“Cənub Qaz Dəhlizi” bütün region və Avropa üçün strateji layihədir
01.03.2016 [09:41]
“Cənub Qaz Dəhlizi” təkcə Azərbaycan üçün yox, bütün Xəzər, Qara və Aralıq dənizləri ölkələri, ən əsası isə Avropa İttifaqı üçün çox mühüm və strateji layihədir.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycanın energetika naziri Natiq Əliyev Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç, ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn və Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrak ilə birgə fevralın 29-da Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci toplantısının yekunlarına dair mətbuat konfransında bildirib.
Nazir N.Əliyev deyib: “Cənub Qaz Dəhlizi”nin əhəmiyyəti təkcə 3 min 500 kilometr məsafədə Azərbaycandan İtaliyayadək uzanması deyil, həm də maliyyə baxımından çox nəhəng layihə olmasıdır. Layihəyə təxminən 45 milyard dollar maliyyə vəsaiti qoyulacaq. “Cənub” qaz dəhlizi mühəndislik baxımından çox mürəkkəb layihədir və dörd əsas hissədən - “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG), Trans-Anadolu (TANAP) və “Trans-Adriatik” (TAP) layihələrindən ibarətdir. Bu, bir zəncirdir və həmin layihələr də onun halqalarıdır. Əgər bir layihədə hər hansı gecikmə olarsa, bu, bütün digər layihələrə də təsir edə bilər”.
Məşvərət Şurasının ikinci toplantısında layihə üzrə hazırkı vəziyyətin müzakirə olunduğunu deyən nazir iştirakçı ölkələrlə gələcəkdə görüləcək işlər barədə fikir mübadiləsi aparıldığını diqqətə çatdırıb. “Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidentinin və ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisinin toplantıda iştirakı layihənin region və qitə önəmini bir daha göstərir”, - deyə N.Əliyev qeyd edib.
Neftin qiymətində ucuzlaşmanın “Cənub Qaz Dəhlizi” layihəsinin gedişinə təsiri barədə danışan Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç bildirib ki, burada əsas məsələ iştirakçı ölkələrin üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etməsidir. Məşvərət Şurasının toplantısında da həmin məsələlər müzakirə olunub. Həmin ölkələr bir daha bildiriblər ki, bu öhdəlikləri yerinə yetirməkdə və layihələri plan üzrə həyata keçirməkdə qərarlıdırlar. M.Şevçoviç deyib: “Biz əmin olmalıyıq ki, bütün fəaliyyətlər vaxtında icra olunacaq. Nəticədə isə Azərbaycan qazı 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə isə Avropaya çatdırılacaq”.
ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn deyib ki, neftin qiymətinin 80 faizədək ucuzlaşması fonunda layihənin iştirakçıları öz öhdəliklərini təkrar nəzərdən keçirirlər və onun icrasının təmin olunmasına çalışırlar: “Cənub” qaz dəhlizi Avropada enerjinin şaxələndirilməsi üzrə ilk layihədir və onun icrası nəticəsində qitənin enerji xəritəsi dəyişəcək”, - deyə A.Hokstayn bildirib.
Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrak isə bildirib ki, dünyada baş verən maliyyə və iqtisadi böhrana baxmayaraq, TANAP layihəsi müvəffəqiyyətlə icra olunur. Neftin qiymətinin ucuzlaşması və digər amillər layihənin icrasına elə də təsir etmir. Layihənin iştirakçıları da bütün işlərə lazımi ciddiliyi göstərirlər və öz dəstəklərini əsirgəmirlər.
Azərbaycanın energetika naziri N.Əliyev deyib: “Cənub” qaz dəhlizi çox əhəmiyyətli, şaxələndirilmiş və strateji layihədir. Bazardakı prosesdən və neftin qiymətindən asılı olmayaraq, bütün ölkələr və maliyyə qurumları layihədəki öhdəliklərini yerinə yetirirlər. Layihə uğurla icra olunmaqdadır. Azərbaycanda maliyyələşmə ilə bağlı işlər tamamilə həll olunub. TANAP layihəsi üzrə də maliyyə çətinliyi yoxdur. Apreldə isə TAP-la bağlı bütün maliyyə məsələləri həll ediləcək”.
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

