Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Ötən il “ASAN xidmət” mərkəzləri vasitəsilə 260-dan çox lisenziya verilib

Ötən il “ASAN xidmət” mərkəzləri vasitəsilə 260-dan çox lisenziya verilib

13.01.2016 [09:28]

2015-ci ildə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə sahibkarlıq subyektlərinə 264 lisenziya verilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu lisenziyaların 202-si Bakı şəhərinin, 62-si isə regionların payına düşür.
Qeyd edək ki, sahibkarlıq subyektlərinə lisenziyaların “ASAN xidmət” mərkəzləri tərəfindən verilməsinə 2015-il noyabrın 5-dən başlanılıb.
Azərbaycan Respublikası Prezidentinin “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 21 dekabr 2015-ci il tarixli Fərmanının qüvvəyə mindiyi gündən lisenziyalar müddətsiz hesab edilir və onların verilməsi üçün rüsumların məbləğı orta hesabla 2 dəfə azaldılıb.

Paylaş:
Baxılıb: 1172 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30