Aksizli məhsullar bazarında yeni imkanlar və perspektivlər
18.08.2020 [19:35]
Azərbaycan iqtisadiyyatı son illər yeni çağırışlar üzrə formalaşıb. Kölgə iqtisadiyyatının qarşısının alınması, şəffaflaşma və ağarma müxtəlif sektorlar üzrə inkişafı təmin edib. Bu istiqamətdə görülən işlər spirtli içkilər və tütün bazarına da təsir edib.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, spirtli içkilər bazarı uzun müddət ikili mühasibatlıq, gəlirlərin gizlədilməsi və uçotdan yayınma hallarının ən geniş yayıldığı sahə olub. 2018-ci ildən etibarən sahibkarlıq subyektlərinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən fəaliyyətinin şəffaflaşdırılmasına yönələn çağırışlar, maarifləndirmə, nəzarət tədbirlərinin gücləndirilməsi və bazarın tənzimlənməsi üçün sivil alətlərin tətbiqi burada əsaslı dəyişikliklər yaradıb. Hazırda bu bazar iqtisadi çağırışların təmin olunmasına adekvat cavab verən sahəyə çevrilir və kölgədən işığa doğru əsaslı sürətdə dəyişir.
Dövlət Vergi Xidməti tərəfindən aksizli malların istehsalı və dövriyyəsi sahəsində həyata keçirilən tədbirlər nəticəsində bu sektor üzrə vergi daxilolmalarında yüksək artım dinamikası müşahidə olunur. Alkoqollu içki, tütün məmulatlarının istehsalı və idxalı ilə məşğul olan vergiödəyicilərinin ümumi vergi ödənişləri 2017-ci ildə 126,6 milyon manat, 2018-ci ildə 179,7 milyon manat, 2019-cu ildə 338,5 milyon manat, cari ilin 6 ayı ərzində isə 278,4 milyon manat olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə ödəmələr üzrə 166,3 milyon manat, faiz nisbəti ilə isə 148 faiz artımın olduğu deməkdir.
Müqayisə üçün təkcə aksiz vergisi üzrə daxilolmalar 2017-ci ildə 22,4 milyon manat, 2018-ci ildə 48,4 milyon manat, 2019-cu ildə 197,4 milyon manat, cari ilin 6 ayında isə 164,3 milyon manat olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 105,9 milyon manat, faiz nisbəti ilə isə 181 faiz artımın olduğu deməkdir.
Vergiödəyicilərinin istehsal etdiyi məhsulların həcmi üzrə də bu artımı aydın şəkildə görmək mümkündür. 2020-ci ilin altı ayı üzrə təhlillər onu göstərir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə tütün məhsullarının istehsalı 48,5 faiz, pivə istehsalı 4,2 faiz artıb. Müvafiq olaraq qeyd edilən məhsullar üzrə digər vergilərlə yanaşı aksiz vergisi üzrə də ödənişlər artıb.
Pandemiya dövründə ictimai-iaşə obyektlərinin bağlı olmasına baxmayaraq, istehsal edilmiş pivənin həcmi ötən dövrlə müqayisədə 1,004 min litr çox olub. Pivə istehsalçıları tərəfindən məhsullar iri ticarət şəbəkələrində hazır qablaşdırılmış məhsullarla yanaşı süzülmə üsulu ilə də istehlakçılara təqdim edilməsi nəticəsində mümkün olub.
Azərbaycanda yeni iqtisadi siyasətin əsas istiqamətlərindən biri idxaldan asılılığın azaldılması və yerli istehsalın artırılmasıdır. Tütün və spirtli içki istehsalı üzrə bu istiqamətdə də əhəmiyyətli irəliləyişlər var. Bu sahədə yerli istehsal müəssisələrinin fəaliyyət göstərməsi yaxşı nəticələr verib. Belə ki, 2018-ci ildən Sumqayıt Kimya Sənaye Parkında “Tabaterra” QSC tütün məmulatları istehsalı fabriki işə başlayıb. 14 milyard ədəd siqaret həcmində ümumi illik istehsal gücünə malik fabrikin 8 istehsal xətti var və hazırda burada 74 növ siqaret istehsal edilir.
İstehsalın artması idxal məhsullarına tələbatı azaldıb. Üstəlik yerli istehsal sahələrinin inkişafı daxili resurslardan səmərəli istifadəyə də şərait yaradır. Bu isə sahibkarlara yeni invesitisiya imkanlarından yararlanmaq üçün geniş potensial yaradır.
Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin yüksəldilməsi çərçivəsində qeyri-neft sektorunun inkişafı əsas iqtisadi prioritetlərdəndir. Azərbaycanda yerli istehsalçı şirkətlər tərəfindən ötən ildən pivə istehsalatı üçün xammalın lokallaşdırılmasına məqsədlənən pivə arpasının becərilməsi üzrə pilot layihəyə start verilib.
Ötən il Şəmkir rayonunda, 8,4 hektar ərazidə payızlıq arpa növlərinin seleksiyasında dünya üzrə məşhur şirkətlərdən birinin tədarük etdiyi pivə arpasının 4 növünün sınaq əkini həyata keçirilib. Test əkininin əsas məqsədi yerli şərtlərdə sınaqların keçirilməsi yolu ilə bu növlərin potensial məhsuldarlığı, pivə istehsalı məqsədləri üçün yararlılığı baxımından keyfiyyət göstəricilərinin uyğunluğunun təyin olunmasından ibarətdir. Pivəlik arpa yığımı bu il baş tutub və nümunələr pivə istehsalı standartlarına uyğunluğunun təyin olunması üçün laboratoriyalara göndərilib. Laboratoriyada əldə edilən ilkin nəticələrə görə, arpa növlərindən 2-si Azərbaycanın iqlim şəraitində yüksək məhsuldarlıq verib və onların yararlı olması təsdiqlənib. Hazırda Azərbaycanın əlverişli coğrafi mövqeyinə əsaslanaraq yerli və idxal edilmiş pivə arpasının ölkəmizdə emal edilərək Yaxın Şərq və Orta Asiyaya çatdırılması üçün emal zavodunun tikilməsi dəyərləndirilir.
Biznes üçün yaradılmış əlverişli şərait, yerli istehsala yönələn layihələrin reallaşdırılması emal müəssisələrinin xammala olan tələbatının daxili istehsal hesabına ödənilməsinə, bölgələrin aqrar-sənaye potensialının artırılmasına, xüsusilə regionlarda yaşayan əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına mühüm töhfə verəcək. Bu isə kənd təsərrüfatının imkanlarından səmərəli istifadə, yerli məhsulların rəqabət qabiliyyətlinin artırılması, məşğulluğun təmin edilməsi və nəticədə iqtisadi aktivliyin genişlənməsidir.
Xəbər lenti
Hamısına baxDünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36
Hadisə
23 Sentyabr 16:35
YAP xəbərləri
23 Sentyabr 16:20
İqtisadiyyat
23 Sentyabr 16:19
Formula 1
23 Sentyabr 15:54
İqtisadiyyat
23 Sentyabr 15:43
Sosial
23 Sentyabr 15:32
Hadisə
23 Sentyabr 15:22
Sosial
23 Sentyabr 15:20
İqtisadiyyat
23 Sentyabr 14:58
İdman
23 Sentyabr 14:33
Dünya
23 Sentyabr 14:10
Dünya
23 Sentyabr 13:56
İdman
23 Sentyabr 13:44
İqtisadiyyat
23 Sentyabr 13:18
Sosial
23 Sentyabr 13:11
Gündəm
23 Sentyabr 13:03
Gündəm
23 Sentyabr 12:40
Formula 1
23 Sentyabr 12:25
Gündəm
23 Sentyabr 12:19
Dünya
23 Sentyabr 12:08
Dünya
23 Sentyabr 12:00
Siyasət
23 Sentyabr 11:45
Elm
23 Sentyabr 11:43
Dünya
23 Sentyabr 11:41
İqtisadiyyat
23 Sentyabr 11:39
Hadisə
23 Sentyabr 11:38
İqtisadiyyat
23 Sentyabr 11:33
İqtisadiyyat
23 Sentyabr 11:32
Siyasət
23 Sentyabr 11:31
Gündəm
23 Sentyabr 11:29
YAP xəbərləri
23 Sentyabr 11:28
İqtisadiyyat
23 Sentyabr 11:26
Gündəm
23 Sentyabr 11:25
Sosial
23 Sentyabr 11:22
Elm
23 Sentyabr 11:22
İqtisadiyyat
23 Sentyabr 11:19
Mədəniyyət
23 Sentyabr 10:56
İqtisadiyyat
23 Sentyabr 10:52
İqtisadiyyat
23 Sentyabr 10:47
İqtisadiyyat
23 Sentyabr 10:45
Gündəm
23 Sentyabr 10:37
Dünya
23 Sentyabr 10:34
İqtisadiyyat
23 Sentyabr 10:28
İqtisadiyyat
23 Sentyabr 10:26
Sosial
23 Sentyabr 10:25
Sosial
23 Sentyabr 10:24
Analitik
23 Sentyabr 09:40
Analitik
23 Sentyabr 09:17
Elm
23 Sentyabr 08:59
Sosial
23 Sentyabr 08:37
Gündəm
23 Sentyabr 08:14
Dünya
22 Sentyabr 23:34
İqtisadiyyat
22 Sentyabr 23:12

