/ / “Gilan Holdinq”: Sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması Prezident tərəfindən iş adamlarına verilən dəstəkdir
“Gilan Holdinq”: Sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması Prezident tərəfindən iş adamlarına verilən dəstəkdir
28.10.2015 [10:04]
“Cari ilin noyabrın 1-dən sahibkarlıq sahəsində aparılan yoxlamaların iki il müddətinə dayandırılması, lisenziyaların sayının minimuma endirilməsi və verilmə qaydalarının sadələşdirilməsi Prezident İlham Əliyev tərəfindən iş adamlarına verilən dəstək kimi qiymətləndirilir”.
“APA-Economics”in məlumatına görə, bunu “Gilan Holdinq”in İdarə Heyətinin sədri Cəmil Muradov “Sahibkarlığın inkişafında yeni mərhələ: hədəflər və imkanlar” mövzusunda sahibkarlarla keçirilən görüşdə deyib.
C.Muradov bildirib ki, Azərbaycanda sahibkarlığın inkişafında yeni və olduqca mühüm məqam odur ki, iqtisadiyyatda inkişaf etdirilməsi vacib olan sahələr çoxdur. O əlavə edib ki, dövlətin hazırkı əsas məqsədi qeyri-neft sektorunun inkişaf etdirilməsidir.
“Prezident İlham Əliyev 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda sahibkarlıq sahəsində yoxlamalara son qoyulması, eləcə də, lisenziyaların sayının həddindən artıq çoxluğunu və bu sahədə sui-istifadə hallarını qeyd edərək bunun qarşısının alınacağını, nəticə çıxarmayanların cəzalandırılacaqlarını bildirmişdi. Artıq yeni Fərman və qanuna əsasən, 1 noyabr 2015-ci il tarixdən sahibkarlıq sahəsində aparılan yoxlamaların iki il müddətinə dayandırılması, lisenziyaların sayının minimuma endirilməsi və verilmə qaydalarının sadələşdirilməsi, demək olar ki, cənab Prezident tərəfindən iş adamlarına verilən dəstək kimi qiymətləndirilir”, - deyə C.Muradov vurğulayıb.
Holdinq rəhbəri əlavə edib ki, ümumiyyətlə verilmiş bu qərar ölkə başçısının sahibkarlığın inkişafı ilə bağlı siyasi iradəsini bir daha nümayiş etdirməklə yanaşı, özəl sektorun inkişafında yeni mərhələnin başlanması üçün geniş imkanlar yaradır: “Ölkəmizdə biznes mühitinin yaxşılaşdırılmasına yönələn addımlar bütün sahibkarlar kimi, “Gilan Holdinq” maliyyə-sənaye qurumunun çoxsaylı kollektivi tərəfindən birmənalı olaraq çox müsbət qarşılanıb. Prezident İlham Əliyev tərəfindən verilən bu qərarlar biznes sahəsində fəaliyyət göstərən iş adamlarının və hər bir müəssisədə çalışan əmək kollektivi üzvlərini milli inkişafın aktiv qüvvəsi kimi fəaliyyət göstərməyə, neqativ hallara qarşı barışmaz mövqe tutmağa çağırır. Sonda “Gilan Holdinq” maliyyə-sənaye qurumunun kollektivi və bütün sahibkarlar adından qeyd etmək istərdim ki müasir Azərbaycan dövlətinin sürətli inkişaf modelinin yaradıcısı olan Prezident İlham Əliyevin ölkə iqtisadiyyatının inkişafı ilə bağlı hər zaman nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq qəbul edilmiş qərar və tapşırıqların həyata keçirilməsi üçün “Gilan Holdinq” maliyyə-sənaye qurumunun kollektivi var qüvvəsini bundan sonra da əsirgəməyəcək və daha da fədakarlıqla çalışacaq”.
Xəbər lenti
Hamısına baxHərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Gündəm
01 İyun 11:59
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19
YAP xəbərləri
01 İyun 11:04
YAP xəbərləri
01 İyun 10:56
Dünya
01 İyun 10:55
Elm
01 İyun 10:40
Elm
01 İyun 10:39
Siyasət
01 İyun 10:37
Siyasət
01 İyun 10:32
İqtisadiyyat
01 İyun 10:31
Siyasət
01 İyun 10:28
Dünya
01 İyun 10:21
Dünya
01 İyun 09:49
Gündəm
01 İyun 09:39
Gündəm
01 İyun 09:39
Sosial
01 İyun 09:38
Dünya
01 İyun 09:20
Dünya
01 İyun 08:53
Dünya
01 İyun 08:37
Dünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

