/ / “Azərbaycanda milli akkreditasiya sisteminin gücləndirilməsi” Tvinninq layihəsinin icrasına başlanılıb
“Azərbaycanda milli akkreditasiya sisteminin gücləndirilməsi” Tvinninq layihəsinin icrasına başlanılıb
08.09.2017 [10:16]
“Azərbaycanda milli akkreditasiya sisteminin gücləndirilməsi” Tvinninq layihəsinin məqsədi Avropa tələblərinə uyğun olan akkreditasiya sisteminin öyrənilməsi və ölkəmizdə tətbiqi, bununla da Azərbaycan məhsullarının dünya bazarına çıxışını sürətləndirmək və Azərbaycanın iqtisadi inkişafına töhfə verməkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri sentyabrın 7-də Bakıda “Azərbaycanda milli akkreditasiya sisteminin gücləndirilməsi” Tvinninq layihəsinin təqdimat mərasimində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib. O bildirib ki, Azərbaycanda uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiyanın beynəlxalq tələblərə uyğunlaşdırılması prosesinin davamı olaraq Avropa İttifaqının (Aİ) Tvinninq aləti çərçivəsində yeni layihəyə start verilir.
R.Həsənov layihənin məqsədinin Azərbaycanda keyfiyyət infrastrukturu sahələrindən biri olan akkreditasiyanın inkişafına nail olmaqla ölkə iqtisadiyyatında qeyri-neft sektorunun payının yüksəldilməsi və məhsulların ixrac qabiliyyətinin genişləndirilməsi olduğunu bildirib. Komitə sədri qeyd edib ki, bu istiqamətdə Prezident İlham Əliyev tərəfindən qarşıya bir sıra vəzifələr qoyulub. Bunlar əsasən ticarətdə texniki maneələrin aradan qaldırılmasını, təhlükəsiz və keyfiyyətli məhsulların istehsalını, istehsalat və xidmət göstərən müəssisələrdə müasir keyfiyyəti idarəetmə sistemlərinin tətbiq edilməsini tələb edir.
R.Həsənov Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq proqramı çərçivəsində həyata keçirilən birgə layihələrin xüsusi əhəmiyyətini vurğulayıb. O deyib ki, komitə Azərbaycanda keyfiyyət infrastrukturu sahələrinin müasir təcrübəyə uyğunlaşdırılması ilə bağlı islahatlar çərçivəsində 2008-ci ildən Avropa İttifaqının Tvinninq alətindən istifadə edir. İndiyə qədər 3 Tvinninq layihəsini uğurla icra etməklə keyfiyyət infrastrukturu sahələrini tənzimləyən qanunvericilik aktları beynəlxalq təcrübəyə uyğunlaşdırılıb, milli etalon bazası formalaşıb, sistem xarakterli islahatlar həyata keçirilib.
O, hazırda icrasına başlanılan Tvinninq layihəsi nəticəsində Azərbaycanın Avropa Akkreditasiya Təşkilatına (EA) tam hüquqlu üzvlüyünün təmin ediləcəyinə, qarşılıqlı tanınma haqqında Sazişin imzalanacağına əminliyini ifadə edib. Həmçinin bildirib ki, milli akkreditasiya sisteminin daha da təkmilləşdirilməsi, institusional islahatların aparılması, beynəlxalq təşkilatlarla kommunikasiyanın gücləndirilməsi, personalın bilik və bacarıqlarının artırılması kimi vacib məsələlər də öz həllini tapacaq.
Avropa İttifaqının Azərbaycandakı Əməkdaşlıq şöbəsinin rəhbəri Jeron Villems təmsil etdiyi təşkilatla ölkəmizin əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edib. Xüsusilə Aİ ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi üçün mövcud olan qarşılıqlı marağın önəmini qeyd edən J.Villems akkreditasiya sahəsinin inkişafında Tvinninq layihəsinin rolunu da vurğulayıb. Xarici diplomat bundan sonra da Azərbaycanda keyfiyyət infrastrukturu sahələrinin müasir təcrübə ilə uzlaşdırılması prosesində Avropa İttifaqının yaxından iştirak edəcəyinə, lazımi dəstəyin verilməsinə əminliyini bildirib.
Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab, İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari, Latviyanın Azərbaycandakı səfiri Juris Maklakovs, Almaniyanın İqtisadi Məsələlər və Energetika Nazirliyinin rəsmisi Norbert Şults, Almaniya Akkreditasiya Təşkilatının (DAkkS) icraçı direktoru Stefan Finki, İtaliya Akkreditasiya Təşkilatının (ACCREDIA) baş direktoru Flippo Trifiletti, Latviya Akkreditasiya Bürosunun (LATAK) rəhbəri Olqa Veylande və digər müvafiq qurumların rəhbər şəxsləri layihənin əhəmiyyətini vurğulayıb, Azərbaycanla əməkdaşlıqdan razılıq ifadə ediblər. Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya üzrə Aİ siyasəti və beynəlxalq əməkdaşlıq haqqında təcrübə haqqında da çıxışlar olub.
Qeyd olunub ki, hazırda akkreditasiya sahəsində ölkəmizdə 6 etalon laboratoriya yaradılıb və bununla bağlı kadrlar hazırlanaraq təlimlər keçirilib.
Aİ və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin birgə icrasına başladıqları Tvinninq layihəsi Almaniya, İtaliya və Latviya kimi qabaqcıl keyfiyyət infrastrukturu olan ölkələrin təcrübəsindən bəhrələnməklə icra olunacaq. Layihənin uyğunluğun qiymətləndirilməsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, ISO standartlarının tətbiqi, yerli mütəxəssislərin akkreditasiya sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarda (ILAC, IAF və EA) müvafiq sahələr üzrə bilik və bacarıqlarının artırılması məqsədilə bir sıra seminar, təlim və təcrübə proqramlarında iştirakı, İnformasiya İdarəetmə Sisteminin (İİS) yaradılması, akkreditasiya sisteminin təşkilati idarəetmə və planlaşdırılmasının Avropa İttifaqı və beynəlxalq təcrübəyə uyğun olaraq inkişaf etdirilməsi və milli akkreditasiya sistemi üçün təklif edilən hüquqi və tənzimləyici çərçivənin Avropa İttifaqı, Avropa Akkreditasiya Təşkilatı (EA), Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq (International Laboratory Accreditation Cooperation - ILAC) təşkilatının və Beynəlxalq Akkreditasiya Forumunun (IAF) tələblərinə uyğunlaşdırılması kimi bir sıra komponentləri var.
İki il müddətinə icra olunacaq layihənin əsas məqsədi akkreditasiya sahəsində standartlara, normalara və proseslərə dair Aİ təcrübəsinə və beynəlxalq təcrübəyə uyğun olaraq, akkreditasiya sisteminin inkişafı vasitəsilə Azərbaycanın dünya bazarına çıxışını dəstəkləməkdir.
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

