Sahibkarlıq fəaliyyətinə “yaşıl işıq”
20.05.2022 [09:52]
“Düşünürəm ki, Azərbaycanda biznes mühiti investorlar üçün əlverişlidir. Biz 10 milyardlarla birbaşa xarici investisiyadan məmnunuq. Xarici şirkətlərin sərmayə portfelinin şaxələndirilməsi də çox vacibdir”.
M. FEYİZLİ
Azərbaycanda özəl bölmənin inkişafı dövlət tərəfindən hərtərəfli şəkildə dəstəklənir. Son illərdə respublikamızda həyata keçirilən iqtisadi məzmunlu islahatların bir çoxu ölkədə investisiya cəlbediciliyinin artırılmasını, sahibkarlıq subyektlərində istehsal və ixrac imkanlarının genişləndirilməsini hədəfləyib. Davamlı dövlət dəstəyinin bəhrəsidir ki, respublikamızda güclü sahibkarlar ordusu formalaşıb. Milli iqtisadiyyatımızda özəl sektorun xüsusi çəkisi artaraq 80 faizə yüksəlib. Bu gün respublikamızda sahibkarlar özlərinin fəaliyyət sahələrini genişləndirməklə yanaşı, sosial proqramların icrasında yaxından iştirak edirlər və ölkəmizin inkişafına öz töhfələrini verirlər.
Maliyyə mənbələrinə çıxış imkanları
Respublikamızda sahibkarlıq subyektlərinə göstərilən dövlət dəstəyinin əhatə dairəsi kifayət qədər genişdir. Yeni növ koronavirus pandemiyasının pik dövründə ölkəmizdə kiçik sahibkarlıq subyektlərinə, muzdla çalışan işçilərə yeni dəstək mexanizmləri işə salındı. O cümlədən sahibkarlar tərəfindən götürülən dövlət zəmanətli kredit və faizlərin subsidiyalaşdırılması həyata keçirildi.
Xarici mənfi təsirlərin artdığı indiki şəraitdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən biznesə yeni dəstək mexanizminin tətbiqinə başlanılıb. Bu mexanizm çərçivəsində minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlara banklar və digər kredit təşkilatları tərəfindən verilmiş kreditlər üzrə faizlərin subsidiyalaşdırılması nəzərdə tutulur. İlkin olaraq, aşağıdakı emal məhsullarının istehsalı ilə məşğul olan sahibkarların həmin fəaliyyət növləri üzrə xammal tədarükü ilə bağlı aldıqları kreditlərin subsidiyalaşdırılması həyata keçiriləcək: Şəkər tozu, günəbaxan yağı, marqarin, kərə yağı, un, makaron məmulatlarının istehsalı sahələri.
Maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi ölkəmizdə sahibkarlıq subyektlərinə göstərilən dəstək tədbirləri sırasında xüsusi yer tutur. İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarların güzəştli qaydada maliyyələşdirilməsini davam etdirir. Cari ilin yanvar-fevral aylarında fond tərəfindən sahibkarlıq subyektlərinin 153 investisiya layihəsinin maliyyələşdirilməsinə 8,6 milyon manat güzəştli kredit ayrılıb. Bu kreditlər 200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Fonddan “Yeni Azərbaycan”a verilən məlumata əsasən, iqtisadiyyatın sahələri üzrə verilmiş kreditlərin təsnifatında istehsal, emal və xidmət sahələri xüsusi yer tutub. Güzəştli kreditlərin layihə sayı üzrə 92,8%-i kənd təsərrüfatı məhsullarının istehsalı, 5,9%-i sənaye məhsullarının istehsalı və emalı, 1,3%-i isə xidmət sahələrinin inkişafının payına düşüb. O cümlədən bəhs olunan aylarda verilmiş güzəştli kreditlərdə regionların payı ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Belə ki, verilmiş kreditlərin 99%-dən çoxu regionların payına düşür.
Xarici şirkətlər üçün cəlbediciliyin artması
Respublikamızda biznes mühitinin optimallaşdırılmasından söhbət açarkən investisiya cəlbediciliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlərin də önəmini xüsusi qeyd etmək lazımdır. Məhz belə tədbirlərin nəticəsidir ki, respublikamıza xarici mənbələrdən investisiya qoyuluşu getdikcə artır. Xarici şirkətlər ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrinə investisiyalar yönəltməyə böyük maraq göstərirlər. Prezident İlham Əliyev Azərbaycan-Litva biznes forumundakı çıxışında ölkəmizdə əlverişli biznes mühiti formalaşdığına diqqət çəkərək bildirib: “Düşünürəm ki, Azərbaycanda biznes mühiti investorlar üçün əlverişlidir. Biz 10 milyardlarla birbaşa xarici investisiyadan məmnunuq. Xarici şirkətlərin sərmayə portfelinin şaxələndirilməsi də çox vacibdir”.
Xəbər verildiyi kimi, bu günlərdə “Aİ-Azərbaycan Biznes Mühiti Hesabatı 2021” sənədi təqdim olunub. Bu sənəd Azərbaycanda xarici investorların müxtəlif sahələrdə öz fəaliyyətlərini qurmaları üçün hər cür imkanlar olduğu barədə konkret təsəvvür yaradır. Təqdim olunan sənədin hazırlanması məqsədilə keçirilən sorğuda 24 ölkənin Azərbaycandakı şirkətləri qatılıb. Bildirildiyi kimi, bu şirkətlər 19 fəaliyyət sahəsini əhatə edir. Hesabata əsasən, sorğuda iştirak edən şirkətlərin 80 faizi Azərbaycanı yenidən partnyor kimi seçməkdə maraqlı olduqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30

