahibliyi etdi. Deputat cəmi 11 ay ərzində ölkəmizin böyük miqyaslı bir tədbirə çox yaxşı hazırlaşdığını və konfransın ciddi nəticələrlə yadda qaldığını bildirib: “Bu konfransa qədər də Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində özünə yetərincə müsbət imic qazanmışdı. COP29 Azərbaycanın siyasi və iqtisadi gücünü artıran bir addım olaraq yadda qaldı. Konfransın təşkilində əldə edilən tarixi nailiyyətlər dövlətimiz üçün bu mötəbər tədbirin qlobal arenada daha geniş nüfuz qazanmaq, strateji hədəflərə çatmaq və ölkənin tanıdılması üçün müstəsna bir platforma olduğunu göstərdi”.
Görülən işlərin uğurlu nəticəsi
Deputat qeyd edib ki, son illər iqtisadiyyatımızın sürətli inkişafının nəticəsi olaraq artan gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi ekoloji layihələrin həyata keçirilməsi imkanlarını xeyli genişləndirib. Buna görə də bir çox ölkələr maliyyə böhranına məruz qaldıqları bir dövrdə Azərbaycanda infrastruktur layihələrin icrası davam etdirilib, ekoloji problemlərin həlli istiqamətində görülən tədbirlər ön planda olub: “Bütün bunların nəticəsidir ki, Azərbaycanda ekologiyanın qorunması və ətraf mühitin mühafizəsi istiqamətində görülən tədbirlər beynəlxalq təşkilatlar tərəfindən təqdir edilir. Belə ki, ABŞ-ın Yel və Kolumbiya Universitetləri tərəfindən 2016-ci ilin yanvar ayında Ekoloji Fəaliyyətin Effektivliyi İndeksi hazırlanıb. Qiymətləndirmə nəticələrinə əsasən ABŞ-ın Yel və Kolumbiya Universitetləri mövcud ekoloji vəziyyətə görə Azərbaycan dünya ölkələri arasında 100 ballıq qiymətləndirmə sistemi üzrə 31-cı sırada qərarlaşıb. Bununla da reytinq sıralanmasına görə Azərbaycan Yaponiya, Belçika, Hollandiya, İsrail kimi dünyanın bir sıra qabaqcıl və inkişaf etmiş ölkələrindən ön mövqe tutmuş olub. Ekoloji Fəaliyyətin Effektivliyi İndeksində meşələrlə bağlı istiqamətdə qiymətləndirmə üzrə isə Azərbaycan 180 ölkə arasında 5-ci yeri tutub.
Ancaq onu da etiraf etmək lazımdır ki, bu sahədə hələ də müəyyən problemlər qalmaqdadır. Lakin ölkəmizdə təbiətin mühafizəsi və ətraf mühitin çirklənməsinin qarşısının alınması məqsədi ilə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi böyük sosial-iqtisadi əhəmiyyət kəsb edir. Ona görə də bu sahədəki dövlət siyasəti hər zaman olduğu kimi yenə də uğurla davam etdiriləcək”.
Sahib
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58

