Masallı Dövlət Aqrar İnkişaf Mərkəzi fermerlərə xidmət göstərməyə başlayıb
28.11.2018 [09:59]
Noyabrın 27-də Masallı Dövlət Aqrar İnkişaf Mərkəzində media üçün təqdimat keçirilib. Əvvəlcə kənd təsərrüfatı naziri İnam Kərimov mərkəzdə yaradılan şəraitlə tanış olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 31 iyul tarixli Fərmanı ilə rayon və şəhər kənd təsərrüfatı idarələri əsasında Dövlət Aqrar İnkişaf mərkəzləri (DAİM) yaradılıb. DAİM-lərin yaradılmasında məqsəd Kənd Təsərrüfatı Nazirliyinin yerli bölmələrinin vahid mərkəzdən idarə olunmasını təşkil etmək, fermerlərlə işi gücləndirmək, elektron xidmətlər və innovativ texnologiyadan istifadə ilə bağlı maarifləndirmə işləri aparmaqdır.
Dövlət Aqrar İnkişaf Mərkəzlərinin yaradılması ilə ölkədə aqrar islahatların yeni mərhələsi başlayıb. DAİM-in yaradılması aqrar sektorda xidmətlərin göstərilməsində bir sıra üstünlüklər yaradır. Bu üstünlüklərdən “vahid pəncərə” prinsipinin tətbiqini, şəffaflığın artırılmasını, fermerlərlə əlaqələrin qurulması mexanizminin təkmilləşməsini qeyd etmək olar. Bundan başqa, Dövlət Aqrar İnkişaf mərkəzlərinin nəzdində Fermer və Koordinasiya şuraları da yaradılır. Bu Şuralar fermerlər və fermer assosiasiyalarının təmsilçilərindən təşkil olunur. Şuraların əsas vəzifələri problemləri öyrənmək, onların aradan qaldırılmasına kömək etmək, ictimai nəzarəti həyata keçirmək, subsidiyaların verilməsində şəffaflığı təmin etmək, aqrar sahənin inkişafı ilə bağlı təkliflər verməkdən ibarətdir. Fermer və Koordinasiya şuraları mövcud problemləri və onların həll yollarını müəyyən etmək üçün fermerlər arasında mütəmadi sosioloji rəy sorğuları keçirəcək.
Tanışlıq zamanı bildirilib ki, Masallı Dövlət Aqrar İnkişaf Mərkəzində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və onun tabeli qurumları (Baş Dövlət Texniki Nəzarət Xidməti, Dövlət Baytarlıq Xidməti, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti, Fitosanitar Xidməti) tərəfindən bitkiçilik, heyvandarlıq və texniki nəzarət xidmətləri üzrə 68 növ xidmət göstərilir.
Mərkəzin 52 əməkdaşı var. Üç mərtəbə və zirzəmidən ibarət olan binada 35 iş otağı, mətbəx, məişət otağı, təlim mərkəzi və iclas zalı var.
Burada diaqnostik və bakterioloji laboratoriyalar və mərkəz fəaliyyət göstərir. Lənkəran Aqrokimya Laboratoriyasının Masallı rayonu üzrə baş aqrokimyaçısı mərkəzdə əkinəyararlı torpaqların aqrokimyəvi tədqiqatlarını, pasportlaşdırılmasını və kartoqramların hazırlanmasını həyata keçirir, Lənkəran Toxum Sertifikatlaşdırma Laboratoriyasının Masallı rayonu üzrə baş aqronomu isə toxumluq əkinlərin aprobasiyasını təşkil edir, toxumların keyfiyyət göstəricilərini müəyyənləşdirir və sertifikatlaşdırma aparır. Masallı Bitki Mühafizə Mərkəzi rayon ərazisində kənd təsərrüfatı bitkilərinin zərərverici, xəstəlik və alaq otlarına qarşı mübarizə tədbirlərinin aparılması, xüsusi təhlükəli zərərvericilərə, karantin zərərvericilərinə, xəstəlik və alaq otlarına qarşı müşahidə və mübarizə tədbirləri görür.
Masallı rayon Baytarlıq İdarəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən epizootik tədbirlər planında nəzərdə tutulmuş, dövlət büdcəsindən maliyyələşən xəstəliklərə (qarayara, quduzluq, dabaq, leptosprioz, qoyunların çiçək xəstəlikləri, bruselyoz REV-1, Brudols19, quşların Nyukasl xəstəliyi, qara-malın nodulyar dermatit xəstəliyi) qarşı profilaktik peyvəndləmələr və diaqnostik müayinələr aparır. Bundan başqa, rayon Baytarlıq İdarəsi heyvan sahiblərinin öz vəsaiti hesabına digər profilaktik peyvəndləmələr, diaqnostik müayinələr, obyektin dezinfeksiyası, dezinseksiyası, deratizasiyası və heyvanların müalicəsini həyata keçirir.
Baş Dövlət Texniki Nəzarət Xidmətinin Cəlilabad Regional Bölməsinin Masallı rayonu üzrə baş məsləhətçisi tərəfindən isə rayon ərazisində mövcud kənd təsərrüfatı texnikalarının illik texniki baxışı aparılır.
Kənd təsərrüfatı naziri İnam Kərimov Masallı DAİM-lə tanış olduqdan sonra Fermer və Koordinasiya Şurasının iclasında iştirak edib, fermerlərin qarşılaşdıqları problemlərlə maraqlanıb.
Sonra media nümayəndələri Lənkərana səfər ediblər. Səfər çərçivəsində çay plantasiyası, feyxoa, kivi və digər sitrus bağları ilə tanışlıq olub.
Xəbər lenti
Hamısına baxSosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23

