Rusiyalı ekspert: İqtisadiyyat Azərbaycan-Rusiya münasibətlərində mühüm aspekt olacaq
05.09.2018 [09:23]
Xəzər dənizinin statusu haqqında Konvensiyanın imzalanması zamanı prezidentlərimiz arasında Aktaudakı görüşdən cəmi üç həftə sonra həyata keçirilən bu səfər kifayət qədər maraqlıdır. Soçi səfərinin gündəliyi də beştərəfli formatda keçirilən görüşlərdən daha genişdir.
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 1-də Soçiyə səfərinin və Rusiya Prezidenti Vladimir Putinlə aparılan danışıqların yekunlarını şərh edən tanınmış rusiyalı ekspert, Mərkəzi Asiya və Qafqaz Araşdırmaları Mərkəzinin analitik qrupunun rəhbəri Stanislav Pritçin AZƏRTAC-a müsahibəsində səsləndirib.
S.Pritçin deyib: “Əlbəttə, danışıqlar ilk növbədə iqtisadi sahəni əhatə edirdi. Əlamətdar haldır ki, iqtisadi əməkdaşlığa dair sənədlər üçün konkret vaxt - 2024-cü il müəyyən edilib. Bu da o deməkdir ki, tərəflər birgə layihələr, maneələrin aradan qaldırılması və sərmayə proqramlarının həyata keçirilməsi yolu ilə iqtisadi əməkdaşlığın necə canlandırılacağı barədə dəqiq təsəvvürə malikdirlər. “QAZ” markalı avtomobillərin yığılması üzrə istehsalın yaradılması, həmçinin Xəzər dənizinin Azərbaycan sektorundakı yataqlardan birinin birgə işlənməsi irəliyə doğru daha bir addımdır. Yəni, iqtisadiyyat bizim əməkdaşlığın çox müsbət aspektidir və bu kontekstdə gündəlikdə duran məsələlərin dərinliyi və genişliyi postsovet məkanında Azərbaycanı Rusiyanın tərəfdaşları arasında aparıcı mövqelərdən birinə yüksəldir. Həm də nəzərə alaq ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqının üzvü deyil”.
Rusiyalı ekspertin sözlərinə görə, qarşılıqlı ticarət, “Şimal-Cənub” nəqliyyat dəhlizi və digər birgə layihələr üzrə nəzərdə tutulan parametrlər ən yaxın zamanda Rusiyanın Azərbaycandakı yeni səfirinin də iştirakı ilə həyata keçiriləcək. “İqtisadiyyat ikitərəfli münasibətlərin çox mühüm aspekti, dövlətlərimiz arasında mehriban qonşuluq və strateji əməkdaşlığın rəhni olacaq”, - deyə S.Pritçin fikirlərini yekunlaşdırıb.
Xəbər lenti
Hamısına baxSosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30

