Azərbaycan Respublikası investisiya səviyyəli beynəlxalq kredit reytinqini qoruyur
31.01.2015 [12:06]
Yanvarın 30-da “Standard ənd Purz” (Standard and Poor’s) reytinq agentliyi Azərbaycanın beynəlxalq kredit reytinqini investisiya səviyyəsində “BBB-” saxladığını təsdiq edib.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, aparıcı üç beynəlxalq kredit reytinq agentliyindən biri olan “Standard ənd Purz”un yayımladığı hesabatda reytinqin təsdiq edilməsi Azərbaycanın çox möhkəm fiskal və xarici mövqeyə (aktivlərə) sahib ölkə kimi xarici borc səviyyəsinin xeyli aşağı olması ilə əsaslandırılır. Agentliyin mətbuat üçün məlumatında qeyd olunur ki, dünya bazarlarında neftin qiymətinin kəskin aşağı enməsinə baxmayaraq, Azərbaycan növbəti illər ərzində də möhkəm xarici mövqeyini qoruyacaq. Karbohidrogen ehtiyatları satışının böyük payı olduğu cari əməliyyatlar (current account) hesabında azalma ehtimalı olsa da, o nəticə etibarilə müsbət səviyyədə qalacaqdır.
Orta müddətdə neft hasilatının sabitləşməsi ərəfəsində “Cənub” qaz dəhlizi boru kəmərinin və “Şahdəniz-2” qaz yatağının işə salınması iqtisadi inkişafı və xarici valyuta gəlirlərinin artımını təmin edəcəkdir.
Eyni zamanda, reytinq üzrə proqnoz sabit səviyyədən mənfiyə endirilib. Reytinq agentliyi bunu dünyada neftin qiymətlərinin kəskin enməsinin Azərbaycanın mövcud fiskal və xarici mövqeyinin qabaqlayıcı tədbirlər atmayacağı təqdirdə, mümkün zəifləməsinə gətirib çıxara biləcəyi ilə izah edir.
Bu gün Avropa və bir sıra digər ölkələrdə davam edən maliyyə və iqtisadi tənəzzül, habelə neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, “Standard ənd Purz” tərəfindən Azərbaycan Respublikasına əvvəllər daha münbit iqtisadi şəraitdə verilmiş investisiya səviyyəli “BBB-”da saxlaması ölkə iqtisadiyyatının dayanıqlılıq potensialını nümayiş etdirir.
Eyni zamanda, Azərbaycan MDB məkanında “Standard ənd Purz”un investisiya kredit reytinqini qorumuş iki ölkədən biri olaraq qalır. Bundan başqa ölkəmiz “Mudız” (Moody’s) və “Fic Reytingz” (Fitch Ratings) beynəlxalq kredit reytinq agentliklərindən investisiya səviyyəli kredit reytinqlərinə malikdir.
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

