Ermənistanın müharibə cinayətləri
13.08.2024 [10:37]
İfşa edilir...
Yeganə BAYRAMOVA
İkinci Qarabağ Müharibəsinin 4-cü ildönümünə sayılı günlər qalıb. Həmin gün-27 sentyabr həm də şəhidlərimizin anım günü kimi qeyd edilir. Bundan başqa, 27 sentyabr Böyük Zəfərə gedən yolun başlanğıcıdır. Ona görə də bu tarix xalqımız üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki 44 günlük müharibənin yekununda təkcə Azərbaycanın ərazi bütövlüyü və suveren hüquqları bərpa olunmadı, həm də dünya daha bir faşist ideollogiyasından xilas oldu.
Cəmi 44 günə Azərbaycan nəinki, torpaqlarını işağaldan azad etdi, həm də Ermənistanın hərbi kapitulyasiyasına nail oldu. Təbii ki, bu qələbənin arxasında ordu-xalq, xalq-hakimiyyət birliyi dayanırdı. Bu qələbə üçün 3 mindən artıq qəhrəman soydaşımız canından, minlərlə soydaşımız sağlamlığından keçdi. Ordumuzun şücaəti, Ali Baş Komandanın qətiyyəti qarşısında aciz qalan Ermənistan bundan sonra Rusiyanın vasitəçiliyi ilə noyabrın 10-a keçən gecə üçtərəfli Bəyannaməni imzaladı.
Mövzu barədə “Yeni Azərbaycan”a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, bu gün Azərbaycanın ərazi bütövlüyü və suveren hüquqları bərpa olunsa da, yaralarımız hələ də sağalmayıb: “1988-ci ildən başlayaraq, Qarabağda qanunsuz fəaliyyət göstərən erməni silahlı hərbi birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən xalqımıza qarşı çoxsaylı amansızlıqların şahidi olmuşuq. Qarabağ və işğal olunmuş digər ərazilərdə yaşayan azərbaycanlıların doğma torpaqlarından didərgin salınması, yaşayış məntəqələrində və dövlət obyektlərində maddi sərvətlərin, mədəniyyət abidələrinin talanması və dağıdılması, azərbaycanlı əsir və girovlara dəhşətli işgəncələr verilməsi faktı var. Bundan başqa, azərbaycanlıları milli bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə soyqırım, deportasiya, işgəncə və s. sülh və insanlıq əleyhinə cinayətlər, habelə qəsdən adam öldürmə, təxribat, terrorizm və başqa ağır cinayət hadisələri törədilib”.
Ə.Verdiyev qeyd edib ki, rəsmi statistikaya görə, 2020-ci ildən ötən ilə qədər uzunluğu 500 kilometrədək olan yeni minalanmış zonalar yaradılıb, separatçılar tərəfindən Azərbaycanın ərazisinə yenidən minalar basdırılıb: “Bunun məsuliyyəti Ermənistanın üzərinə düşür. Minaların təmizlənməsində üzləşdiyimiz çətinliklər, eyni zamanda yenidənqurma və bərpa işlərinə əngəl yaradır, 800 min keçmiş məcburi köçkünün öz evlərinə qayıtmasına ciddi maneə törədir. Bu günə qədər aparılan minatəmizləmə prosesi nəticəsində 140 min hektara yaxın sahə 119 min 946 mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Təbii ki, Ermənistanın dövlət səviyyəsində Azərbaycana qarşı həyata keçirdiyi vandaalizm siyasətini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün Prezident
İlham Əliyevin rəhbərliyi altında davamlı iş aparılır. Çünki Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlər bütövlükdə sivilizasiya qarşı törədilmiş qəsddir, cinayətdir”.
Ekspertin sözlərinə görə, Azərbaycan ermənilərin müharibə cinayətlərinin ifşası istiqamətində müvafiq addımlar atır. O, qeyd edib ki, müharibə ilə bağlı ən uyğun hüquq norması beynəlxalq humanitar hüquqdur ki, yalnız silahlı münaqişələr zamanı istifadə olunur: “Beynəlxalq humanitar hüquq yalnız xüsusi hüquqi meyarlara əsaslanan silahlı münaqişələr kimi müəyyən edilən hallarda tətbiq edilir. Azərbaycan da ermənilərin müharibə cinayətlərinin ifşasında beynəlxalq humanitar hüquqdan geniş istifadə edir. Beynəlxalq humanitar hüquqda müfəssəl müharibə qaydaları və döyüş əməliyyatlarında iştirak etməyən və ya artıq iştirak etməyən şəxslərin müdafiəsi qaydaları mövcuddur. Beynəlxalq humanitar hüquq ilk növbədə münaqişə tərəflərinin, yəni dövlətlərin və qeyri-dövlət silahlı qruplarının məsuliyyətinə aiddir. Soyqırım və insanlığa qarşı cinayətlər beynəlxalq cinayətlərin növləridir. Bu anlayışlar İkinci Dünya müharibəsindən sonra əvvəlki illərdə törədilmiş beynəlxalq cinayətləri mühakimə etmək üçün ortaya çıxıb. Hazırda hər iki cinayət növü Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunda kodlaşdırılıb. 1948-ci il Soyqırımı Konvensiyası da bütün dövlətlər üçün məcburi olan adi beynəlxalq hüquq sayılır. Ermənistan bütün bu tələbləri pozub. Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində darmadağın edilən Ermənistan silahlı qüvvələri döyüş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən mülki infrastruktur obyektlərini hədəf seçmişdi. Düşmən müxtəlif növ silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə yaşayış məntəqələrini atəşə tutaraq, mülki şəxsləri vəhşicəsinə qətlə yetirmiş, əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə irimiqyaslı zərər vurmaqla sülh və insanlıq əleyhinə cinayətlər törətmişdi. İndi Azərbaycan bütün bunlara görə Ermənistanın beynəlxalq hüquq əsasında cavab verməsi üçün müvafiq fəaliyyət həyata keçirir”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə
“Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSiyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00

