Qarabağda çalışan sahibkarlar üçün yeni fürsət
03.05.2023 [10:34]
Onların kommunal xidmətlərə görə borclarını dövlət ödəyəcək
Nicat Dilqəmli
Şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi parlaq qələbədən sonra dövlətimiz işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsini prioritetlər sırasına daxil edərək fasiləsiz şəkildə layihələr icra etməkdədir. Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərin bərpasını və oraya layiqli qayıdışı mümkün qədər qısa müddətdə həyata keçirməyi hədəfləyib. Təbii ki, işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialından istifadə olunması həmin ərazilərə investisiya cəlbediciliyini də artıracaq. Dövlət işğaldan azad olunmuş ərazilərin bərpasına böyük həcmdə maliyyə vəsaitləri ayırır. Cari ilin dövlət büdcəsindən işğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma işlərinin davam etdirilməsinə 3 milyard manat vəsait ayrılıb. Ümumilikdə isə son 2 ildə Qarabağın bərpasına dövlət büdcəsindən 6,4 milyard manat vəsait yönəldilib. Həmin vəsaitlər hesabına Ağdam, Füzuli və Laçın rayonlarında ən zəruri infrastrukturlar yaradılıb, o cümlədən yollar və körpülər salınıb, su anbarları və su elektrik stansiyaları tikilməkdədir. Tərtərçayın kanallarında təmizləmə işləri davam edir. Cəbrayılda günəş elektrik stansiyasının tikintisi üçün hazırlıq işləri görülür. Yaxın zamanda Qarabağ və Şərqi Zəngəzurda geniş sahələri təmiz içməli su ilə təmin edəcək Həkəri su anbarının və müvafiq su kəmərlərinin tikintisinə başlamaq planlaşdırılır.
Ölkəmizdə aparılan uğurlu iqtisadi siyasətin və şəffaflaşdırma tədbirlərinin nəticəsi olaraq iqtisadi və maliyyə imkanlarımızın artması sayəsində cari ilin birinci rübündə dövlət büdcəsində əhəmiyyətli həcmdə büdcə artığı yaranıb və proqnozlara görə, ilin sonunda, ümumilikdə, büdcəyə əlavə olaraq 3 milyard manat vəsaitin daxil olacağı gözlənilir. Aprelin 18-də Prezident İlham Əliyev Salyan şəhərində Azərbaycan Televiziyasına verdiyi müsahibədə də bu barədə danışıb. Ölkə başçısı bu vəsaitin əsas hissəsinin Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında istifadə ediləcəyini bildirib. Bu, bir daha onu göstərir ki, işğaldan azad olunmuş ərazilərin bərpası, dədə-baba yurdlarımıza layiqli qayıdış Azərbaycanın ən mühüm prioritetidir.
Dövlət xətti ilə ayrılan vəsaitlərlə yanaşı Azərbaycan həm də müəyyən güzəştli şərtlər tətbiq etməklə bu ərazilərə investisiyaların cəlb olunmasına çalışır. Başqa sözlə, işğaldan azad olunmuş ərazilərə investisiya qoyuluşu dövlət tərəfindən güclü şəkildə təşviq olunur. Həmin ərazilərə maliyyə yatırımlarının həcminin artırılması məqsədilə investorlar müxtəlif vasitələrlə həvəsləndirilirlər. Elə bugünlərdə Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımı göstərilməsi haqqında Fərman imzalayıb. Sənədə əsasən, işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara 10 il müddətində hər ay istehlak olunan kommunal xidmətlərin (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) tariflərinə uyğun olaraq ödədikləri vəsaitin 20 (iyirmi) faizi məbləğində dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımı ödəniləcək. Burada məqsəd iqtisadi canlanmanın sürətləndirilməsi, investisiya cəlbediciliyinin artırılması, müasir və effektiv istehsal, ticarət və xidmət infrastrukturunun yaradılması, innovativ texnologiyaların tətbiqi, sənaye potensialının reallaşdırılması və sahibkarlıq fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasıdır.
Həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsi kimi bu günə qədər işğaldan azad edilmiş ərazilərndə biznes qurmaq üçün müxtəlif sektorları əhatə edən 1 400-dən artıq müraciət qeydə alınıb. Bu müraciətlərin təqribən 500-ə yaxını xarici investorların payına düşür. Burada qardaş ölkə Türkiyə üstünlük təşkil edir. Müraciət edənlər arasında ABŞ, Avropa ölkələri, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Çin, Cənubi Koreya, İndoneziya və başqa ölkələrdən olan iş adamları da var.
Xarici şirkətlərlə birgə icrası nəzərdə tutulan önəmli layihələrdən biri də Cəbrayıl rayonu ərazisində günəş elektrik stansiyasının tikintisi üzrə “BP” şirkəti ilə imzalanmış icra müqaviləsi çərçivəsində 240 meqavat gücündə GES-nın tikintisidir. Bu xüsusda onu da qeyd edək ki, Avropa şirkətləri ilə əməkdaşlıq ölkəmizlə iqtisadi əlaqələrin genişləndirilməsi ilə yanaşı, eyni zamanda, erməni işğalı nəticəsində tamamilə dağıdılmış ərazilərimizin bərpasının genişlənməsi baxımından olduqca əhəmiyyətlidir.
Xarici iş adamları ilə əməkdaşlıq çərçivəsində növbəti illərdə digər kiçik su elektrik stansiyalarının bərpası və istismara verilməsi də özəl sektorun hesabına həyata keçirilməsi nəzərdə tutulur. Bu strateji prioritetlərdən biri də “Yaşıl Enerji Zonası” Konsepsiya sənədidir. Yaponiyanın “TEPSCO” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində bərpa olunan enerji mənbələrinin istehsalı, istehlakda enerjinin səmərəliliyi və digər kiçik güclü yaşıl texnologiyaların tətbiqi nəzərdə tutulur.
Beləliklə, sadaladığımız tədbirlər və dövlət başçısının imzaladığı müvafiq Fərmanla qarşıdakı dövrdə də azad olunmuş ərazilərə həm yerli, həm də xarici investorların sərmayə qoyuluşu daha da artacaq. Bu da təbii ki, dövlətin müəyyən etdiyi 5 milli prioritetdən biri olan Böyük qayıdışın ən qısa zaman kəsiyində həyata keçirilməsinə gətirib çıxaracaq.
Xəbər lenti
Hamısına baxİdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50

