Şuşaya növbəti köç ...
24.12.2024 [08:43]
Daha 208 nəfər doğma yurduna qovuşdu
İkinci Qarabağ müharibəsindəki möhtəşəm qələbəmizdən sonra işğaldan azad edilmiş ərazilərimizdə Böyük Qayıdış çərçivəsində quruculuq işləri sürətlə davam edir. Həmin ərazilərdə təmir və yenidənqurma prosesi sürətlə, metodik və strateji şəkildə aparılır. Belə ki, dövlətimiz “Böyük Qayıdış” planına uyğun olaraq məcburi köçkünlərin öz evlərinə qayıtmasını sürətləndirmək üçün bütün mövcud kanalları işə salıb. Həmin ərazilərdə yeni icmaların, yolların, məktəblərin, xəstəxanaların tikintisi və infrastrukturun bərpası durmadan artır.
Ən ağır itkilərimizdən biri idi...
Şuşa 32 il bundan əvvəl işğal edilərək, düşmənin əlinə keçmişdi. Bununla da orada doğulan, böyüyən soydaşlarımızın yurd həsrəti başlamışdı. Rəsmi məlumata görə, Şuşanın işğalı zamanı 195 nəfər həlak olub, 165 nəfər yaralanıb. Bundan başqa, 55 nəfər əsir düşüb və ya girov götürülüb. İşğal nəticəsində 22 min nəfərə yaxın azərbaycanlı məcburi köçkün düşüb. Şuşanın işğalı ermənilər üçün “böyük qələbə”, azərbaycanlılar üçün “ən ağır itki” kimi qəbul olunmuşdu. Bütün Qafqazın incisi hesab olunan Şuşa şəhəri tarixi, mədəniyyət və memarlıq abidələri ilə zəngindir. İşğala qədər Şuşada memarlıq abidəsi sayılan yüzlərlə yaşayış binası, mədəniyyət və tarixi abidə olub.
Şuşa milli ruhunu saxlaya bildi!
Tarixi mənbələrə görə, Şuşa şəhəri ermənilər tərəfindən üç dəfə - 1905-ci, 1920-ci və 1992-ci illərdə dağıdılıb, yandırılıb, bu sənət məbədinə ağır zərbələr vurulub. Ermənilər öz havadarlarına arxalanaraq Şuşada tarixi keçmişimizi, mənəvi yaddaşımızı silməyə cəhd göstəriblər. Şəhərdəki mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər dağıdılaraq talan edilib, saxtakarlıqla erməniləşdirilməyə cəhd edilib. Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini dağıdıblar. 29 il ərzində mənfur düşmən nə qədər çalışsa da Şuşanın ruhunu, görkəmini dəyişdirə bilmədi. Evlər sökülüb, tarixi abidələr sökülüb, məscidlər sökülüb, bulaqlar qurudulub, təbiətə vəhşi münasibət göstərilib. Buna baxmayaraq, Şuşa öz milli ruhunu saxlaya bilib, onu silməyə düşmənin gücü çatmayıb...
25 min nəfərədək əhali yaşayırdı...
Ermənilərin Şuşaya son hücumu 1992-ci il mayın 7-dən 8-nə keçən gecə başlamışdı. Şəhər dörd bir tərəfdən raket, top, tank və digər silahlardan şiddətli atəşə tutulub. Bundan sonra düşmən Xankəndi və Kərkicahan istiqamətlərindən piyadalarla hücuma keçib. Şəhər mayın 8-də axşamadək müdafiə olunsa da, silah-sursat və canlı qüvvə sarıdan üstün olan işğalçıların qarşısında tab gətirə bilməyib. Ermənilər əvvəlcə Şuşanı, sonra isə yaxınlıqdakı Kosalar və Şırlan kəndlərini ələ keçiriblər.
Əslində alınmaz qala sayılan Şuşanın belə qısa müddətdə süqut etməsinin səbəblərindən biri şəhərin müdafiəsinin yetərincə təşkil olunmaması idi. Ermənistan isə Şuşa ətrafına çoxsaylı hərbi texnika və canlı qüvvə yığmışdı. Erməni silahlı birləşmələrinin tərkibində hətta xaricdən gətirilmiş muzdlular da döyüşürdülər.
Şuşa işğal edilərkən burada 25 min nəfərədək əhali yaşayırdı. Ermənilər tərəfindən əsir götürülərək Şuşa həbsxanasında saxlanılan 114 azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirilib.
Hər kəs əmin idi...
Bu müddət ərzində keçmiş məcburi köçkünlərimizin hamısı bilirdi və əmin idilər ki, Prezident İlham Əliyev onların yurd həsrətinin sona yetməsi üçün lazım olan bütün addımları atır. Dörd il öncə, noyabrın 8-də İkinci Qarabağ müharibəsi zamanı Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Bu möhtəşəm qələbə ölkə başçısının sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı.
Daha 51 ailə...
Ötən gün Şuşaya növbəti köç baş tutdu. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Şuşa şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Bu mərhələdə Şuşa şəhərinə 51 ailə - 208 nəfər köçürülüb.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55

