Tolerantlığın Azərbaycan nümunəsi
12.03.2025 [10:21]
Ölkəmizdə bütün dinlərə və mədəniyyətlərə hörmətlə yanaşılır
Multikultural həyatı özünün yaşam tərzinə çevirmiş ölkəmizdə tolerant dəyərlər inkişaf etməkdədir. Azərbaycanda milli-dini müxtəliflik insanlar arasında fərq yaradan amil kimi deyil, birləşdirici funksiya daşıyır. Azərbaycanda bütün dinlərə məxsus tarixi-dini, eləcə də mədəni abidələrə qayğı və diqqətlə yanaşılır.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və milli-dini tolerantlığı özündə əks etdirən siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Əhalisinin böyük bir qisminin müsəlmanların təşkil etdiyi Azərbaycanda İslam mədəniyyətinə məxsus olan abidər, eləcə də maddi-mədəniyyət nümunələri ilə yanaşı, digər dinlərə məxsus abidələr də dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Ölkəmizdə bütün dinlərə məxsus insanlara və milli etnik fərqliliyi olan xalqlara bayramlarını, dini rituallarını keçirməsi üçün şərait yaradırılır və bu istiqamətdə görülən tədbirlər ardıcıl xarakter daşıyır.
Mövzu ilə bağlı fikirlərini “Yeni Azərbaycan”la bölüşən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədovun sözlərinə görə, hazırda ölkəmizdə həyatın bütün sahələrində dərin, rasional və praqmatik islahatlar həyata keçirilir. Millət vəkili qeyd edib ki, ölkəmiz həm də sivilizasiyalararası münasibətlərin tənzimlənməsində mühüm rol oynayır: “Ölkəmizdəki multikultural cəmiyyətdən söz açarkən qeyd etmək vacibdir ki, bu məsələ heç də kənardan göründüyü qədər sadə bir məsələ deyil. Əslində, bu mühitin formalaşmasına əsrlərlə vaxt lazımdır və bu amil mürəkkəb çalarlara, dərin məzmun və fəlsəfi qatlara malikdir. Dözümlülük hər zaman müsbət amil kimi dəyərləndirilib. Eyni zamanda ölkəmizdə müşahidə olunan multikultural dəyərlərə hörmətin də əsasında daha çox bu nüans dayanır”.
Deputat qeyd edib ki, ölkəmizdə dini tolerantlığın və millətlərarası münasibətlərin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır: “Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər və həyata keçirilən tədbirlər ölkəmizdə dini etiqad seçiminə hörmətlə yanaşıldığını, bu sahədə azadlığın və tolerantlığın qorunduğunu, yarana biləcək problemlərin beynəlxalq hüquq normalarına uyğun şəkildə həllinin təmin edildiyini göstərir. Respublikamızda fəaliyyət göstərən hər bir dini icmaya sərbəst şəkildə, maneəsiz fəaliyyət göstərmək üçün şərait yaradılıb”.
Ölkəmizdə yaşayan müxtəlif dinlərin nümayəndələrinə olan diqqət və qayğının Azərbaycan hökumətinin din siyasətinin prioritet istiqamətlərindən birini təşkil etdiyini söyləyən millət vəkilinin fikrincə, bu siyasət sayəsində dövlət dini icmalara xüsusi ehtiram ilə yanaşır, hər il dövlət büdcəsindən onlara yardımlar ayrılır, dini bayram və mərasimlər dövlət səviyyəsində qeyd edilir: “Məhz bu uğurlu siyasətin nəticəsidir ki, Azərbaycanda dövlət müstəqilliyindən əvvəl əgər 18 məscid mövcud idisə, hazırda ölkəmizdə 2250 məscid, 16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir. Bugünədək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində minə yaxın dini qurum dövlət qeydiyyatından keçib. 2014-cü ilin mayında Azərbaycanda dini dözümlülük ənənələrinin daha da möhkəmləndirilməsi, milli və dini azlıqlara dövlət qayğısının artırılması məqsədi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Azərbaycan həqiqətlərinin və multikulturalizmin dünyada təbliğində sözügedən mərkəz müstəsna rola və əhəmiyyətə malikdir. Ümumiyyətlə, dini tolerantlıq ənənələrinin möhkəmləndirilməsində mədəniyyətlərarası dialoq və dinlərarası əməkdaşlıq xüsusi rol oynayır. Dinlərarası ədavət və münaqişələrin qarşısının alınmasında bütün cəmiyyət, dövlət və qeyri-dövlət qurumlarının üzərinə böyük vəzifələr düşür”.
C.Məmmədovun sözlərinə görə, ölkə ərazisində yerləşən dini abidələrin qorunması, bərpası və yenidən tikilərək inanc sahiblərinin ixtiyarına verilməsi olduqca mühüm bir məsələdir. “Digər sahələrdə görülən işlər - dini təhsilin keyfiyyət və kəmiyyətcə artırılması istiqamətində verilən qərarlar, sərəncamlar, dövlətin bu sahədə atdığı addımlar, keçirdiyi tədbirlər və qəbul etdiyi qərarlar ardıcıllığı ilə yanaşı, həm də dərin fəlsəfi məzmuna malikdir. Azərbaycan dövləti dünyada sülh və əmin-amanlığı qorumaq, multikulturalizmi insanların həyat fəlsəfəsinə çevirmək üçün həm ölkədə, həm də respublikanın hüdudlarından kənarda möhtəşəm işlər aparır. Din sahəsi nəzəri fikir üçün daim həssas sahə olmuş və hazırda da belə qalmaqdadır. Bütün bu həssaslıq isə sözügedən sahənin daim dövlət himayəsinə və qayğısına, hətta nəzarətinə belə ehtiyac yaradır”.
Yeganə
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18

