/ / Vüqar Rəhimzadə: Azərbaycan regionda lider dövlət kimi qlobal layihələrin əsas təşəbbüskarı və iştirakçısı qismində çıxış edir
Vüqar Rəhimzadə: Azərbaycan regionda lider dövlət kimi qlobal layihələrin əsas təşəbbüskarı və iştirakçısı qismində çıxış edir
01.06.2018 [08:53]
Azərbaycan bu gün regionda lider dövlət kimi qlobal layihələrin əsas təşəbbüskarı və iştirakçısı qismində çıxış edir. Bu mənada enerji layihələrini xüsusi olaraq qeyd etmək gərəkdir. 1994-cü il sentyabrın 20-də təməli Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan “Əsrin müqaviləsi” Azərbaycanın maliyyə imkanlarının daha da artması, ümumilikdə gələcək inkişafı üçün böyük imkanlar açdı. Bu layihənin nəticəsi olaraq, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum əsas ixrac boru kəmərləri tikilib istifadəyə verildi. Bununla da ölkəmiz şaxələndirmə siyasətini uğurla həyata keçirərək, öz enerji resurslarının ixracı sahəsində geniş imkanlar qazandı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
V.Rəhimzadə qeyd edib ki, “Əsrin müqaviləsi”nin imzalanması müasir Azərbaycan tarixinin əsas məqamlarından birini təşkil edir. Məhz “Əsrin müqaviləsi” XX əsrin 90-cı illərinin əvvəllərində çox ağır günlərini yaşayan, müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə dayanan ölkəmizin gələcəyinə işıq saldı. Bundan sonra uzun illər bu sənədin icrası nəticəsində ölkəmiz siyasi və iqtisadi cəhətdən gücləndi, qüdrətləndi. Tam mübaliğəsiz deyə bilərik ki, bu gün müstəqil Azərbaycan “Əsrin müqaviləsi”nin uğurlarını yaşayır və keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Müəllifi Ümummilli liderimiz Heydər Əliyev olan yeni neft strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 15 ildə iqtisadiyyatın neft-qaz sektoru daha da inkişaf edib, böyük uğurlar qazanılıb. Bu uğurlardan ən önəmlisi Trans-Anadolu qaz boru kəməridir (TANAP) desək, yanılmarıq. 2012-ci ildə Türkiyə və Azərbaycan TANAP-ın tikintisi ilə bağlı razılığa gəldi. Bəli, TANAP layihəsi də tarixi bir hadisədir. Bu kəmərin tikintisi ilə bağlı razılığın əldə olunmasından sonra XXI əsrin layihəsi adlandırılan Cənub Qaz Dəhlizinin konturları göründü. Qeyd edək ki, TANAP-ın tikintisi artıq tarixi zərurətə çevrilmişdi. Çünki ölkəmiz 1,2 trilyon kubmetr təbii qaz ehtiyatına malik “Şahdəniz” yatağından hasil ediləcək qazın Avropa bazarına ötürülməsini təmin etməli idi. Nəhayət, 2015-ci ildə Türkiyədə Cənub Qaz Dəhlizinin mühüm seqmenti olan TANAP-ın əsası qoyuldu, Azərbaycan və Türkiyənin enerji sahəsində əməkdaşlığı daha da genişləndi və möhkəmləndi.
Baş redaktor qeyd edib ki, bir vaxtlar “Əsrin müqaviləsi” çoxlarına əfsanə kimi görünsə də reallığa çevrilib və Azərbaycanın nə qədər güclü, təşəbbüskar ölkə olduğu bir daha bütün dünyaya bəlli olub: “Qeyd etdiyimiz kimi, XXI əsrin layihəsi adlandırılan Cənub Qaz Dəhlizi haqqında da ilk vaxtlar sadəcə fikir, layihə olaraq danışılırdı. Lakin 2014-cü ildə bir daha ölkəmiz öz qətiyyətini, təşəbbüskarlığını, gücünü ortaya qoydu. Məhz “Əsrin müqaviləsi”nin 20-ci ildönümü ərəfəsində bu meqalayihənin əsası qoyuldu. Təntənəli mərasimdə çıxış edən möhtərəm Prezidentimiz, xarici ölkələrin dövlət və hökumət başçıları, digər qonaqlar Cənub Qaz Dəhlizinin əhəmiyyətindən danışdılar, ölkəmizin qlobal layihələrin, o cümlədən böyük enerji layihələrinin əsas iştirakçısı və təşəbbüskarı olduğunu vurğuladılar. Qarşıya çıxan əngəllərə, maneələrə baxmayaraq, dövlətimizin başçısının qətiyyəti sayəsində imzalar atıldı, region və ümumilikdə Avropa üçün böyük önəm daşıyan bir layihənin əsası qoyuldu. Bununla yanaşı, ötən il sentyabrın 14-də “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. Bununla da “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsinin müddəti 2050-ci ilə qədər uzadıldı. Xüsusi vurğulamaq lazımdır ki, bu sazişin ölkəmizin gələcək inkişafında və maliyyə imkanlarının genişləndirilməsində çox böyük payı var”.
V.Rəhimzadə bildirib ki, xeyli müddət idi ki, Avropa alternativ enerji mənbələri axtarışında idi. Bu mənada “qoca qitə” üçün “Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyəti böyükdür. Çünki Avropaya alternativ mənbə ilə yanaşı, ən əsası etibarlı mənbə və tərəfdaş lazımdır. Sözsüz ki, Azərbaycan bu sırada ən uğurlu nümunədir. Ona görə də “Cənub Qaz Dəhlizi” layihəsinin Avropa üçün də nə qədər əhəmiyyətli olduğunu başa düşmək çətin deyil. Zaman keçdikcə bu sahədə işlər daha da sürətləndirildi, güclü iradə ortaya qoyuldu. Nəticədə Cənub Qaz Dəhlizinin son seqmenti olan Trans-Adriatik boru kəmərinin (TAP) tikintisi ilə bağlı razılığa gəlindi. 2013-cü ilin fevral ayında TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında Hökumətlərarası Saziş imzalandı. TAP-ın təməlqoyma mərasimi isə 17 may 2016-cı ildə keçirildi. Uzunluğu 878 kilometr olacaq kəmərin 2020-ci ildə fəaliyyətə başlaması gözlənilir. Bu gün kəmərin tikintisi sürətlə və uğurla həyata keçirilir.
“İki sahil” qəzetinin baş redaktoru 2014-cü ildə “Əsrin müqaviləsi”nin 20-ci ildönümü və Cənub Qaz Dəhlizinin təməlinin qoyulması münasibətilə keçirilən təntənəli mərasimdə möhtərəm Prezidentimizin dəyərli fikirlərini xatırladıb: “Bu gün bizim önümüzdə bütün üfüqlər açıqdır, yollar aydındır. Sadəcə olaraq, biz birgə səylərlə Cənub Qaz Dəhlizinin tamamlanmasını təmin etməliyik və bunu edəcəyik”. Budur, güclü, qüdrətli Azərbaycan Prezident İlham Əliyevin qətiyyəti sayəsində Cənub Qaz Dəhlizini reallaşdırmağı bacardı. Dörd il öncə Səngəçal terminalında təməli qoyulan “Cənub Qaz Dəhlizi” layihəsinin bir neçə gün öncə, 2018-ci il may ayının 29-da məhz elə eyni məkanda təntənəli açılış mərasimi keçirildi. Bu möhtəşəm tədbirdə iştirak edən nüfuzlu xarici qonaqlar, dövlət və hökumət başçılarının orada səsləndirilən təbrikləri Azərbaycana, ölkəmizin irəli sürdüyü təşəbbüslərə böyük dəstəyin ifadəsi idi. Prezident İlham Əliyev mərasimdə çıxışı zamanı haqlı olaraq bildirdi ki, Cənub Qaz Dəhlizinin rəsmi açılışı onu göstərir ki, Azərbaycan qarşıya qoyulan bütün hədəflərə çatdı və ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır. Azərbaycan qazı yeni mənbədir və Cənub Qaz Dəhlizi yeni enerji damarıdır, Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir. Dövlətimizin başçısının bu dəyərli fikirlərinə uyğun olaraq vurğulamaq lazımdır ki, Cənub Qaz Dəhlizi dünya enerji xəritəsinin şah damarıdır.
V.Rəhimzadə onu da nəzərə çatdırıb ki, iyun ayında daha mühüm bir hadisə baş verəcək, “Cənub Qaz Dəhlizi” layihəsinin əsas seqmentlərindən biri olan TANAP-ın açılış mərasimi keçiriləcək. Bununla da ölkəmizin ixrac imkanları artacaq, beynəlxalq mövqeyi daha da güclənəcək.
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

