Bakıda ticarətin asanlaşdırılması mövzusunda seminar keçirilir
16.01.2019 [10:02]
Yanvarın 15-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakıdakı Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Ümumdünya Ticarət Təşkilatının “Ticarətin Asanlaşdırılması Sazişi”nin gömrüklə bağlı müddəalarının tətbiqinə dair” subregional seminar işə başlayıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (MARİƏ) çərçivəsində təşkil olunan tədbirdə Azərbaycan, Gürcüstan və Qazaxıstan gömrük xidmətlərinin, eləcə də Azərbaycanın İqtisadiyyat Nazirliyi, Ümumdünya Gömrük Təşkilatı, MARİƏ, BMT və Ümumdünya Ticarət Təşkilatının nümayəndələri iştirak edir.
Seminarın açılışında Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya, iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov iştirak edib.
S.Mehdiyev dünyada baş verən iqtisadi proseslərin, ticarət zəncirindəki dəyişiklikərin fonunda ticarətin asanlaşdırılması ilə bağlı sazişin gömrük müddəalarından irəli gələn məsələlərin müzakirəsinin böyük önəm daşıdığını diqqətə çatdırıb. Komitə sədri ticarətin asanlaşdırılması məsələlərinin həlli zamanı gömrük nəzarətinin effektivliyinin artırılması, gömrük əməkdaşlarının potensialının gücləndirilməsi və təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, ticarətin asanlaşdırılması sərhədkeçmə proseslərinin sürətləndirilməsindən, prosedurların sadələşdirilməsindən, sərhəddə fəaliyyət göstərən qurumlar arasındakı əməkdaşlığın gücləndirilməsindən və Səlahiyyətli İqtisadi Operator (SİO) institutlarının səmərəli fəaliyyətindən çox asılıdır.
Azərbaycan Gömrük Xidmətinin bu sahədə atdığı addımlar barədə də danışan S.Mehdiyev bildirib ki, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində formalaşan və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən innovativ islahatlar nəticəsində dünya gömrük ailəsinin etibarlı tərəfdaşına çevrilən gömrük orqanları hər zaman müasir tətbiqlərin və layihələrin reallaşdırılmasına xüsusi önəm verir. Komitə sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə tranzitin gücləndirilməsi, logistik imkanların inkişaf etdirilməsi, yeni nəqliyyat dəhlizlərinin formalaşdırılması, müasir qanunvericilik bazasının hazırlanması və gömrük sistemində ticarətin asanlaşdırılmasına xidmət edən layihələrin həyata keçirilməsindən bəhs edib və görülən işlərin ticarətin asanlaşdırılmasına mühüm töhfə verdiyini bildirib.
Qeyd edib ki, görülən işlər bütün sahələrdə olduğu kimi, gömrük sistemində də vətəndaş-məmur təmasının minimuma endirilməsinə, şəffaflığın təmin olunmasına, biznes mühitinin dinamik inkişafına, könüllü riayət mədəniyyətinin formalaşmasına münbit zəmin yaradıb. Komitə sədri bu il fevralın 1-dən “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi, sistemin ticarətin asanlaşdırılması, gömrük işinin səmərəli təşkili sahəsindəki faydaları barədə də danışıb, seminarın asan və sürətli ticarətin təmin olunması işinə töhfə verəcəyinə əminliyini ifadə edib.
ÜGT-nin baş katibi K.Mikuriya Azərbaycanda gömrüyün modernləşdirilməsi istiqamətində ortaya qoyulan siyasi iradənin təqdirəlayiq olduğunu vurğulayıb. Azərbaycan gömrük sistemində həyata keçirilən islahatlar və yeniliklərdən bəhs edən baş katib şəffaflığın təmin olunması, korrupsiya ilə mübarizə, kağızsız ticarət, informasiya texnologiyalarının tətbiqi, vətəndaş-məmur təmasının minimuma endirilməsi, prosedurların sadələşdirilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunduğunu deyib. O, əvvəlcədən elektron şəkildə əldə edilən məlumatlar əsasında gömrük nəzarəti və rəsmiləşdirilməsinin təşkili prosesindəki yeni yanaşmaların da ticarətin asanlaşdırılmasına, gömrük işinin səmərəli təşkilinə fayda verəcəyini bildirib. Baş katib Azərbaycanda tranzitin inkişafı ilə bağlı görülən işlərdən də bəhs edib.
O, seminarın ticarətin asanlaşdırılmasına dair məlumatlandırma ilə yanaşı, nümunəvi təcrübələrin mübadiləsi baxımından da səmərəli platforma olduğunu bildirib.
İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov qloballaşan dünyada ticarətin asanlaşdırılmasının vacib məsələlərdən biri olduğunu, həm müvafiq beynəlxalq təşkilatların, həm də ölkələrin bu istiqamətdə mühüm islahatlar apardığını, yeniliklər tətbiq etdiyini diqqətə çatdırıb. Nazir müavini Azərbaycanın bu sahədə kompleks yanaşma tətbiq etdiyini, ixracın təşviq edilməsi, ticarətin asanlaşdırılması, nəqliyyat və logistika sahəsində səmərəli layihələr həyata keçirdiyini bildirib.
Çıxış edənlər seminarın əhəmiyyətindən danışıblar.
Seminarda Ümumdünya Ticarət Təşkilatının Ticarətin Asanlaşdırılması Sazişinin gömrük müddəalarından irəli gələn məsələlərin tətbiqi, Azərbaycan Respublikasının Ticarətin Asanlaşdırılması Sazişi üzrə Məsləhətçi Komitəsi üçün texniki tapşırığın və ilkin fəaliyyət planının hazırlanması, Gürcüstan və Qazaxıstan respublikalarına dair Ticarətin Asanlaşdırılması Sazişi üzrə fəaliyyət planına yenidən baxılması, Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının üzv ölkələri arasında əlaqələndirilmiş sərhəd idarəçiliyi və tranzit rejimlərinin səmərəli tətbiqi üçün seçim və imkanların daha yaxşı öyrənilməsi məsələləri müzakirə edilir. Yanvarın 16-dək davam edəcək seminarın növbəti günündə Ümumdünya Ticarət Təşkilatı Ümumdünya Gömrük Təşkilatı, BMT və Çin Gömrük Administrasiyasının mütəxəssisləri və iştirakçı ölkələrin ekspertləri Ticarətin Asanlaşdırılması Sazişinin gömrüklə bağlı müddəaları, Azərbaycan Respublikasının qanunvericilik bazasının Ticarətin Asanlaşdırılması Sazişinin müddəaları ilə harmoniyası, Ticarətin Asanlaşdırılması Sazişi üzrə Milli Komitənin ilkin fəaliyyət planının formalaşdırılması, Ticarətin Asanlaşdırılması Prinsiplərinin tətbiqi üzrə Yol Xəritəsi, Səlahiyyətli İqtisadi Operatorlar, sərhədlərin əlaqələndirilmiş idarə olunması/birgə gömrük nəzarəti və digər mövzularda təqdimatlarla çıxış edəcək, müzakirələr aparılacaq.
Xəbər lenti
Hamısına baxDünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
Gündəm
01 İyun 16:09
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19

