/ / Li Cunxan: Bakı-Tbilisi-Qars dəmir yolu “Bir kəmər-bir yol” strategiyasının səmərəliliyini artıracaq
Li Cunxan: Bakı-Tbilisi-Qars dəmir yolu “Bir kəmər-bir yol” strategiyasının səmərəliliyini artıracaq
07.12.2017 [09:49]
Bu yaxınlarda istifadəyə verilən və Avropa ilə Asiya arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu təkcə Azərbaycan, Gürcüstan və Türkiyə üçün deyil, ümumilikdə, Avrasiya regionunda yerləşən ölkələr üçün də iqtisadi baxımdan yeni imkanlar açır. Dünyanın ən böyük ixracatçı və ikinci ən böyük idxalçı ölkəsi olan Çinin də bu dəmir yoluna marağı yüksəkdir. “Bir kəmər-bir yol” strategiyasının əhatə etdiyi ölkələr ilə iqtisadi-ticari əlaqələrin genişlənməsinə dəstək məqsədilə yaradılan İpək Yolu Beynəlxalq Ticarət Palatasının baş katibi Li Cunxan AZƏRTAC-a müsahibəsində Bakı-Tbilisi-Qars dəmir yolunun Avrasiya ölkələri üçün əhəmiyyəti, Çinin bu xətdən istifadə imkanları barədə danışıb.
- Cənab baş katib, xahiş edirik, əvvəlcə təmsil etdiyiniz palata haqqında oxucularımıza məlumat verin.
- İpək Yolu Beynəlxalq Ticarət Palatası tarixi İpək Yolu üzərində yerləşən ölkələrin milli ticarət assosiasiyalarının beynəlxalq birliyidir. Palatanın hazırda 76 ölkədən 91 ticarət palatası üzvü var. Yarandığı gündən bəri beynəlxalq səviyyədə “Bir kəmər-bir yol” layihəsi istiqamətində bir çox əməkdaşlıq əlaqələri qurub. Palatamızın ticarət, maliyyə, nəqliyyat, enerji və s. sahələr üzrə 8 komitəsi fəaliyyət göstərir. Bundan başqa, səkkiz praktiki əməkdaşlıq platformamız mövcuddur. Bunlara misal olaraq, İpək Yolu Beynəlxalq İnkişaf Fondu, İpək Yolu Beyin Mərkəzləri Assosiasiyası, Ticarət Sərgi Parkını göstərə bilərik. Qeyd edim ki, İpək Yolu Beynəlxalq Ticarət Palatası “Bir kəmər-bir yol” strategiyası üçün körpü rolu oynayır, bu istiqamətdə beynəlxalq əməkdaşlığa, iqtisadi və sosial inkişafa öz töhfələrini verir.
- Siz ötən il Bakıda səfərdə olmusunuz. Azərbaycanı necə gördünüz, ölkəmizlə bağlı təəssüratlarınız necədir?
- Əvvəlcə qeyd edim ki, Azərbaycan Cənubi Qafqaz regionunda çox önəmli bir ölkədir, Şimal ilə Cənubun, Şərq ilə Qərbin qovuşuğunda, Asiya və Avropa qitələri arasında körpü rolunu oynayır. Bu baxımdan Azərbaycan nəqliyyat və geosiyasi mövqe üstünlüyünə malikdir. Qədim İpək Yolu və müasir “Bir kəmər-bir yol” strategiyası üçün çox vacib rol oynayan Azərbaycanın nəqliyyat-logistika üstünlüyü açıq şəkildə özünü göstərir.
Ötən ilin aprelində palatamızın sədri cənab Li Ciancun ilə birlikdə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etmək üçün Azərbaycana səfər etdik. Li Ciancun forumda “Bir kəmər-bir yol” layihəsinin inkişafı ilə bağlı nitq söylədi. Səfər çərçivəsində Azərbaycanda yeni təsis olunan “Sahibkarlar Günü” tədbirində iştirak etdik, Azərbaycanın iqtisadiyyat naziri ilə fikir mübadiləsi aparmaq imkanımız oldu. Bundan başqa, Azərbaycan Ticarət və Sənaye Palatasında, Azərbaycan Sahibkarlar Konfederasiyasının fəaliyyəti ilə tanış olduq. Bu iki təşkilat İpək Yolu Beynəlxalq Ticarət Palatasının üzvüdür.
Qeyd etməliyəm ki, Azərbaycan Cənubi Qafqaz regionunda çox sürətli inkişaf edən vacib bir ölkədir. Ətrafında olan və mənim səfər etdiyim ölkələr içərisində Azərbaycanda sabitlik hökm sürməkdədir. Azərbaycanın təbiəti çox gözəldir. Xüsusilə dənizkənarı sahil çox cazibədardır. Azərbaycan memarlıq baxımından da diqqəti cəlb edir, xüsusən “Alov qüllələri” bizdə böyük təəssürat oyatdı. Azərbaycan məndə dərin təəssürat yaratdı.
- Azərbaycan ilə Çin arasında iqtisadi əlaqələrin hazırki vəziyyəti və inkişaf perspektivləri barədə nə düşünürsünüz?
- Ölkələrimizin xalqları arasında dostluq münasibətlərinin böyük tarixi var. Qədim İpək Yolu dövründə əsası qoyulan dostluq münasibətlərimiz bu günədək davam edir. Azərbaycan Çinin 2013-cü ildə irəli sürdüyü “Bir kəmər-bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olub. Bu baxımdan “Bir kəmər-bir yol” strategiyasının həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır.
Azərbaycanın əlverişli geosiyasi mövqeyi və böyük iqtisadi imkanları bizim palatamız və iş adamları üçün cəlbedicidir. Bir müddət əvvəl istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti sayəsində Çindən Avropaya yüklərin daşınma müddəti xeyli azalıb. Bu o deməkdir ki, Çindən daşınan yüklər iki həftə müddətində Azərbaycandan keçərək Avropaya çatır. Bakı-Tbilisi-Qars layihəsi həm də Azərbaycanın dəmir yolu nəqliyyatı sahəsində çox mühüm rol oynadığını nümayiş etdirdi. Türkiyə, Azərbaycan və Gürcüstanı əhatə edən bu dəmir yolu bir çox ölkələrin iqtisadiyyatının inkişafına müsbət təsirini göstərəcək.
Bu dəmir yolu “Bir kəmər-bir yol” strategiyasının səmərəliliyini artıracaq. Ona görə də Çin bu dəmir yolu xəttinə böyük əhəmiyyət verir. Belə ki, Çin Azərbaycan vasitəsilə Avropaya daha sürətli çıxış əldə etmiş olur. Arzu edirik ki, təkcə Çin malları deyil, həm də Avropa yükləri bu yolla Çinə daşınsın.
- Son illər Azərbaycan təbii gözəlliyi, tarixi və müasir memarlığı, mətbəxi ilə turizm həvəskarlarının maraq göstərdiyi ölkəyə çevrilib. Siz Azərbaycanda səfərdə olmusunuz, iki ölkə arasında turizm sahəsində əməkdaşlığı necə görürsünüz?
- Qədim tarixi olan Bakı çox gözəl şəhərdir. Paytaxtınızın gözəlliyi məni heyran etdi. Xatirə kimi bir çox şəkillər çəkdirmişəm.
Azərbaycanın zəngin turizm resursları ölkəyə daha çox əcnəbi turistin səfər etməyinə əsas verir. Düşünürəm ki, Azərbaycan ilə Çin turizm sahəsində əməkdaşlığı daha da genişləndirməlidirlər. İstərdik ki, çinli turistlərin Azərbaycana daha rahat səyahət edə bilmələri üçün hotellərdə, restoranlarda, turizm obyektlərində təlimatlar beynəlxalq dillər ilə yanaşı, həm də Çin dilində göstərilsin. Bu cür təcrübə bir çox Avropa ölkəsində, eləcə də Rusiyada var. Bildiyiniz kimi, son bir neçə ildir ki, xaricə gedən turistlərin sayına görə Çin birinci yerdədir. Ümid edirəm ki, yaxın zamanlarda gözəl Bakı çinli turistlərin əsas səyahət məkanı olacaq.
- Müsahibə üçün çox sağ olun.
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03

