Malayziyadakı soydaşlarımız...
18.10.2024 [09:56]
Diaspor siyasətimizin uğurları haqqında məlumat verilib
Bu günlərdə Malayziyada səfərdə olan Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bir sıra mühüm görüşlər keçirib. Komitə sədri Malayziya Senatının sədri Avanq Bemee ilə görüşündə bir sıra mühüm məsələləri müzakirə edib. Komitədən bildirilib ki, Senat sədri iki ölkənin münasibətlərinin son illər yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb. O, Bakıda keçiriləcək COP29 tədbirinə Malayziya rəsmilərinin dəvət olunmasına görə minnətdarlığını bildirib.
Görüş zamanı F.Muradov ötən il Azərbaycanla Malayziya arasında diplomatik əlaqələrin qurulmasının 30 ilinin tamam olduğunu məmnunluqla xatırladıb. Azərbaycanın 20 faiz ərazisinin Ermənistanın işğalı altında olduğu 30 il müddətində BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda ölkəmizin haqlı mövqeyini daim dəstəklədiyinə görə, Malayziya hökumətinə və xalqına minnətdarlıq edib. Azərbaycan dövlətinin diaspor siyasəti, Komitənin tarixi, fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr barədə məlumat verən Komitə sədri iki ölkə arasında böyük əməkdaşlıq perspektivlərinin olduğunu vurğulayıb. F.Muradov Azərbaycan icmasının Malayziya cəmiyyətinə inteqrasiyası və gənc soydaşlarımızın təhsil imkanları barədə fikirlərini bölüşüb. Görüşdə Malayziya parlamentinin senatorları da iştirak ediblər.
“Ürəkdə yazı”...
Bundan başqa, komitə sədri Malayziyanın milli birlik nazirinin müavini xanım senator Sarasvati Kandasami ilə görüşüb. S.Kandasami məlum səfəri iki ölkə arasında münasibətlərin artan xətt üzrə inkişafının göstəricisi kimi qiymətləndirib. Fuad Muradov əsası Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycan dövlətinin diaspor siyasəti, Komitənin fəaliyyəti, xaricdə yaşayan soydaşlarımızın milli kimliklərini unutmaması üçün həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Daha sonra Malayziyanın Kuala Lumpur şəhərində Cənub-Şərqi Asiya regionunda yaşayan Azərbaycan icması ilə görüş keçirilib. Görüşü açıq elan edən Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov diaspor tarixində ilk dəfə olaraq reallaşan bu toplantı münasibətilə soydaşlarımızı təbrik edib, diaspor fəaliyyətinin səfirliklərin gücünə güc qatdığını bildirib. Tədbir çərçivəsində malay dilində çap olunmuş Azərbaycan ədiblərinin əsərlərindən ibarət “Ürəkdə yazı” adlı kitabın təqdimat mərasimi keçirilib. Malayziya Tərcümə və Kitab İnstitutunun rəhbəri Nur Amin Əhməd bildirib ki, kitab Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Malayziyadakı səfirliyi ilə sıx əməkdaşlığın nəticəsi olaraq ortaya çıxıb.
İkitərəfli münasibətlərin inkişafında kitab mübadiləsi
Daha bir görüş Malaya Universitetinin və Putra Malaya Universitetinin professor və müəllim heyəti ilə olub, Azərbaycan haqqında təqdimatlar edilib. Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının 30 illik işğaldan Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün ərzində azad olunması, rəsmi Bakının sülh gündəliyi professor və müəllim heyətinin diqqətini çəkib. Malaya Universitetinin professoru Roy Antoni Rocers Azərbaycanın işğaldan azad olunmuş torpaqlarına səfər etdiyini, ermənilər tərəfindən dağıdılmış məscidləri və tarixi-mədəni abidələri öz gözləri ilə gördüyünü bildirib.
Növbəti görüşlər Selanqor Xalq Kitabxanası Korporasiyasında və Malayziya Milli Kitabxanasında olub. Xalqları yaxınlaşdırmağın ən sınanmış yolunun mədəniyyət olduğu, Azərbaycan-Malayziya münasibətlərinin inkişaf etdirilməsində kitab mübadiləsinin və kitabxanalararası əməkdaşlığın da öz payı olduğu vurğulanıb. Bu səbəbdən Komitənin hər il müxtəlif dillərdə onlarla kitabın çapına dəstək olduğu qeyd edilib.
Bakı təcrübəsi öyrənilir...
Komitə sədri eyni zamanda Kuala Lumpur şəhərinin meri xanım Maimunah Mohd Şarif ilə görüşüb. Xalqımızın Ümummilli Lideri tərəfindən yaradılan Komitənin fəaliyyət istiqamətləri barədə məlumat verən Fuad Muradov Prezident İlham Əliyevin tövsiyələrinə uyğun olaraq soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyası və şəbəkələşməsi, xaricdəki Azərbaycan icmalarının gördüyü işlər, eyni zamanda milli kimliklərini qoruması, ölkəmizə dost xalqların nümayəndələri ilə həyata keçirilən layihələr, azərbaycanlı tələbələrin Malayziyada təhsil həyatı, beynəlxalq layihələr çərçivəsində təcrübə mübadiləsi barədə fikirlərini açıqlayıb.
Xanım mer bir neçə dəfə Bakıya səfər etdiyini, xalqımızın qonaqpərvərliyinə heyran olduğunu söyləyib. O, həmçinin Malayziya rəsmilərinin paytaxtımızda keçiriləcək COP29 tədbirinə dəvət olunmasına görə təşəkkürünü bildirib. M.Mohd Şarif Kuala Lumpur şəhərinin qədim hissəsini İçərişəhər kimi qorumaq üçün Bakının təcrübəsini öyrəndiklərini və tətbiq etmək niyyətində olduqlarını vurğulayıb.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxİdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57

