Xalqımızı birləşdirən dəyər...
11.10.2024 [09:34]
Azərbaycançılıq milli ideologiyamızın özəyidir
1991-ci ildə dövlət müstəqilliyimiz bərpa edilsə də, ölkəmiz özünün istiqlalını, varlığını itirmək təhlükəsi ilə üz-üzə idi. Lakin 1993-cü ildə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev qısa müddətdə Azərbaycanı düşdüyü vəziyyətdən xilas etdi. Bu xilaskarlıq missiyasının kökündə müasir azərbaycançılıq ideologiyası durur. Heydər Əliyevin bütün həyatı boyu inandığı, dəstəklədiyi, formalaşdırdığı, vahid amala çevirdiyi, xalqı bu amal ətrafında birləşdirdiyi azərbaycançılıq ideologiyası...
Həqiqətən də azərbaycançılıq dövlətimizin milli ideologiyasının özəyini, əsasını təşkil edir. Eyni zamanda dövlətçilik, milli dəyərlər, ümumibəşəri dəyərlər kimi qlobal məsələlər azərbaycançılığın tərkib hissələri kimi verilir. Bu ideologiyamızın əsasında Azərbaycanı özünə Vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi dayanır. Təbii ki, zaman-zaman azərbaycançılıq ideologiyası haqqında fikirlər irəli sürülüb, məqalələr yazılıb, araşdırmalar aparılıb. Bütün buların fonunda Azərbaycanın dövlət müstəqilliyini qazandığı, müasir dünya ilə çoxşaxəli əlaqələrini qurub inkişaf etdirdiyi dövrdə azərbaycançılıq ideologiyasının iqtisadi, sosioloji və politoloji aspektləri diqqəti daha çox cəlb edir.
Milli dövlətçilik ideologiyası...
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, azərbaycançılıq ideologiyası ayrı-ayrı şəxslərin düşüncə və duyğularına hakim kəsilən təsəvvürlərin məcmusunu, onların özlərinin, ailələrinin, xalqının, Vətəninin sabahı naminə arzularını əks etdirir. Deputat qeyd edib ki, milli ideologiya dövləti yaradır, dövlət isə siyasi ideyanı məqsədyönlü istiqamətə yönəldir: “Azərbaycançılıq ideologiyasında vətənpərvərlik amili də mühüm yer tutur. Vətənpərvərlik insanı öz dövləti ilə sıx bağlayır. Bu hiss hər bir fərdi öz torpağına, Vətəninə sahib çıxmağa səsləyir. Gənc nəsli azərbaycançılıq ideologiyası ətrafında birləşdirmək isə onları dövlətçilik və milli-bəşəri dəyərlər əsasında tərbiyə etmək deməkdir. Bu prinsiplər gəncliyi dünəndən bu günə və bu gündən sabaha doğru aparır”.
Vətəndaşlıq məsuliyyətini gücləndirən ideologiya
Deputat qeyd edib ki, azərbaycançılıq ideologiyasının yaşaması vətəndaşın cəmiyyət və dövlət qarşısında məsuliyyətindən asılıdır: “Vətəndaşlıq məsuliyyəti azərbaycançılıq ideologiyası kontekstində geniş anlayışdır. O özündə hüquqi və mənəvi məsuliyyəti cəmləşdirir. Lakin vətəndaşlıq məsuliyyəti daha çox mənəvi məsuliyyətlə bağlıdır. Bu baxımdan azərbaycançılıq ideologiyası həm də vətəndaş məsuliyyətinin güclənməsinə xidmət edir. Hər bir kəs cəmiyyət qarşısında cavabdehliyini hiss etməlidir. Bu, tək qanunlara riayət etməkdə yox, habelə aktiv vətəndaşlıq mövqeyində əks olunmalıdır. Ona görə ki, cəmiyyətin və dövlətin inkişafı və güclənməsi hər bir fərdin fəal vətəndaşlıq mövqeyindən və vətəndaşlıq məsuliyyətindən asılıdır.
Azərbaycançılıq ideologiyasında vahid polietnik millətin Azərbaycan dövlətçiliyinin yaradılmasına dair maraqlarının ümumiliyi, demokratiyanın, sərbəst iqtisadiyyatın, sosial həyat şəraitinin inkişafı uğrunda mübarizəsinin məqsədləri öz əksini tapıb. İdeologiya kimi, azərbaycançılıq müstəqil ölkəmizin fəlsəfi-sosial doktrinasının sosial-mədəni və etnik-geosiyasi cəhətlərini özündə birləşdirib. O, qarşılıqlı dəstək, əməkdaşlıq və bərabərliyin əsasını təşkil edir”.
İnkişafımızın ideya təməli...
Deputatın sözlərinə görə, hazırkı dövrə gəlincə qeyd etməliyik ki, azərbaycançılıq bu gün cəmiyyətin inkişafının ideya təməlini təşkil edir. Bu da səbəbsiz deyil: “Çünki bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlar qazanan Azərbaycan Respublikası məhz Ulu Öndərin əsasını qoyduğu ideologiya və strategiya əsasında inkişaf edir. İlham Əliyev azərbaycançılıq məfkurəsini dövlətçiliyimizin ideoloji əsası kimi xarakterizə edərək deyib: “Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olub. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir. Bizim dövlətçiliyimizin çox möhkəm ideoloji əsasları vardır. Azərbaycançılıq məfkurəsi bizim əsas ideoloji dayağımızdır”.
Bir sözlə, azərbaycançılıq ideologiyasının çağdaş təkamül mərhələsi özünəməxsus dinamizmi ilə zənginləşməkdə, milli-ictimai şüurun əsaslarını müəyyənləşdirməkdə və Azərbaycan xalqının dünya birliyindəki mövqelərini inamla yüksəltməkdədir. Hazırda bu proses uğurla davam edir.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

