Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / İlin birinci yarısında büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar artıb

İlin birinci yarısında büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar artıb

31.08.2018 [09:04]

Fiziki şəxslərin gəlir vergisinin kəsirlə icra edilməsi orta aylıq gəlirlərin və əməkhaqqı səviyyəsinin artımı fonunda müşahidə edilib. Bu vergi növünün tərkibində yalnız büdcə təşkilatlarında işləyənlərin muzdlu işlə əlaqədar əldə etdikləri gəlirlərindən gəlir vergisi üzrə proqnoz göstəricilərinə nail olunub, 112 faiz səviyyəsində icra edilib.
Hesablama Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əlavə dəyər vergisinin (ƏDV) tərkibində hesabat dövrü üçün proqnozlaşdırılmış məbləğ yalnız Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə ƏDV üzrə artıqlaması ilə icra edilib, digər istiqamətlər üzrə proqnoz göstəricilərinə nail olunmayıb.
Cari ilin birinci yarısında 2017-ci ilin eyni dövrü ilə müqayisədə büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 24357,4 min manat və ya 22,3 faiz, məqsədli büdcə fondlarının daxilolmaları 43195,1 min manat və ya 15 dəfə artıb, sair daxilolmalar isə 21194,3 min manat və ya 59 faiz azalıb.
Xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalarla bağlı 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş proqnoz 0,3 faiz səviyyəsində icra olunub.
Yarım ildə 2017-ci ilin eyni dövrü ilə müqayisədə 1495 sayda və 33,3 faiz çox satınalma keçirilib, icra edilmiş vəsaitin məbləği isə 638,4 milyon manat və ya 27,5 faiz çox olub.
Hesablama Palatasına təqdim edilmiş hesabatlara əsasən, ötən il dekabrın 31-i ilə müqayisədə cari ilin 6 ayı ərzində debitor borcların məbləğində artım olub, ötən ilin sonuna mövcud olan borc 32,9 faiz artıb. Debitor borclarda hesabat dövründə müşahidə edilən artım məbləği müvafiq dövrdə icra edilmiş büdcə xərclərinin 7,3 faizinə bərabərdir.
Özəlləşdirilmədən daxilolmalar üzrə vaxtı çatmış (hesablanmış), lakin dövlət büdcəsinə ödənilməmiş vəsaitlər üzrə qalıqlar bu il yanvarın 1-nə 16531,9 min manat olub, iyulun 1-nə isə ilin əvvəli ilə müqayisədə 10636,3 min manat artaraq 27168,2 min manat təşkil edib.

Paylaş:
Baxılıb: 832 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30