Yeni mexanizmlər...
27.05.2022 [10:05]
Sahibkarları hansı güzəştlər gözləyir?
Nicat PAŞA
Azərbaycanın qarşıya qoyduğu əsas hədəflərdən biri də daxili istehsal hesabına ölkənin ərzaq təhlükəsizliyinə nail olmaqdan ibarətdir. Bu da, ilk növbədə, müasir dünya çağırışları ilə bağlıdır. İndiki dövrdə etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi təhlükəsizliyinin əsas komponentlərindən biri qismində çıxış edir. Bu mənada Prezident İlham Əliyevin ölkənin ərzaq təhlükəsizliyini daim diqqət mərkəzində saxlaması və bu məqsədlə ölkəmizdə davamlı olaraq zəruri tədbirlər həyata keçirilməsi nikbinlik doğurur. Xüsusilə qeyd etmək lazımdır ki, müstəqil Azərbaycanda etibarlı ərzaq təminatına nail olunması siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub.
Ulu öndərin böyük siyasi iradəsi sayəsində Azərbaycanda MDB ölkələri arasında ən sürətli torpaq islahatları həyata keçirilib, kənd təsərrüfatı istehsalçılarına yardım mexanizmləri formalaşdırılıb, beynəlxalq təşkilatlarla, o cümlədən, Dünya Bankı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birlikdə bu sahədə əhəmiyyətli layihələrin icrasına başlanıb. 2001-ci ildə ölkə rəhbərinin müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı” təsdiq edilib. Bu proqram çərçivəsində görülmüş işlər nəticəsində ərzaq məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artıb. Sonradan Azərbaycanda sürətli iqtisadi inkişafın başlaması nəticəsində aqrar sahənin daha da inkişaf etdirilməsi üçün görülən tədbirlər də genişlənib. Aqrar sahənin inkişafı və bu xüsusda ölkənin etibarlı ərzaq təhlükəsizliyinə nail olunması Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi strategiyasının başlıca istiqamətlərindən birini təşkil edib. Bu sahədə davamlı inkişafın yüksək səviyyədə təmin edilməsi istiqamətində bu gün də işlər görülür, layihələr uğurla həyata keçirilir.
Yeri gəlmişkən, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 25 may tarixdə keçirilən iclasında “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib ki, ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı yeni mexanizmin hazırlanması üçün təkliflər verilib. O qeyd edib ki, bu təkliflər qəbul edilib. Nazir müavini vurğulayıb ki, təkliflərə ərzaq məhsulları istehsal edən müəssisələrə, sahibkarlara subsidiyaların, güzəştli kreditlərin verilməsi daxildir.
Ərzaq təhlükəsizliyinin formalaşması, eyni zamanda yerli istehsalın stimullaşdırılması Azərbaycan üçün əsas prioritetlər sırasındadır.
Qeyd edək ki, Nazirlər Kabineti bütövlükdə ərzaq təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı tədbirlər həyata keçirir. NK ərzaq təhlükəsizliyinin formalaşması və xüsusən də ərzaq qıtlığının yaranmaması üçün yerli sahibkarlara dəstək mexanizmini genişləndirir. Bu fikirləri “Yeni Azərbaycan”a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov səsləndirib. O bildirib ki, qəbul edilən təkliflər sahibkarların stimullaşdırılmasına, yerli istehsalın genişlənməsinə xidmət edəcək: “Həmin dəstək mexanizminə iki yeni istiqamət əlavə olunub. Onlardan biri minimum istehlak səbətinə daxil olan ərzaq məhsullarının istehsalı ilə məşğul olan sahibkarlara verilən güzəştli kreditlərin həcminin artırılması, yəni həmin sahibkarlara daha çox güzəştli kreditlərin verilməsi. Burada məqsəd ondan ibarətdir ki, sahibkarları minimum istehlak səbətinə daxil olan məhsulların istehsalına stimullaşdırmaq mümkün olsun. Bu da təbii ki, sahibkarların stimullaşdırılması baxımından vacibdir və yerli istehsalın genişlənməsinə xidmət edəcək.
İkinci istiqamət sahibkarların götürdükləri kreditləri, banklardan cəlb etdikləri vəsaitlərin faizlərinin bir hissəsinin subsiya edilməsindən ibarətdir. Bu, 10 faizlik subsidiyanın tətbiq edilməsi anlamına gəlir. Yəni sahibkarın götürdüyü kreditin faizinin bir hissəsi dövlət tərəfindən ödəniləcək, kompensasiya olunacaq. Nəticədə sahibkar götürdüyü kreditə görə faizi tam ödəməyəcək və vəsaitə qənaət edəcək. Bu da təbii ki, imkan verəcək ki, sahibkar öz fəaliyyətini genişləndirib, daha çox məhsul istehsal edə bilsin. Bu da təbii ki, sahibkarın inkişafı və xüsusən də ərzaq məhsullarının istehsalının genişləndirilməsi baxımından vacibdir”.
“O baxımdan, qəbul edilən qaydalar, güzəşt mexanizmləri yerli sahibkarlığın dəstəklənməsinə və daha çox ərzaq məhsullarının istehsalına şərait yaradacaq ki, bu da ərzaq təhlükəsizliyinin formalaşması, idxalın minimumlaşdırılması və bütövlükdə bu gün qlobal olaraq müşahidə edilən ərzaq qıtlığının Azərbaycana təsirlərini minimumlaşdırmağa xidmət edəcəkdir”, - deyə V.Bayramov fikirlərinə əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

