Prezidentin tapşırığı ilə...
04.03.2022 [09:51]
Hökumət üzvləri Qarabağda
Mübariz ABDULLAYEV
Respublikamızda 2030-cu ilədək olan dövrü əhatə edəcək strateji mərhələ üçün müəyyənləşdirilən beş milli prioritetdən biri 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ərazilərə Böyük Qayıdışın təmin edilməsi ilə bağlıdır. Müharibə başa çatdıqdan sonra işğaldan azad edilmiş ərazilərdə intensiv şəkildə reallaşdırılan bərpa layihələrinə istinadən deyə bilərik ki, o gün uzaqda deyil. Bərpa işləri müvafiq qurumlar tərəfindən koordinasiyalı şəkildə həyata keçirilir. Elə bu günlərdə Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərə səfərə gedərək burada görülən işlərlə tanış olublar.
İnfrastruktur quruculuğu
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bəhs olunan ərazilərdə bərpa işlərinə burada zəruri infrastrukturun yaradılması ilə start verilib. Çünki bunsuz həmin ərazilərə Böyük Qayıdışı təmin etmək mümkün deyil. İndiyədək görülən işlərin miqyası kifayət qədər böyükdür. Prezident İlham Əliyev qarşıya 2021-ci ildə işğaldan azad olunmuş ərazilərin elektrik enerjisi ilə təchizatı sisteminin tam şəkildə qurulması ilə bağlı mühüm vəzifə qoymuşdu. Bu vəzifə artıq yerinə yetirilib. 2021-ci ildə dövlət başçısının iştirakı ilə işğaldan azad olunan ərazilərdə bir neçə elektrik stansiyasının açılışı baş tutdu. Dövlət başçısı sözügedən əraziləri “yaşıl enerji” zonası elan edib. Bəhs olunan səfər çərçivəsində “Azərenerji”nin Füzulidəki elektrik stansiyasına baxış keçirilib. “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev Qarabağ və Şərqi Zəngəzur regionunun mövcud və 2022-2026-cı illər üzrə perspektiv elektrik təchizat sxemi ilə bağlı ətraflı məlumat verib.
İşğaldan azad olunan ərazilərdə zəruri infrastruktur quruculuğunun mühüm bir istiqamətini dağıdılmış yolların bərpası və yenilərinin inşası təşkil edir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən 2021-ci il ərzində ümumi uzunluğu 1516.3 km təşkil edən 15 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri həyata keçirilib. Səfər zamanı nümayəndə heyətinin üzvləri Əhmədbəyli-Horadiz-Mincivan-Ağdərə avtomobil yolunda görülən işlərlə tanış olublar. Eyni zamanda, Horadiz-Cəbrayıl-Mincivan-Ağbənd avtomobil yolunda aparılan minatəmizləmə işlərinə baxış keçirilib.
Böyük Qayıdışın ilk məntəqəsi
İşğaldan azad olunmuş ərazilərdə yaşayış məntəqələrinin bərpası istiqamətində də layihələr uğurla icra edilir. Yaşayış məntəqələrinin bərpası “Ağıllı kənd” və “Ağıllı şəhər” konseptinə əsaslanır. İşğaldan azad olunmuş ərazilərimizdə yaşayış məntəqələrinin müasir yanaşmalar əsasında bərpası istiqamətində ilk pilot layihənin icrası Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılır. Pilot layihə Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası əsasən, 5 komponent üzrə aparılır. Bunlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Artıq Zəngilan rayonunun Ağalı kəndində ilk “Ağıllı kənd” layihəsinin icrası tamamlanmaq üzrədir. Növbəti belə pilot layihənin icrası isə Füzuli rayonunun ərazisində həyata keçiriləcək. Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Zəngilanda “Ağıllı kənd” ilə də tanış olublar. Kənd təsərrüfatı naziri İnam Kərimov diqqətə çatdırıb ki, bu kənd azad edilmiş ərazilərə qayıdışın ilk məntəqəsi olacaq.
Xəbər lenti
Hamısına baxSosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30

