Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!

25.05.2023 [10:42]

Mübariz ABDULLAYEV

Hər şey bünövrənin necə qoyulmasından asılıdır. Təməl möhkəm olarsa, ucaldılan bina da uzunömürlü olacaq, zamanın gərdişləri, müxtəlif təbiət hadisələri ona təsir göstərə bilməyəcək. Bu mənada əminliklə demək mümkündür ki, ümummilli lider Heydər Əliyev tərəfindən böyük uzaqgörənliklə və müdrikcəsinə yaradılan fundamental ideya əsasları müstəqil Azərbaycanın əbədiyaşarlığını təmin edəcək. 30 il müstəqil dövlət quruculuğu üçün elə də böyük zaman kəsiyi deyil. Ancaq ötən 30 ildə müstəqil Azərbaycan qərinələrə bərabər inkişaf yolu keçib. Bunun təməlində isə ulu öndər Heydər Əliyevin parlaq ideyaları və inkişaf fəlsəfəsi dayanır.

Aqrar respublikadan sənaye inkişafına

Ulu öndər Heydər Əliyev aralarında ideoloji baxımdan kəskin fəqlər olan iki müxtəlif formasiyada Azərbaycana rəhbərlik edib - keçmiş sovet dönəmində və müstəqilliyimizin ilk illərində. Böyük düha sahibi olan, xalqını və Vətənini çox sevən Heydər Əliyev hər iki dönəmdə Azərbaycana nailiyyətlər qazandırmağı bacarıb. Keçmiş sovet dövrünün buxovları, sərt qadağaları var idi, hər şey mərkəzdən planlaşdırma əsasında həll olunurdu. Ancaq Heydər Əliyevin uzaqgörənliyi, müdrikliyi və əlbəttə ki, milli təəssübkeşliyi zamanın məhdudiyyətlərini aşmağa imkan verirdi. Heydər Əliyev 1969-cu ildə respublikanın rəhbərliyinə gələndə Azərbaycan keçmiş ittifaqda geridə qalmış aqrar respublika kimi tanınırdı. O, təşəbbüskarlığı, unikal idarəçilik qabiliyyəti sayəsində vəziyyəti tezliklə dəyişməyə nail oldu.

O dövrdə Ulu Öndərin diqqət mərkəzində saxladığı mühüm məsələlərdən biri də möhkəm iqtisadiyyat quruculuğu ilə bağlı idi. Həmin illərdə Heydər Əliyev bir tərəfdən respublikanın aqrar sektorunda pambıqçılıq, üzümçülük, baramaçılıq kimi əmək tutumu və gəlir imkanları böyük olan sahələrin inkişafına nail oldu, digər tərəfdən isə respublikanı sənaye inkişafına yönəltdi.

Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdəki fəaliyyəti, heç şübhəsiz ki, dövlət quruculuğunun bütün istiqamətlərini əhatə edirdi. Ölkənin qarşısında dayanan çoxsaylı prioritetlər sırasında əsas məsələlərdən biri də milli iqtisadiyyatın dirçəldilməsi idi. Ulu Öndər xüsusi olaraq vurğulayırdı ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Heydər Əliyevə AXC-“Müsavat” iqtidarından dağıdılmış, təchizat-satış əlaqələri pozulmuş iqtisadiyyat miras qalmışdı. Belə vəziyyətdə Heydər Əliyev iqtisadiyyatın dirçəlməsinə yönələn müdrik qərarlar qəbul etdi, o cümlədən 100-dən çox Fərman və Sərəncam imzaladı. Nəticədə, 1995-ci ildən milli iqtisadiyyatımızda bərpa, 1996-cı ildən isə artım dövrü başladı. Ulu Öndərin titanik səyləri sayəsində 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” milli iqtisadiyyatımızın qarşısında keyfiyyətcə yeni bir inkişaf mərhələsi açdı.

Liberal iqtisadiyyata keçid

Müdrik siyasətçi olan Heydər Əliyev yaxşı başa düşürdü ki, yeni mərhələdə iqtisadiyyatda transformasiyaları təmin etmədən, keçmiş sovet dövrünün bürokratik mexanizmlərini aradan qaldırmadan, təşəbbüslərə meydan vermədən iqtisadi tərəqqiyə nail olmaq mümkün deyil. Bütün bunları nəzərə alan Heydər Əliyev qəti şəkildə belə müəyyənləşdirdi: Müstəqil Azərbaycanın iqtisadi inkişaf yolu islahatlar vasitəsilə liberializm prinsipinə əsaslanan bazar iqtisadiyyatına keçid yolu olmalıdır. O, iqtisadi sahədə dövlət siyasətinə belə aydınlıq gətirmişdi: “... Mən Azərbaycanın iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu, dövlət siyasətimizin əsas prinsipləridir”.

Ümummilli liderin siyasi iradəsinə uyğun olaraq ölkədə yaradılan mükəmməl hüquqi baza sosialyönümlü liberal iqtisadiyyat quruculuğuna uğurlu keçidi təmin edib. İlk növbədə onu vurğulayaq ki, Ulu Öndərin rəhbərliyi altında hazırlanıb qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şəraitin yaradılması, sahibkarlığa təminat verilməsi, rəqabət mexanizminin formalaşması ilə bağlı müddəalar öz əksini tapıb. Prezident Heydər Əliyevin 30 aprel 2001-ci il tarixli Fərmanı ilə İqtisadi İnkişaf  Nazirliyinin yaradılmasının ölkəmizdə liberal iqtisadiyyatın bərqərar olmasında rolu əvəzsizdir. İqtisadiyyat Nazirliyi müəyyənləşdirilən strategiyaya uyğun olaraq bu gün də milli iqtisadiyyatın, onun prioritet istiqamətlərinin inkişafına yönələn yeni təşəbbüslərlə çıxış edir, bu sahədə hədəflənən nəticələrin əldə olunmasına çalışır.

İslahatlar kursunun davamı

Bu gün güclü iqtisadiyyat Azərbaycanın hərtərəfli inkişafının, milli maraqlar üzərində qurulan prinsipial siyasətinin təməlində dayanan əsas amil qismində çıxış edir. Azərbaycan iqtisadi müstəqilliyinə Heydər Əliyevin zamanında əsasını qoyduğu islahatlar yolu ilə inkişaf  kursunun davam etdirilməsi sayəsində nail olub. Ölkəmizdə meydana çıxan çağırışları önləmək və bundan sonra da inkişafın ardıcıllığını təmin etmək məqsədilə davamlı olaraq yeni nəsil iqtisadi islahatlar həyata keçirilir. Prezident İlham Əliyev ölkədə biznes mühitinin  optimallaşdırılması, bank-maliyyə sektorunda inklüzivliyin daha da artırılması, daxili istehsalın qorunması, sahibkarların vergi yükünün azaldılması yolu ilə vergi bazasının genişləndirilməsi, gömrük nəzarətinin sadələşdirilməsi və şəffaflığın təmin olunması, istehsal imkanlarının genişləndirilməsi, investisiya qoyuluşunun, ixracın təşviq edilməsi, “Made in Azerbaijan” brendinin yaradılması və sosial sfera da daxil olmaqla, digər sahələri əhatə edən Fərman və sərəncamlar imzalayıb. Vergi sistemində aparılan struktur islahatları barədə danışan iqtisadiyyat naziri Mikayıl Cabbarov bu islahatların fəlsəfəsinin vergi orqanlarının əsas funksiyasının fiskal nəzarətdən vergi ödəyicilərinə xidmət prinsipinə keçirilməsi olduğunu bildirib.

Ümummilli Liderin əsasını qoyduğu inkişaf kursu, sonrakı mərhələdə isə Prezident İlham Əliyevin ölkədə siyasi varisliyi təmin etməsi, o cümlədən də iqtisadi inkişafın dinamikliyinə nail olmaq üçün güclü siyasi iradə nümayiş etdirməsi Azərbaycanı iqtisadi cəhətdən müstəqil dövlətə çevirib. Öz növbəsində iqtisadi müstəqillik respublikamızın siyasi müstəqilliyinin təmin olunmasında çox mühüm rol oynayır.

Yazı İqtisadiyyat Nazirliyi tərəfindən “Heydər Əliyev İli” ilə əlaqədar olaraq media nümayəndələri arasında elan edilmiş “İqtisadi siyasət və inkişafın Heydər Əliyev fəlsəfəsi” mövzusunda yaradıcılıq müsabiqəsinə təqdim edilir.

Paylaş:
Baxılıb: 108 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xarici siyasət

Xəbər lenti

Xarici siyasət

50 illik qadağa

02 İyun 10:42

Gündəm

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30