Regionun ən böyük innovasiya sammiti
15.10.2024 [08:49]
Güclü süni intellekt strategiyası hazırlanıb...
Bu günlərdə Bakı Konqres Mərkəzində və Heydər Əliyev Mərkəzində “INMerge” İnnovasiya Sammiti baş tutdu. Qeyd edək ki, “PAŞA Holding”in təşkilatçılığı ilə keçirilən sammit regionun ən böyük innovasiya sammitidir. Oktyabrın 10-11-i tarixlərində baş tutan sammitdə maliyyə texnologiyaları, rəqəmsallaşma, elektron ticarət, telekommunikasiya, əlavə dəyər xidmətləri, yeni iqtisadiyyat və digər sahələr müzakirə olunub.
Sammit çərçivəsində startapların və tədbirin tərəfdaş şirkətlərinin beynəlxalq sərgisi təqdim olunub. Bəzi stendlər interaktiv oyunlar və xatirə hədiyyələrilə iştirakçıları cəlb edib, robot it isə ziyarətçilərin böyük marağına səbəb olub. Startaplar sərgisində Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan və digər ölkələrin startapları da təqdim olunub.
Universitetlərimizin 70 faizində süni intellekt tədris olunacaq
Sammitdə çıxış edən Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, Azərbaycanda fəaliyyət göstərən universitetlərin 70 faizində süni intellektlə bağlı təhsilin verilməsi planlaşdırılır. O, qeyd edib ki, Azərbaycan üçün güclü süni intellekt strategiyası hazırlanıb: “Növbəti 3 ilin hədəfi süni intellektlə bağlı araşdırma məqalələrinin sayında 50 faizlik artım əldə etməkdir. Böyük universitetlərdən birində tamamilə süni intellekt əsaslı innovasiya mərkəzinin yaradılmasını hədəfləmişik. Bundan əlavə təkcə dövlət qurumlarında deyil, həmçinin özəl sektorda da süni intellektdən istifadə ilə bağlı ssenarilər hazırlayırıq”.
Dövlət qurumları ilə əlaqələrin 35 faizi rəqəmsallaşıb
Rəşad Nəbiyev həmçinin bildirib ki, Azərbaycanda əhalinin dövlət qurumları ilə qarşılıqlı əlaqələrinin 35 faizi rəqəmsallaşıb. Onun sözlərinə görə, rəqəmsal transformasiya istiqamətində səylər davam etdirilir: “Biz dövlət qurumları ilə əhali arasındakı münasibətlərdə rol oynayan dörd əsas sahəni tam rəqəmsallaşdırmışıq. Bu, əhalinin hökumətlə qarşılıqlı əlaqələrinin 35 %-ni əhatə edir. Yəni vətəndaşların dövlət qurumlarına getməli olduğu həyat hadisələri indi rəqəmsal mühitə köçürülüb. Bu, vaxta qənaət baxımından da çox mühümdür”.
İnternetin orta sürəti 80 Mbps-i ötəcək
Rəşad Nəbiyevin sözlərinə görə, ilin sonuna qədər Azərbaycanda internetin orta sürətinin 80 Mbps-ni ötəcəyi planlaşdırılıb. O, bildirib ki, iki il əvvəl başlanan “Online Azərbaycan” layihəsi ilə ölkənin ən ucqar nöqtələrində fiber optik xətlərin çəkilməsi hədəflənib: “Layihəyə başladıqda Azərbaycanda internetin orta sürəti təxminən 12 Mbps ətrafında idi. Ancaq bu ilin avqust ayında bu sürət 50 Mbps-ni ötüb. Biz layihəyə başladıqda 25 Mbps-nin kifayət edəcəyini düşünürdük”.
Yeni bizneslərin yaradılmasına dəstək göstəriləcək
İqtisadiyyat Nazirliyinin tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov bildirib ki, Azərbaycanda rəqəmsal iqtisadiyyata dair yeni bizneslərin yaradılmasına dəstək göstərmək planlaşdırılır: “Rəqəmsal iqtisadiyyat çərçivəsində rəqəmsal transformasiya proqramlarından keçməyi, bazarda yeni bizneslərin qurulmasına dəstək göstərməyi planlaşdırırıq. Eyni zamanda, rəqəmsal transformasiya proqramı icra edən zaman əsasən şirkətlərin daha çox data infrastrukturuna, insan resurslarına ehtiyacı olur. Buna görə şirkətlərin bu sahədə ixtisaslaşmış, bilikli insanlara ehtiyacları var”.
Onun sözlərinə görə, digər məsələ hökumətə məlumatların idarə edilməsində kömək etməkdir: “Çünki məlumatlara əsaslanan yanaşma olmasa, biznes dəyişikliklərinə cavab vermək çox çətin olacaq. Beləliklə, onlara uyğunlaşmaq üçün sürətli addımlar atmaq lazımdır. Bu mənada Azərbaycan vətəndaşlarını maarifləndirmək mühüm əhəmiyyət kəsb edir. Artıq keçmiş məcburi köçkünlər azad edilmiş ərazilərə qayıdırlar və onlara rəqəmsal bacarıqlar verməliyik”.
Süni intellektin inkişaf istiqamətləri formalaşdırılacaq
“AzIntelecom” MMC-nin İdarə Heyətinin sədri Elxan Əzizov qeyd edib ki, Azərbaycanda hazırlanan süni intellekt strategiyası bu istiqamətin necə inkişaf etdirilməsi yollarını formalaşdıracaq. O, qeyd edib ki, normativ baza olmadan texnologiyanın inkişafı müəyyən mərhələlərdə ciddi çətinliklə üzləşir: “Buna görə də, texnologiyanın inkişafını dəstəkləyən tənzimləyici baza vacibdir. Həmçinin texnologiyanın inkişafı üçün lazımi infrastruktur təmin edilməlidir. Çünki infrastruktur olmadan yeni texnologiyaların tətbiqi və istifadəsi çətin olur”.
E.Əzizov əlavə edib ki, bu strategiya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və digər dövlət qurumları ilə birgə hazırlanır.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxİdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20

