“Buta Airways” ilk Bakı-Sofiya-Bakı aviareysini həyata keçirib
17.01.2018 [10:14]
“Buta Airways” aşağı büdcəli aviaşirkəti yanvarın 16-da ilk Bakı-Sofiya-Bakı birbaşa aviareysini həyata keçirib.
AZƏRTAC xəbər verir ki, aviaşirkətin J2-9059 nömrəli reyslə uçan təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxaraq Sofiya Beynəlxalq Aeroportuna eniş edib.
Sofiya Beynəlxalq Aeroportunda təntənəli qarşılanma mərasimi təşkil edilib. Burada keçirilən mətbuat konfransında “Buta Airways” şirkətinin direktoru Cəmil Manizadə bildirib ki, “Buta Airways”in Bakı-Sofiya-Bakı reysi Azərbaycan və Bolqarıstan arasında turizm, biznes və iqtisadi əlaqələrin inkişafında böyük rol oynayacaq. “Buta Airways” aviaşirkəti bir ildir ki, yaradılıb. Bu müddət ərzində şirkət təhlükəsiz, müntəzəm və kommersiya cəhətdən cəlbedici xidmət təklif edərək kifayət qədər uğur qazanıb. Bakı ilə Sofiya arasında birbaşa hava reysinin açılması da bu uğurun davamıdır.
Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova qeyd edib ki, Azərbaycan və Bolqarıstan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Bu aviareys iki ölkənin paytaxtını bir-birinə daha da yaxınlaşdırır və iqtisadi sahədə geniş imkanlar açır.
Səfir deyib ki, “Buta Airways” Avropa İttifaqı məkanı xaricindən Bolqarıstana uçuş həyata keçirən ilk aşağı büdcəli aviaşirkətdir. Həmçinin Bolqarıstan “Buta Airways”in Avropa ölkələri arasında ilk uçuş etdiyi ölkədir. “2016-cı ildə Azərbaycandan Bolqarıstana 16 min turist səfər edib. Bolqarıstanda da Azərbaycana maraq böyükdür. Ölkəmizin turizm potensialı çoxşaxəlidir. Hər iki ölkədə yay və qış turizmləri, o cümlədən şərabçılıq ənənələri var. Bunun özü də əməkdaşlıq üçün yeni imkanlar yaradır”, - deyə Nərgiz Qurbanova vurğulayıb.
Bolqarıstanın nəqliyyat, informasiya texnologiyaları və rabitə naziri İvaylo Moskovski diqqətə çatdırıb ki, Azərbaycan və Bolqarıstan arasında birbaşa uçuşların başlanması turizm sektorunda bir sıra əhəmiyyətli layihələri həyata keçirməyə imkan yaradacaq. Bakı-Sofiya-Bakı reysi iki ölkə arasında münasibətlərin inkişafına yönələn birgə səylərin nəticəsidir. Bu birbaşa aviareys sayəsində ölkələr arasında işgüzar əlaqələr də möhkəmlənəcək.
Nazir deyib: “Azərbaycan, o cümlədən Bakı turizm sahəsində çox inkişaf edib. Biz Azərbaycanın turizm imkanlarından faydalanmaq istəyirik və azərbaycanlı turistləri də Bolqarıstanın turizm imkanlarından yararlanmağa çağırırıq. Bakı-Sofiya-Bakı reysi bunun üçün çox mühüm bir vasitədir”.
Xatırladaq ki, Bakı ilə Sofiya arasında birbaşa hava əlaqəsinin yaradılması barədə razılıq Azərbaycan və Bolqarıstan prezidentlərinin danışıqları çərçivəsində əldə olunub. Aviareysin Bakıda keçirilən açılış mərasimində Azərbaycanın Baş naziri Artur Rasi-zadə və ölkəmizdə işgüzar səfərdə olan Bolqarıstanın Baş naziri Boyko Borisov iştirak ediblər.
Qeyd edək ki, uçuşlar həftədə bir dəfə, çərşənbə axşamı günü (2018-ci ilin qış uçuş cədvəli üzrə) baş tutacaq. Aviabiletin ilkin qiyməti bir tərəfə 29 avrodur. Aşağı büdcəli aviaşirkət olaraq, “Buta Airways” baqajın, əl yükünün daşınması, hava gəmisində isti yeməklər, aeroportda qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətləri ödəniş müqabilində təklif edəcək.
Bütün yenilikləri və xəbərləri “Buta Airways”in “facebook.com/ButaAirways”, “instagram.com/ButaAirways” və “twitter.com/ButaAirways” sosial şəbəkələrdəki səhifələrində əldə etmək mümkündür.
“Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin struktur bölməsidir. 2016-cı ilin dekabrında əsası qoyulan aviaşirkətin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir.
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

