4 noyabr ...
04.11.2023 [10:35]
Kosmik fəzaya yüksəlişimizi şərtləndirən tarix
Azərbaycan bu gün dünya kosmik klubunun üzvüdür və kosmik sənayedə öz mövqelərini möhkəmləndirir. Azərbaycanın orbitə çıxardığı peyklərin informasiya təhlükəsizliyi baxımından çox böyük əhəmiyyəti var.
Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycanın qısa müstəqillik tarixində kosmik sənayeyə malik dövlətə çevrilməsi və dünya kosmik ailəsinə daxil olması son dərəcə qürurverici haldır.
Azərbaycanın ilk peykinin orbitə çıxarılması ilə bağlı işlərə Prezident İlham Əliyevin 2008-ci il 4 noyabr tarixli “Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” Sərəncamına müvafiq olaraq start verilib.
“Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında”, “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında dövlət başçısının imzaladığı müvafiq sərəncamlar ölkəmizin dünya kosmik ailəsinə inamlı inteqrasiyasını təmin edib. Dövlət başçısının 3 may 2010-cu il tarixli Sərəncamı ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) təsis edilib. “Azərkosmos”un yaradılmasında əsas məqsəd ölkədə kosmik sənayeyə aid milli məhsul istehsalını təmin etməkdən ibarətdir.
Azərbaycanın kosmik sənayesinin inkişafperspektivləri
ASC-nin yaradılmasından təxminən 3 il sonra, 2013-cü il fevralın 8-də “Azerspace-1” peyki uğurla orbitə çıxarılıb. Həmin gün Azərbaycanın müstəqillik tarixinin ən önəmli hadisələrindən biri yaşanıb. Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki - “Azərspace-1”in uğurla orbitə buraxılması münasibətilə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətində (ASC) təşkil olunan mərasimə qatılıblar. Bu tarixdə dövlət başçısı “Azərkosmos” ASC-nin yeni inzibati binasının açılışını da etmişdi.
Azərbaycan kosmik sənaye sahəsində beynəlxalq əməkdaşlığını dərinləşdirir
Müasir və nümunəvi inkişaf modelinə malik olan Azərbaycanın beynəlxalq əlaqələri getdikcə genişlənir. Ölkəmizin dünya kosmos ailəsinin üzvlüyünə daxil olması da xarici tərəfdaşlarla sıx işbirliyi çərçivəsində mümkün olub. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, kosmik sənayenin inkişafı bu sahədə beynəlxalq əməkdaşlığımızı da dərinləşdirir. Biz dünyanın bu sahədə böyük təcrübəyə malik olan aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edirik.
Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos”un fəaliyyəti beynəlxalq əməkdaşlığa yaxşı nümunədir. Hazırda “Azərkosmos” dünyaya telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksəkkeyfiyyətli peyk xidmətləri təqdim edir. “Azərkosmos”un xidmətlərinin alıcıları əsasən xarici ölkələrdəki qurumlar olduğundan onun fəaliyyəti ixraca istiqamətlənib. Belə ki, şirkətin idarəçiliyində olan “Azerspace-1” peykinin gəlirlərinin 80 faizi, “Azersky” peykinin gəlirlərinin 98 faizi xarici bazarlarda formalaşır. “Azərkosmos”un hazırda dünyanın 25-ə yaxın ölkəsində 100-dən çox özəl və dövlət şirkətlərinin daxil olduğu sabit müştəri bazası mövcuddur. Bu gün Reuters, MTV, National Geographic kimi media nəhəngləri peyk xidmətləri üzrə biznes tərəfdaş olaraq “Azərkosmos”u seçir.
Ölkəmizin kosmik sənayedə əldə etdiyi uğurlar qeyri-neft sektorunun inkişafına müsbət təsir göstərir. Göründüyü kimi, Azərbaycanın özünün kosmik sənayesini inkişaf etdirməsi ölkəmizin qarşısında yeni, daha geniş imkanlar açır. Azərbaycan güclü dövlətdir və qarşıya qoyduğu bütün məqsədlərə çatır.
44 günlük Vətən müharibəsində Azərbaycan peykinin rolu
Prezidentin “Bundan sonra da Azərbaycan yalnız uğurlar, qələbələr yolu ilə gedəcək” ifadəsi də çox keçmədən öz təsdiqini tapdı. Azərbaycan 2020-ci ildə əzəli torpaqlarını azad edərək qələbə qazandı və Azərbaycan peyki 44 günlük Vətən müharibəsinə öz töhfəsini verdi. Düşmənin məkrli planlarının, təxribatlarının üzə çıxarılmasında, Ermənistan rəhbərliyinin öz xalqına və dünyaya ötürdüyü yalan informasiyaların qarşısının alınmasında, eləcə də döyüş zamanı mövcud vəziyyət barədə daha dəqiq məlumatların alınmasında peyklərimizin rolu danılmazdır. Müharibə zamanı baş verən bütün hadisələri müntəzəm olaraq izləyə və onlara nəzarət edə bilirdik. Prezident İlham Əliyev Azərbaycan peyklərinin əhəmiyyətini dəfələrlə diqqətə çatdırıb: “Mən texnoloji inkişafla bağlı görülmüş işlər arasında peykləri qeyd etməliyəm. Biz peykləri orbitə çıxaranda bəziləri sual verirdilər ki, bu, nə üçün lazımdır. Ancaq həyat göstərdi ki, bu, bizə çox lazımdır. Həm müharibə dövründə, həm müharibədən sonrakı dövrdə peyklərdən istifadə bizə çox böyük üstünlük təmin etdi”.
Təbii ki, işğaldan azad edilmiş ərazilərimizin bərpası ilə bağlı layihələrin reallaşdırılmasında da peyklərimizin böyük əhəmiyyəti var. Belə ki, azad olunmuş ərazilərimizin “Azersky” peykindən əldə edilən təsvirləri layihələrin hazırlanmasında böyük üstünlüklər yaradır. Son olaraq, qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən uğurlu peyk layihələri sayəsində Azərbaycan dünya kosmik ailəsinin bir üzvünə çevrilib.
Bu il Bakı Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etdi və Konqres Azərbaycanın kosmik arenadakı mövqeyində önəmli iz buraxdı. Heç şübhəsiz Bakıda keçirilən bu tədbir ölkəmizdə kosmik sənayenin inkişafının təzahürü olmaqla yanaşı, Azərbaycanın qlobal kosmik sənayenin hərəkətverici qüvvələrindən biri olmasına təkan verəcək.
Günel ABBASOVA
Xəbər lenti
Hamısına baxSosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30

