Bakıda “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya” Forumu keçirilir
24.04.2018 [09:35]
Aprelin 23-də Bakıda SOCAR-ın III Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya” Forumu öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, forumda çıxış edən Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov tədbirin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunduğunu deyib.
O bildirib ki, Bakı Ali Neft Məktəbinin və Böyük Britaniyanın “Confidence Capital Ltd” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən forumda 30 ölkədən 230-dək iştirakçı və məruzəçi iştirak edir. Bu göstərici Azərbaycanın adının qlobal neft sektorunda önəmli mövqedə olmasından xəbər verir: “Forumun məqsədi Xəzər və Mərkəzi Asiya regionunda karbohidrogen ehtiyatlarının emalı, satışı və ixracı məsələləri üzrə ən son tendensiyalar və inkişaf perspektivlərinin təhlil edilməsidir”.
E.Qasımov əlavə edib ki, keçən illə müqayisədə bu il forumda iştirak edən ölkələrin sayında artım müşahidə olunub. Ümumilikdə, bu il foruma Azərbaycandan 72 nəfər, Rusiyadan 49 nəfər, Qazaxıstandan 32 nəfər, Böyük Britaniya, Almaniya, Fransa, İsveçrə, İtaliya, İspaniya, Avstriya, Polşa və digər Avropa ölkələrindən 53 nəfər, Birləşmiş Ərəb Əmirlikləri, İran, Türkmənistan, Özbəkistan və digər Asiya ölkələrindən 18 nəfər, Kolumbiya və Sinqapurdan isə 2 nəfər neft-qaz sektoru üzrə müəssisələrin rəhbər nümayəndələri qatılıb.
O, forumun keçirilməsinin çox gözəl bir vaxta təsadüf etdiyini vurğulayaraq, bir neçə gün əvvəl ölkə başçısı İlham Əliyevin seçkilərdə çox böyük səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçildiyini qeyd edib, forum iştirakçıları adından bütün Azərbaycan xalqını təbrik edərək ölkəmizin daim çiçəklənməsini və inkişafını arzulayıb.
E.Qasımov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu neft strategiyasının bütün dünyaya təbliğ olunmasında forumun səmərəli platforma olduğunu bildirib.
Sonra forumun iştirakçıları Ulu öndər Heydər Əliyevin həyatından bəhs edən qısa filmi izləyərək onun əziz xatirəsini yad ediblər.
Azərbaycan energetika naziri Pərviz Şahbazov “Azəri-Çıraq-Günəşli” (AÇG), “Şahdəniz”, Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri layihələrinin ölkəmizi dünyaya neft diyarı kimi tanıtdığını deyib. Bildirib ki, hazırda Azərbaycanın təşəbbüsü ilə dünyanın ən böyük qaz boru kəmərləri zənciri olan Cənub Qaz Dəhlizi reallaşdırılır. Bu dəhliz ilə Azərbaycan təbii qazı cari ildə Türkiyəyə, 2020-ci ildə isə Avropaya çatdırılacaq.
Nazir qeyd edib ki, bu vaxtadək Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 454 milyon ton xam neft və 144 milyard kubmetr təbii qaz hasil olunub. Azərbaycan indiyədək “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsindən 130 milyard 551 milyon ABŞ dolları gəlir əldə edib.
Milli Məclis sədrinin müavini Valeh Ələsgərov isə dövlət başçısı İlham Əliyevin bir çox sahələr kimi ölkə iqtisadiyyatının dayağı olan energetika sektorunda da qarşıdakı dövr üzrə mühüm vəzifələr müəyyənləşdirdiyini diqqətə çatdırıb.
SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə qeyd edib ki, Prezident İlham Əliyevin strateji təlimatlarını rəhbər tutaraq Dövlət Neft Şirkəti bu gün bir çox ölkələrdə fəaliyyət göstərən, müxtəlif sahələrdə böyük layihələr həyata keçirən transmilli şirkətə çevrilib. SOCAR-ın Beynəlxalq Forumu xarici tərəfdaşlarla əlaqələrin daim diqqətdə saxlanılması və bununla beynəlxalq əməkdaşlıq bağlarının güclənməsi üçün zəruri şərait yaradır.
X.Yusifzadə bildirib ki, Azərbaycan indiyədək “Azəri-Çıraq-Günəşli” yataqlarından 256 milyon ton mənfəət nefti əldə edib: “Artıq 19 ildir ki, “Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçıları mənfəət neftindən gəlir əldə edirlər. 2018-ci il aprelin 1-dək dünya bazarında Azərbaycanın payına düşən 256 milyon ton mənfəət nefti satılıb. Bu da dünya bazarında realizə olunmuş bütün mənfəət neftinin 56,6 faizini təşkil edir”.
SOCAR-ın rəsmisi deyib ki, bu vaxtadək AÇG layihəsinə 43 milyard dollar xərclənib.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli isə şirkətin ötən 25 il ərzində ölkəmizdəki fəaliyyətindən və həyata keçirdiyi irimiqyaslı layihələrdən danışıb. Bildirib ki, BP Azərbaycan, Gürcüstan və Türkiyə regionunda Xəzərdəki neft-qaz yataqlarının istismarına əsaslanan mühüm və çoxşaxəli biznes əməliyyatları həyata keçirir. Bunlar nəhəng ixrac sistemi vasitəsilə birbaşa yerli və beynəlxalq bazarlara birləşdirilib.
“İndiyədək Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından 89 milyard kubmetrdən çox təbii qaz və 176 milyon barrel kondensat hasil edilib. İşlənmənin əvvəlindən bu vaxtadək “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan isə 3,3 milyard barrel neft hasil olunub. Azərbaycan AÇG və “Şahdəniz”in işlənməsindən indiyədək 132 milyard dollar gəlir əldə edib”, - deyə o əlavə edib.
BP-nin rəsmisi bildirib ki, 2013-cü ildən bu zamana qədər 116 nəfər azərbaycanlı kadr xarici bazarlardan “BP Azerbaijan”a cəlb olunub. 2018-ci ildə “BP Azerbaijan” şirkəti kadr milliləşdirilməsini 90 faizə çatdıracaq.
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov və başqaları çıxış edərək forumun əhəmiyyətindən danışıb, onun işinə uğurlar arzulayıblar.
Forum dünyanın 30 ölkəsindən olan 40-a yaxın məruzəçinin çıxışı ətrafında müəyyən mövzuları əhatə edəcək. Forumun ilk günündə dünya neft-qaz bazarı, Xəzər və Mərkəzi Asiya bazarı, nəqliyyat infrastrukturuna həsr olunub. İkinci günü neft emalı, neft və neft-kimya məhsullarının ticarəti, üçüncü günü isə neft-kimya bazarı, neftayırma zavodları və neft-kimya üçün texnologiyalara həsr edilib, sonuncu günü isə müxtəlif ölkələrdən olan iştirakçılar üçün Heydər Əliyev adına Neft Emalı Zavodu və Sumqayıtda yerləşən neft-kimya kompleksinin müəssisələrinə texniki səfərlərin təşkil olunması nəzərdə tutulub.
Tədbirdə iştirak edən müəssisələr arasında dövlət strukturları, neft-qaz şirkətləri (treyderlər, NEZ və neftçıxarma), neft-kimya müəssisələri, nəqliyyat şirkətləri (limanlar, terminallar, boru kəmərləri və ekspeditorlar), banklar, hüquq və konsaltinq şirkətləri və avadanlıq istehsalçıları, yeni texnologiyalar hazırlayan müəssisələr və universitetlər var.
Forumda Azərbaycanın hökumət nümayəndələri ilə yanaşı SOCAR və BP rəsmiləri, Qazaxıstan, Qırğızıstan, İran, Rusiya, Türkiyə və digər ölkələrin enerji nazirlikləri, eləcə də transmilli neft-qaz şirkətlərinin nümayəndələri, analitiklər, bank strukturlarının nümayəndələri iştirak edir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
İqtisadiyyat
31 Oktyabr 10:53
İqtisadiyyat
31 Oktyabr 10:52
İqtisadiyyat
31 Oktyabr 10:49
MEDİA
31 Oktyabr 10:30
Analitik
31 Oktyabr 10:16
Analitik
31 Oktyabr 09:52
Siyasət
31 Oktyabr 09:48
Ədəbiyyat
31 Oktyabr 09:34
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

