Bakıda XXIV Beynəlxalq Qida Sənayesi sərgisi açılıb
17.05.2018 [09:34]
Mayın 16-da Bakıda XXIV Beynəlxalq Qida Sənayesi, XII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya sərgilərinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov son illər Prezidenti İlham Əliyev tərəfindən ölkədə qeyri-neft sektorunun inkişafına göstərilən diqqətdən danışıb.
Bildirib ki, bu siyasətin nəticəsi olaraq, iqtisadiyyatın aparıcı sahələrindən biri olan aqrar sahə tamamilə yeni bir mərhələyə qədəm qoyub. Nazir qeyd edib ki, bu sahədə sosial-iqtisadi göstəricilərin yüksəlməsi nəticəsində respublikada kənd təsərrüfatının inkişafı prosesində əhəmiyyətli nailiyyətlər əldə edilib, istehsal edilən məhsulların rəqabətə davamlılığı ixrac imkanlarını genişləndirir. Hazırda yüksək məhsuldarlığın təmin edilməsi, yerli məhsulların rəqabət qabiliyyətinin artırılması, kənd təsərrüfatının inkişaf etdirilməsi əsas məqsəd olaraq qarşıya qoyulub. İnnovasiyaların tətbiqi, fermerə yaxınlıq, aqrar sektorda hesabatlılığın və şəffaflığın təmini nazirliyin əsas fəaliyyət prinsipləridir. Qarşıya qoyulan hədəflərə çatmaq üçün kənd təsərrüfatı məhsullarının istehsal və emal proseslərində ildən-ilə yeni texnologiyalar tətbiq olunur. Bu da bütövlükdə milli səviyyədə ərzaq təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verib. Aqrar sahənin inkişafında və təkmilləşdirilməsində, yerli və xarici iş adamları üçün məlumat mübadiləsində, biznes əlaqələrinin qurulmasında və genişləndirilməsində bu yönümlü sərgilər mühüm rol oynayır.
Nazir, həmçinin respublikamızda keçirilən belə sərgilərin beynəlxalq müstəvidə sıx əməkdaşlığın qurulmasına, investisiya artımına və aqrar sənayedə ən yeni texnologiyaların tətbiqinə şərait yaradacağına, ölkəmizin kənd təsərrüfatı sahəsindəki nailiyyətlərinin tanıdılmasına və kənd təsərrüfatı məhsullarının ixrac potensialının artırılmasına öz müsbət təsirini göstərəcəyinə əminliyini ifadə edib.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar nəticəsində respublikada digər sahələr kimi kənd təsərrüfatı sahəsində də genişmiqyaslı inkişaf göz önündədir. Eyni zamanda Strateji Yol Xəritəsinə əsasən həyata keçirilən iqtisadi islahatların bir nümunəsi kimi də Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi yaradılıb və uğurla fəaliyyət göstərir.
Q.Təhməzli diqqətə çatdırıb ki, kənd təsərrüfatı və qida sənayesinin inkişafı bütövlükdə ölkə iqtisadiyyatının güclənməsinə təkan verəcək.
ITE Group şirkətinin regional direktoru Edvard Stroon sərgilərin kənd təsərrüfatı sahəsində ən iri sərgilər olduğunu və bu sektorun ölkəmizdə sürətlə inkişaf etdiyini vurğulayıb.
E.Stroon əlavə edib ki, bu il ilk dəfə olaraq sərgilər BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), eləcə də, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstəklənir.
Sərgilərdə 34 ölkədən 402 şirkət iştirak edir.
Xəbər lenti
Hamısına baxMaraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33

