/ / SOCAR AQŞ və China CAMC Engineering Co., Ltd. - IC İçtaş Construction Industries & Trade Inc. “Duz Gölü yeraltı qaz anbarının genişləndirilməsi” layihəsi üzrə qazma müqaviləsi imzalayıblar
SOCAR AQŞ və China CAMC Engineering Co., Ltd. - IC İçtaş Construction Industries & Trade Inc. “Duz Gölü yeraltı qaz anbarının genişləndirilməsi” layihəsi üzrə qazma müqaviləsi imzalayıblar
19.10.2019 [09:34]
İnteqrə olunmuş qazma xidmətləri müqaviləsi Türkiyədəki Duz Gölü yeraltı qaz anbarının genişləndirilməsi məqsədi ilə 40 quyunun qazılmasını nəzərdə tutur
SOCAR AQŞ və China CAMC Engineering Co., Ltd. - IC İçtaş Construction Industries & Trade Inc. birgə müəssisəsi “Duz Gölü yeraltı qaz anbarının genişləndirilməsi” layihəsi çərçivəsində qazma müqaviləsi imzalayıblar. Müqaviləyə əsasən, SOCAR AQŞ Türkiyənin Aksaray vilayətinin Duz Gölü bölgəsində 40 quyu qazaraq sifarişçiyə təhvil verəcək. Müqavilənin təxmini dəyəri 100 milyon ABŞ dolları civarındadır.
İC İçtaş şirkətinin Baş direktoru Murat Mehmet Kurtuluş bildirib: “Bugünkü imzalama mərasimi iki şirkət və nəticə etibarı ilə iki ölkə arasında əməkdaşlığın genişlənməsinə yeni təkan verir. Duz Gölü yeraltı qaz anbarının genişləndirilməsi Türkiyənin təbii qaza olan tələbatının ödənilməsi üçün vacibdir və SOCAR AQŞ bu missiyanın uğurla yerinə yetirilməsinə öz töhfəsini verəcəkdir”.
SOCAR AQŞ-nin Baş direktoru Ramin İsayev qeyd edib: “SOCAR AQŞ bu vacib layihə üzrə China CAMC Engineering Co., Ltd. - IC İçtaş Construction Industries & Trade Inc. şirkəti ilə əməkdaşlıq etməyi yüksək qiymətləndirir. Müəssisəmiz bütün potensial və imkanlarını cəlb edərək biznes tərəfdaşlarımız və bütün maraqlı tərəflərlə sıx əməkdaşlıq çərçivəsində bu layihəni Türkiyə, sifarişçimiz və SOCAR AQŞ üçün müvəffəqiyyətlə yekunlaşdıracaq!”.
Türkiyədə quruda qazma bazarında özünə layiqli yer tutan ilk milli müəssisə-SOCAR AQŞ Azərbaycan qazma sahəsinin 150 ildən çox zəngin tarixinə söykənərək bu layihənin icrası zamanı gənc türk mütəxəssislərinin bilik və bacarıqlarının artırılmasına da öz töhfəsini verəcəkdir.
Qeyd edək ki, SOCAR AQŞ 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) və Abşeron Qazma Şirkətinin təsis etdiyi və kompleks qazma və quyu xidmətləri göstərən müştərək müəssisədir. Şirkətin göstərdiyi xidmət sahəsinə neft və qaz quyularının qazılması, quyuların layihələndirilməsi və planlaşdırılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin və çoxşaxəli quyuların qazılması kimi fəaliyyətlər daxildir. Bundan başqa, şirkət təchizat sistemlərinin, anbar təsərrüfatının və digər əlaqəli xidmətlərin idarə olunması sahəsində də zəngin təcrübəyə malikdir.
Hazırda SOCAR AQŞ Xəzərdə 4 neft və qaz yatağında, o cümlədən dayazsulu “Günəşli”, “Qərbi Abşeron”, “Ümid” və “Bulla” yataqlarında mövcud olan 5 platformada 6 qazma qurğusu vasitəsilə qazma işlərini aparır.
Şirkətdə 1112 əməkdaş çalışır, onların da tam əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. SOCAR AQŞ Ukrayna və Banqladeşdə fəaliyyət coğrafiyasını genişləndirməklə müvafiq müqavilələr üzrə nəzərdə tutulan işlərin icrasını uğurla həyata keçirir. 2009-cu ildən etibarən şirkət Qazma Podratçılarının Beynəlxalq Assosiasiyasının (International Association of Drilling Contractors, IADC) üzvüdür. SOCAR AQŞ inteqrə olunmuş qazma və quyu xidmətlərinin göstərilməsi sahəsində API Spec Q2- Keyfiyyət İdarəetmə Sisteminin standartının tələblərinə uyğun sertifikat ilə təltif olunmuşdur. SOCAR AQŞ regionda API Spec Q2 sertifikatı ilə təltif olunmuş ilk və yeganə qazma müəssisəsidir. SOCAR AQŞ 2018-ci ilin noyabr ayında BMT Qlobal Sazişinə qoşulub. Müəssisənin səhmdarları SOCAR, Nobel Oil Services və Abşeron Qazma MMC-dir.
IC İbrahim Çeçen Yatırım Holdinq A.Ş-nin lokomotiv şirkəti olan IC İÇTAŞ CONSTRUCTION öz 50 illik təcrübəsi ilə yerli və beynəlxalq makromiqyaslı layihələr üçün öncül hesab edilən, Türkiyə və beynəlxalq şirkətlər arasında ön sırada yer alan qabaqcıl şirkətdir. 1969-cu ildə yarandığı gündən bəri IC İÇTAŞ CONSTRUCTION hava limanı tikintisi, liman və donanma tikintisi, sürətli qatar layihələri, yol və körpü tikintisi, yüksək həcmli elektrik stansiyaları, mütəhərrik binalar, biznes mərkəzləri, turizm obyektləri, suvarma sistemi qurulması, ictimai binalar, mənzillər, tibb müəssisələri, universitet və məktəb binaları kimi bir çox layihələri müvəffəqiyyətlə başa çatdırıb. Tikinti layihələrinə əlavə olaraq, şirkət dəniz limanları və donanma əməliyyatlarında da öz fəaliyyətini uğurla davam etdirir. IC İÇTAŞ CONSTRUCTION enerji sektorundakı öz investisiyaları ilə elektrik enerjisinin istehsal və paylanma sahələrində də fəal bir iştirakçıdır.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

